Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5506/2025 16.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8000 manat məbləğində pulun və 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin oktyabr ayında əri X3 Bakı İstintaq Təcridxanasından onunla əlaqə saxlayaraq vəkil Cavabdeh mobil nömrəsini vermiş və vəkillə əlaqə saxlamağını bildirmişdir. O da Cavabdeh ilə əlaqə saxlayıb atası ilə birlikdə Cavabdeh Bakı şəhərində yerləşən ofisində görüşmüşdürlər. Görüş zamanı Cavabdeh məhkəmə hökmünün ərinin xeyrinə çıxarılmasına köməklik göstərəcəyinə söz vermiş və 2023cü ilin noyabr ayında Cavabdeh onunla əlaqə saxlayaraq yoldaşı Elgiz Əliyevin hüquqlarını müdafiə etmək üçün aralarında müqavilə bağlanmalı olduğunu bildirib ondan 500 manat məbləğində pul istəmişdir. O da, həmin pulu 05 noyabr 2023-cü il tarixdə Cavabdeh bank kartı hesabına göndərmişdir. Bundan sonra, 2024-cü ilin yanvar ayında Cavabdeh yenidən onunla əlaqə saxlayaraq işin məhkəmədə müdafiəsi üçün əlavə 300 manat pul istəmişdir. O da, həmin pulu 07 yanvar 2024-cü il tarixdə Cavabdeh bank kartı hesabına köçürmüşdür. 2024-cü ilin aprel ayında Cavabdeh onunla yenidən əlaqə saxlayaraq 10000 manat məbləğində pul vəsaitinin 1 gün ərzində veriləcəyi təqdirdə ərinin xeyrinə qərar qəbul ediləcəyini bildirərək onu inandırmışdır. O da, Ağcabədi şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən “Megastore” supermarketində olan “MPay” ödəniş sistemi vasitəsilə 13 aprel 2024-cü il tarixdə iki dəfə 2500 manat və 14 aprel 2024-cü il tarixdə 3000 manat və 2000 manat, yəni qeyd olunan tarixlərdə dörd dəfəyə, ümumilikdə 10000 manat məbləğində pul vəsaitini Cavabdeh bank kartı hesabına köçürmüşdür. Pulu aldıqdan sonra Cavabdeh məhkəmə hökmünün ərinin xeyrinə çıxarılacağını vəd etmişdi. Bundan sonra Cavabdeh əri barəsində olan cinayət işində kifayət qədər sübutun olmadığını bildirib ərinə bəraət almağın mümkün olacağını ona demişdir. Lakin, Cavabdeh 17 aprel 2024-cü il tarixdə ərinin məhkəməsində iştirak etməmiş və həmin gün ərinin buraxılacağını bildirsə də, əri buraxılmamışdır. Bundan sonra, Cavabdeh ilə əlaqə saxlayıb ərinin nə üçün buraxılmamasını soruşduqda, Cavabdeh məsələni qısa müddət ərzində həll edəcəyini bildirmişdir. Bu danışıqlardan xeyli vaxt keçəndən sonra, ərinin işində heç bir dəyişiklik olmadığı üçün Cavabdeh onu aldadaraq pulunu ələ keçirdiyini düşünüb verdiyi pulu geri tələb etmişdir. 17-18 may 2024-cü il tarixlərdə Cavabdeh həmin puldan hissəhissə ümumilikdə 2000 manatı onun bank hesabına geri qaytarmışdır. Bundan sonra o, pulunu tələb etmək üçün Bakı şəhərinə getmiş, 8 gün Cavabdeh ofisində qalmışdır. Lakin Cavabdeh tapa bilməmişdir. Bundan sonra o, polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində Cavabdeh barəsində Cinayət işi başlanıb aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 3 il lmüddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bundan sonra Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən apellyasiya şikayəti versə də Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2025-ci il tarixli qərarla Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünü qüvvədə saxlamışdır. Lakin bütün qeyd olunanlara baxmayaraq Cavabdeh onun 8000 manat pulunu qaytarmır. Odur ki, pulun məhkəmə qaydasında alınaraq ona verilməsini istəyir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 8000 manat tələb edir, cavabdeh borcun 2000 manatını ödəmişdi. İddianın təmin olunmasını xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Ağcabədi Rayon Məhkəməsinin 1(017)-6/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə Cavabdeh törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddə ilə ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmdən görünür ki, Cavabdeh 01 dekabr 2023cü il tarixdən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili kimi fəaliyyət göstərərkən 12 yanvar 2024-cü il tarixli, ******* nömrəli vəkil orderi əsasında hüquqlarını müdafiə etdiyi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X1 icraatında olan 1 (101)-1193/2024 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs X2 arvadı İddiaçı 2024-cü ilin aprel ayının əvvəllərində Elgiz Əliyevin cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərəcəyi adı ilə yalan vəd verməklə etibardan sui-istifadə edib aldadaraq 13 aprel 2024-cü il tarixdə iki dəfə 2500 manat və 14 aprel 2024-cü il tarixdə 3000 manat və 2000 manat olmaqla vahid niyyətlə ümumilikdə 10000 manat məbləğində pul vəsaitini Ağcabədi şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən “Megastore” supermarketində olan MPay ödəniş sistemi vasitəsilə "xxxx" ASC-də mövcud olan 4098 **** **** 4884 nömrəli kartına köçürülməklə ələ keçirmiş və İddiaçı xeyli miqdarda, yəni 10000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən görünür ki, İddiaçı cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-474/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Ağcabədi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 1(017)- 6/2025 nömrəli hökmünün Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi. Maddə 180. Mülki iddia üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün və ya qərarının əhəmiyyəti 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Maddə 178. Dələduzluq 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə... 178.2. Eyni əməllər: ...178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə... “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Ağcabədi Rayon Məhkəməsinin 1(017)-6/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən göründüyü kimi, Cavabdeh özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui istifadə etməklə ələ keçirərək İddiaçı qarşı dələduzluq etmişdir. Həmin hökmdən görünür ki, cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçıya qarşı dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh bu əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə dələduzluq (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) kimi tövsif edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-474/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə həmin hökm qüvvədə saxlanılmışdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırki iş üzrə iddiaçı və cavabdehin həmin hadisəyə aidiyyatı tam sübut olunur. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüququndadır. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin 1(017)-6/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündə mülki iddianın olmadığı görünür. Ağcabədi Rayon Məhkəməsinin 1(017)-6/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra iddiaçı cinayət əməli nəticəsində onlara dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə mülki qaydada müraciət etmişdir. Belə olan halda, iddiaçı cinayət əməli nəticəsində ona dəymiş zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Tələbin Cavabdeh 8000 manat məbləğində pulun tutulması hissəsində məhkəmə qeyd edir ki, 10000 məbləğin cavabdeh tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübut edilmişdir. Həmçinin, iddiaçı ərizəsində cavabdehin 10000 manat puldan hissə-hissə, ümumilikdə 2000 manatı onun bank hesabına köçürməklə geri qaytardığını qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi 8000 manat hissədə əsaslıdır. Tələbin dövlət rüsumu kimi məhkəməyə ödənilmiş 100 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində məhkəmə qeyd edir ki, yuxarıda göstərilmiş qanunvericiliyinin tələblərinə görə, iddiaçı onun tərəfindən ödənilmiş dövlət rüsumunu tələb etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8000 manat məbləğində pul və 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu dövlət rüsumundan iddianın təmin edilən hissəsinə mütənasib olan 100 manat cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8000 manat məbləğində pul və 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-5506/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5506/2025
16.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver