Məhkəmə qərarları › İş №2(010)-5507/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5507/2021

23.09.2021 · Əmr icraatı - Ödənilməmiş əmək haqqı üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5507/2021 23.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Kreditor Borclu qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi üzrə məhkəmə əmri çıxarılmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə əmr icraatı qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kreditor Borclu qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi üzrə məhkəmə əmri çıxarılmasına dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Borclu 800 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq Kreditor xeyrinə ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2-ci maddəsində göstərilmiş kateqoriya tələblərdən heç birinə aid olmadığından ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.1. tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa; 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; 276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; 276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; 276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; 276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; 276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. Göründüyü kimi, məhkəmə əmri verilə biləcək tələblərin konkret siyahısı qanunla müəyyən edilmişdir. Hazırkı tələb isə işçinin işəgötürənə vurduğu zərərin ödənilməsi ilə bağlıdır. Bu növ tələblər üzrə əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmək qanunla nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 279.1. Məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. 279.2. Bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır: 279.2.1. verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa ... 279.3. Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 275-279-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Kreditor Borclu qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi üzrə məhkəmə əmri çıxarılmasına dair ərizəsinin qəbulundan imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar