Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3577/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı Kreditor Borclu ASC-yə qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Kreditor Borclu ASC-yə qarşı məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Kreditor tərəfindən verilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə icraata qəbul oluna bilməz. Belə ki, iş materiallarından aydın olur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-1780/2023 saylı qətnaməsinə əsasən İddiaçı Kreditor cavabdeh Borclu ASC-yə qarşı "işə bərpa" tələbinə dair iddia ərizəsi təmin edilməmiş, qətnamədə istinad olunan sübutla - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə Borclu ASC tərəfindən Kreditor bank hesabına 3698.72 AZN ödəniş edildiyi müəyyən olunmuşdur. Hazırda isə Kreditor məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bu ödənişin olunmadığını bildirir və ödəniş edilməsini tələb edir. Məhkəmə hesab edir ki, hazırda verilmiş ərizə mahiyyət etibarı ilə qətnamə qəbul olunan zaman istinad olunmuş sübuta əsassız olması barədədir. Belə olan halda Kreditor qeyd edilən qətnamədən qanunla müəyyən olunmuş qaydada və müddətdə apellyasiya şikayəti vermək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslara daxildir. Hazırki halda isə məhkəmə qətnamədə hakim tərəfindən iş üzrə yekun nəticəyə gəlinməsi üçün əsas olmuş sübutun hüquqi əhəmiyyətinin mübahisələndirilməsi barədə olan hazırki ərizəyə əmr icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin : 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir; 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 282-283-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Kreditor Borclu ASC-yə qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-3577/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3577/2023
28.08.2023 · Əmr icraatı - Ödənilməmiş əmək haqqı üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver