Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7652/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X2, Tələbkar Borclu MMC-yə qarşı “əmək haqqının” ödənilməsi ilə bağlı məhkəmə əmrinin verilməsi barədə ərizəyə və əlavə olunmuş sənədlərə baxaraq Müəyyən etdim: Tələbkar Borclu MMC-yə qarşı “əmək haqqının” ödənilməsi ilə bağlı məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbin əsasalı olmasını təsdiq edən sənədlər nəzərə alınmaqla 7427 manat ödənilməmiş son haqq-hesabın və 260 manat ödənilmiş mediasiya xərcinin Borclu MMC-dən tutularaq tələbkara ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə əmrinin verilməsinə dair ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, hüquq barədə aşkar mübahisə mövcud olduğundan məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə əmrinə əlavə edilmiş Tələbkar, Borclu MMC və mediator X1 arasında mediasiya prosesi nəticəsində bağlanmış 25 iyul 2025-ci il tarixli, MŞB/20/2025- 00606 nömrəli barışıq sazişindən görünür ki, tərəf 2 (Borclu MMC) tərəf 1 (Tələbkar) ilə bağladığı əmək müqaviləsinə xitam verərkən tərəf 1 (Tələbkar) ödənilməmiş son haqqhesabının 7427 manat məbləği olduğunu qəbul edir. Tərəf 2 (Borclu MMC) ümumilikdə 7427 manat olan məbləği 2 ay ərzində tam şəkildə (son ödəniş tarixi 25 sentyabr 2025-ci il) Tələbkar oğunun təqdim etdiyi bank kartına ödəməyi öz öhdəsinə götürür. Tərəf 1 (Tələbkar) Tərəf 2 (Borclu MMC) ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Əmək Müfəttişliyinə etdiyi şikayəti geri götürəcəyini qəbul edir. Həmin barışıq sazişinin 8-ci bəndindən görünür ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa, və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsasdlanırsa, bu halda məhkəmə əmri verilə bilər. 279-cu maddəsinə görə, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda, habelə, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina edir. 279.4-cü maddəsinə görə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Beləliklə, hesab edirəm ki, məhkəmə əmrinin verilməsindən imtina edilməli, tərəflər arasında əmək haqqının ödənilməsi ilə bağlı barışıq sazişi olduğundan, qanunvericiliyin tələbinə uyğun olaraq Tələbkar xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 275, 276 və 279-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Tələbkar Borclu MMC-yə qarşı “əmək haqqının” ödənilməsi ilə bağlı məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Tələbkar xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlahə Abbasova İş № e-2(011)-7652/2025 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Bakı şəhəri Xətai Rayon Məhkəməsi Mən, Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X2 Tələbkar Borclu MMC-yə qarşı “əmək haqqının” ödənilməsi ilə bağlı məhkəmə əmrinin verilməsi barədə ərizəyə və əlavə olunmuş sənədləri 02 oktyabr 2025-ci il tarixdə saat 14:10-da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul olunmasından imtina edilməsi barədə qərardad qəbul etdim. Protokol 02 oktyabr 2025-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-7652/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7652/2025
02.10.2025 · Əmr icraatı - Ödənilməmiş əmək haqqı üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver