Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(011)-5322/2024 24.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X4, ünvan 1 ünvanında qeydiyyatda olan Kreditor borclu "xxxx" MMC barəsində hesablanmış, lakin ödənilməmiş 16791,90 manat əmək haqqı borcunun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Kreditor borclu "xxxx" MMC ilə bağladığı 11 may 2023-cü il tarixli əmək müqaviləsi üzrə hüquqşünas vəzifəsində işləyir, aylıq əmək haqqısı 2265 manat təşkil edir. Tərəflər arasında ödənilməmiş əmək haqqı tələbinə dair 22 may 2024-cü il tarixdə mediasiya prosesi keçirilmiş, borclu "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 mediasiya prosesində həmin məbləğdə borcun olmasını təsdiq etsə də, həmin məbləğdə maliyyə imkanının olmadığına görə ödənişin mümkün olmadığını bildirmişdir. 22 may 2024-cü il tarixdə tərəflərin iştirakı ilə Bakı 2 saylı Mediasiya təşkilatında mediasiya prosesinə xitam verilməsi haqqında protokol tərtib edilmişdir. Eyni zamanda 24 may 2024-cü il tarixdə məhkəməyə elektron ərizə ilə müraciət edən "xxxx" MMC-nin nümayəndəsi X1 ərizədə qeyd etmişdir ki, həqiqətən də müəssisənin hüquşünası (vəkil) Kreditor əmək haqqı üzrə 16791,90 (on altı min yeddi yüz doxsan bir manat 90 qəp) əmək haqqı borcu mövcuddur. Maliyyə imkansızlığı nəticəsində həmin vəsaiti ödəyə bilmirlər. Həm də hesablarında sərəncamlar vardır. Tələb təmin olunduğu halda ondan 10 günlük şikayət müddətində şikayət verilməyəcəkdir. Qeyd olunanlara əsasən Kreditor ərizəsini təmin edərək, dərhal icraya göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasına sadələşdirilmiş qaydada yol verilir və bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.5-ci maddəsinə əsasən tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə məhkəmə əmri verilə bilər. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin aşkar olduğu və borclu tərəfindən etiraf edildiyi üçün həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280- 282-ci və 284-cü maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: ünvan 2 ünvanında yerləşən borclu "xxxx" MMC-dən hesablanmış, lakin ödənilməmiş 16791,90 (on altı min yeddi yüz doxsan bir min manat 90 qəpik) manat əmək haqqı borcu "xxxx" ASC-nin Gənclik filialında olan AZ42AİİB400300E**********118 saylı hesablaşma hesabından tutularaq, Kreditor Kapital bankın **********773416 nömrəli əmək haqqı kartına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5322/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(011)-5322/2024
24.05.2024 · Əmr icraatı - Ödənilməmiş əmək haqqı üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver