Məhkəmə qərarları › İş №2(010)-552/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-552/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-552/2022 27.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya olan 1200 (bir min iki yüz) mana əsas borcu və aylıq faizlər olaraq 405 (135x3) manat, cəmi 1605 (bir min altı yüz beş) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə iddianın müdafiə etdiyini bildirərək ərizəni onunla əsaslandırmışdır ki, 07.02.2020-ci il tarixdə Cavabdeh 900 (doqquz yüz) manat pulu başqa tanışından alaraq borc kimi vermişdir. Həmin borcun əvəzində cavabdeh iddiaçıya hər ay 135 (yüz otuz beş) manat faizi ödəməklə 3 (üç) ay müddətinə pulu qaytaracağını bildirmişdir.Cavabdeh həmin borcdan 2 (iki) ay faiz ödəmiş, ondan sonra ödənişi dayandırmışdır. Pulu aldığı şəxs 1 ildən sonra iddiaçıya zəng vuraraq bildirmişdir ki, “sənin mənə 2100 manat borcu var”. İddiaçı, başqasından aldığı borcu bağlamaq üçün evinin qızıllarını Rabitə bankın lombardını qoymuşdur. Bundan sonra pulu aldığı şəxsin ondan pulun geri tələb edilməsini bildirərək, pulun qaytarılmasını xahiş etmiş, cavabdeh pulun nə qədər olduğunu soruşanda, iddiaçı bildirmişdir ki, borcu 2100 manatı keçmiş, pulu adığı şəxsə hazırda 2100 manat aparıb ödəyir v puda evini qızıllarının qarşılığında lombarddan aldığı puldu. Qısa müddətdə borcu qaytarılmasını xahiş etmişdir. Cavabdeh öz aralarından razılaşmaya əsasən hər ay qrafiklə o iddiaçıya 215 manat pul ödəməli idi. Cavabdeh bildirmişdir ki, pensiya kartını ona verəcək, hər ay oradan 130 manat çəkib, yerdə qalan 85 manatı da özü ödəyəcəkdir. Həmin vaxt o pensiya kartını almış və 6 ay müddətində hər ay 130 manat kartdan pul çəkmiş, Lakin cavabdeh vəd etdiyi kimi hər ay 85 manat ödəmişdir. Bi neçə dəfə onunla borc pul üstündə mübahisəsi oldu. Məsələ bir neçə dəfə Nizami rayon oils İdarəsindənin 24-cü Polis Bölməsində araşdırılmışdır və həmin araşdırmalırı zamanı cavabdeh təhqiqat orqanına verdiyi izahatında etiraf edir ki, iddiaçıdan həqiqətən də 900 manat borc pul almışdır, lakin onu qaytarmağa maddi imkanın olmadığını bildirmişdir. Bununla əlaqədar İddiaçıya olan 1200 (bir min iki yüz) manat əsas borcu və aylıq faizlər olaraq 405 (135x3) manat, cəmi 1605 (bir min altı yüz beş) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatından 2020-ci ildə iddiaçı maşının satılması ilə əlaqədar 600 manat pulun verilməsini, Ramildən pulu alarkən aralarında müddət söhbətinin olmadığını, həmin 600 manat pulu öz şəxsi problemlərini həll etmək üçün aldığını, 600 manat pulun qarşılığında gündəlik olaraq 6 manat pul ödədiyini, 2020-ci ilin oktyabr ayına qədər Ramilə gündəlik olaraq 6 manat ödədiyini, gecikmə olan hallarda da yığılmış pulları birdəfəlik ödədiyini bildirmişdir. O, oktyabr ayında özünə məxsus təqaüd kartını Ramilə vermiş, Ramil hər ay həmin kartdan 130 manat pul çıxartdığını, bu prosesin təxminən bir il davam etdiyini, sonradan maddi vəziyyəti yaxşı olmadığı üçün pulu ödəyə bilməmişdir. Ramilə olan borcu tam olaraq ödəmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami RPİ-in 24-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı Coşqun Qədiməliyev cinayət işi başlanmasının rədd edilməsi barədə 24 avqust 2021-ci il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi ıə riəzçi vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət emək hüququ izah edilmişdir. Həmin qərarar əsasən araşdırma zamanı Cavabdeh təhqiqata verdiyi izahatında 2020-ci ilin fevral ayında əvvəlcədən tanıdığı Ramil adlı şəxsdən faizə 600 manat pul aldığnıı, Ramildən pulu alarkən aralarında müddət söhbətinin olmadığını, həmin 600 manat pulu öz şəxsi problemlərini həll etmək üçün aldığını,600 manat pulun qarşılığında gündəlik olaraq 6 manat pul ödədiyini, 2020-ci ilin oktyabr ayına qədər Ramilə gündəlik olaraq 6 manat ödədiyini, gecikmə olan hallarda da yığılmış pulları birdəfəlik ödədiyini bildirmişdir. O, oktyabr ayında özünə məxsus təqaüd kartını Ramilə verdiyini, Ramilin hər ay həmin kartdan 130 manat pul çıxartdığını, bu prosesin təxminən bir il davam etdiyini, sonradan maddi vəziyyəti yaxşı olmadığı üçün pulu ödəyə bilmədiyini, yenidən ondan 300 manat faizə pul aldığını,həmin 300 manatın müqabilində hər 100 manata 1 manat pul ödədiyini bildirmişdir. O, Ramilə hal-hazırda ümümi məbləğdən 900 manat borcunun qaldığını, sonradan Ramildən təqaüd kartını geri istədikdə, o kartı başqa adama verdiyi üçün o özünə məxsus kartı bağlatdırdığını, hal-hazırda maddi vəziyyətinin yaxşı olmadığına görə Ramilə olan borcunu qaytara bilmədiyini bildirmişdir. Cavabdeh İddiaçı müraciətinə əsasən Ramildən onu işə düzəltməsi üçün 2600 manat pul alması barədə soruşulduqda o, Ramildən 2600 manat pul almadığını, onu işə düzəltmək üçün pul almadığını, ondan sadəcə faizə 900 manat pul aldığını bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırılması zamanı, tərəflərin izahatların, mülki işin materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Eldar oğlu ilə aralarından borc münasibətləri yaranmış, şifahi olaraq kredit müqaivləsi bağlanmış, iddiaçı cavabdehə 900 manat pul vəsaiti kredit vermişdir. Müəyyən müddət ərzində həmin borcu ödəsə də, üzərinə götürmüş öhdəliyi tam yerinə yetirə bilməmişdir. Həmin hal həmçinin də, Nizami RPİ-in 24-cü Polis şöbəsinin cinayət işin başlanmasının rədd edilməsi haqqında qərarla və həmin araşdırma zamanı İddiaçı tərəfindən verdiyi izahatla təsdiq olunur. Həmin qərara əsasən İddiaçı verdiyi izahatında cavabdehə 900 manat borcunun qaldığını bildirmişdir. İddiaçı Cavabdeh ona iddia ərizəsində göstərildiyi kimi borcun 1200 (bir min iki yüz) manat və aylıq faizlər olaraq 405 (135x3) manat, cəmi 1605 (bir min altı yüz beş) manat pul vəsaiti borc olaraq ödənilməli olduğunu qeyd etsə də, buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən X1 məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti tutularaq tutularaq İddiaçı ödənilsin. İddia qalan issədə rədd edilməlidir. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar