Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5522/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X7 iclas katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X5, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2 Sahib oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlərdən müştərək qaydada 30000 (otuz min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Sahib oğlu Cavabdeh1 MMC-nin İdarə Heyəti sədrinin 30.08.2019-cu il tarixli, S817K nömrəli “işə qəbul haqqında” əmrinə əsasən Cavabdeh1 MMC-nin “Bakı Böyük Kəsik” layihəsinin kontakt şəbəkə briqadasında sahə rəisi və sahələrdə görülən işlərə məsul şəxs kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tatlı stansiyası yaxınlarında dəmiryolu xətlərinin üzərində olan elektrik naqillərində təmir işlərinin aparılması zamanı texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda buna riayət etməmiş, yəni işçilər üçün sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, konkret olaraq iş tapşırılan vaxt yüksək təhlükəli yerlərin xüsusi nişanlarla işarələnməsini və xəbərdaredici lövhələrin vurulmasını təmin etmədiyinə görə vəzifə təminatının 1.6 və 12-ci abzaslarının və “Elektrikləşdirilmiş dəmir yollarında kontakt şəbəkəsinin qurulması və texniki istismar qaydaları”nın 2.2.6-cı bəndinin tələblərini pozmuş, nəticədə 14.09.2019-cu il tarixdə, səhər saat 11 radələrində şirkətə məxsus ADM.1-549 nömrəli drezinin səbət hissəsinin içərisində olan Cavabdeh1 MMC-nin “Bakı Böyük Kəsik” layihəsinin KBŞ-da quraşdırıcı vəzifəsində işləyən, Ağdaş rayonu, Ləki qəsəbə sakini 15.10.1980-ci il təvəllüdlü X6 ADY QSC-nin Tatlı stansiyasında Tovuz-Tatlı pereqonunda tək yolun cüt yola birləşən köhnə izolyatorlarını çıxaran zaman tək yolun üzərində olan naqillərdə cərəyanın kəsilmədiyini bilmədən əli ilə gərginliyi 3.3 kV-luq sabit elektrik cərəyanı olan naqilə toxunaraq sağ əlinin 1-2-3-cü barmaqlarının elektrik naqili ilə birbaşa təmasda olmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət almış, ehtiyatsızlıqdan elektrik vurma ilə bağlı hadisə yerində ölmüşdür. Ağstafa Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmü ilə Cavabdeh2 Sahib oğlu AR CM-in 162.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əslində hadisə 14.09.2019-cu il tarixdə, saat 11 radələrində baş verməsinə baxmayaraq, ərinin işə qəbul edilməsi haqda bildiriş elektron sistemə ölümündən sonra, saat 14:00-da göndərilmişdir. Belə ki, ona ərinin ölümündən sonra idarədən 1 günün əmək haqqı deyil, 192 manat ödənilmişdir. Məhkəmə araşdırması zamanı o vəsatət vermişdir ki, ərinin məcburi sığorta olunması haqqında məlumat verilsin, lakin bu araşdırılmamışdır. O, özü yazılı olaraq Cavabdeh1 MMC-yə müraciət etmişdir ki, ona məlumat verilsin ki, əri sığorta olunub, yoxsa yox. Lakin Cavabdeh1 MMC ona cavab verməmişdir. Yoldaşı işə götürülən zaman onunla nə bir əmək müqaviləsi bağlanmış, nə də bir sığorta olunmuşdur. Bu səbəbdən əri 14.09.2019cu ildə vəfat edəndə sığorta olunmadığı üçün dövlət tərəfindən ona sığorta ödənilməmişdir. O, üç uşağa baxır. Yoldaşı vəfat etdikdən sonra onun iş yeri tərəfindən ona 20000 (iyirmi min) manay pul və uşaqlarının saxlanılması üçün atasının ölümü ilə əlaqədar hər ay 300 manat pul təyin olunmuşdur. Lakin Cavabdeh2 Sahib oğlu tərəfindən ərinin ölümü ilə bağlı heç bir maddi təzminat ödənilməmişdir. Daha sonra, İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh2 ata adını iddia ərizəsində yanlışlıqla Sahib kimi qeyd etdiyini, cavabdehin adının Cavabdeh2 olduğunu bildirmiş, iddia ərizəsini cavabdehin adı ilə bağlı hissədə dəqiqləşdirmişdir. Daha sonra, iddiaçının vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 25000 manat sığorta pulu və 5000 manat ödənilməmiş əmək haqqı pulunun alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı bu ərizə ilə həm iddiasının əsasını, həm də predmetinin dəyişdirdiyindən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, bunu etməkdə haqlı olmadığından ərizə icraata qəbul edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, mərhum əri X6 Cavabdeh1 MMC-də 02.09.2019-cu il tarixdən quraşdırıcı kimi işə başlamış, aylıq əmək haqqı 360 manat məbləğində müəyyən edilmişdir. Lakin rəsmi əmək müqaviləsi 13.09.2019-cu il tarixdə bağlanmış, 14.09.2019-cu il tarixdə isə sistemə yerləşdirilmişdi. Hansı ki, həmin gün səhər saatlarında X6 artıq ölmüş, ona bu barədə məlumat verilmişdi. Cavabdeh1 MMC tərəfindən mərhum əri ilə vaxtında əmək müqaviləsi bağlanıb sistemə yerləşdirilmədiyindən o, mərhumun ailə üzvü kimi istehsalatda baş vermiş bədbəxt hadisəyə görə icbari sığortadan heç bir pul ala bilməmişdir. Belə ki, X6 Cavabdeh1 MMCdə işə başladığı gündən onunla əmək müqaviləsi bağlansa və sığorta olunsa da o, sığorta pulunu ala bilərdi. X2 cavabdeh Şirkətdə əvvəldən işlədiyi həm də oradan sübut edilir ki, ona ərinin Şirkətdə işlədiyi dövrdə əmək haqqı kimi 190 manat məbləğində pul verilmişdir. Hansı ki, əgər o, bir gün işləmiş olsa idi, onun bir günlük əmək haqqı heç vaxt bu məbləğdə ola bilməzdi. Buradan da görünür ki, Cavabdeh1 MMC tərəfindən əmək müqaviləsi vaxtında rəsmiləşdirilməmiş və sistemə yerləşdirilməmişdir. Bununla da o, baş vermiş hadisəyə görə sığortadan pul ala bilməmişdir. Cavabdeh1 MMC tərəfindən ona birdəfəlik 20000 (iyirmi min) manat məbləğində pul ödənilmişdir. Həmçinin, ayda mərhum ərinin əmək haqqı məbləğində onlara maddi yardım ediləcəyi bildirilsə də bu ödənişlər də vaxtı-vaxtında edilmir. Belə ki, 2020-ci ilin yanvar ayından 2021-ci ilin fevral ayına qədər cəmi 1 il 1 ay müddətində heç bir pul ödənilməmiş və 5000 manat məbləğində borc yığılmışdır. 01.02.2021-ci il tarixdən isə Şirkət tərəfindən ona aylıq 350 manat ödənilir. Onun himayəsində yetkinlik yaşına çatmayan uşağı var. Mərhum əri evin yeganə qazanc gətirəni idi. Hazırda özü də işləmək istəsə də peşəsinə uyğun iş tapa bilmir. Bu səbəbdən həmin sığorta pulunun ödənilməsi onun üçün çox vacibdir. Çünki bu puldan Cavabdeh1 MMC-nin əmək müqaviləsini vaxtında rəsmiləşdirməməsi səbəbindən məhrum olmuşdur. Hazırda o, bu pulu istəyir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, iddiaçının qeyd etdiyi kimi Cavabdeh1 MMC tərəfindən əmək müqaviləsi vaxtında bağlanılmadığına və mərkəzləşdirilmiş əmək müqaviləsi sisteminə yerləşdirilmədiyinə görə İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar sığorta pulunu almaqdan məhrum olmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, X6 13.09.2019-cu il tarixdə sığortalananlar siyahısına əlavə edilsə də onun ailəsinə heç bir sığorta ödənişi edilməmişdir. İddiaçının mərhum əri X6 ilə vaxtında əmək müqaviləsi bağlanmadığı oradan sübut edilir ki, iddiaçıya mərhum ərinin işlədiyi vaxta görə 190 manat məbləğində ödəniş edilmişdir. Hansı ki, bu ödəniş onun bir günlük əmək fəaliyyətinin qarşılığı deyil. Cavabdeh1 MMC tərəfindən məhkəməyə təqdim edilmiş və guya onun vaxtında əməyib mühafizəsi qaydaları haqqında təlimatlandırılması ilə bağlı sənədlər isə saxtadır. Çünki imzalara baxdıqda aydın bilinir ki, imzalar saxtalaşdırılmışdır. Bütün bu qeyd edilənlərdən görünür ki, Cavabdeh1 MMC-nin təqsirli hərəkətlərinə görə iddiaçı haqqı çatan sığorta ödənişindən məhrum olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X8 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı mərhum əri X6 ilə Cavabdeh1 MMC arasında 13.09.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmış, bu müqavilə 14.09.2019-cu il tarixdə mərkəzləşdirilmiş əmək müqaviləsi bildirişi sisteminə yerləşdirilmişdir. Lakin bədbəxt hadisə müqavilənin sistemə yerləşməsindən əvvəl, səhər saatlarında baş verdiyindən və əmək müqaviləsi sistemə yerləşdirilmədən qüvvəyə mindiyindən hadisə baş verən anda X6 Cavabdeh1 MMC-nin işçisi olmamışdır. Bu səbəbdən Şirkət tərəfindən mərhumun ailəsinə maddi dəstək üçün 20000 (iyirmi min) manat məbləğində birdəfəlik kompensasiya verilmişdir. İddiaçı özü də qəbul edir ki, bu kompensasiyanı almışdır. Bu zaman razılaşmışlar ki, iddiaçı bu məbləği aldıqdan sonra onun əlavə tələbi olmayacaq. Eyni zamanda razılığa gəlmişlər ki, iddiaçının onlardan tələb etdiyi mərhum ərinin əmək haqqı məbləğində aylıq ödəniş bu 20000 manatın hesabına ödənilsin. Lakin sonradan mərhumun himayəsində azyaşlı uşağı olması nəzərə alınaraq, uşağın anası olan hazırkı iş üzrə iddiaçıya uşaq yetkinlik yaşına çatanadək mərhumun əmək haqqı məbləğində aylıq pul ödənilməsi qərara alınmışdır. X1 əmək müqaviləsi bağlanmazdan əvvəl, 02.09.2019-cu il tarixdən Cavabdeh1 MMC-də işləməsi ilə bağlı qeyd edilənlər isə həqiqəti əks etdirmir. Belə ki, iddiaçı bununla bağlı mövqeyini yalnız onunla əsaslandırır ki, ərinin işlədiyi günə görə ona 190 manat əmək haqqı köçürülmüşdür. Bu əsasla o qeyd edir ki, mərhum əgər bir gün işləmiş olsa idi ona bu məbləğdə pul köçürülməzdi. Lakin bu hal təklikdə X2 Cavabdeh1 MMC-də bir gündən daha artıq işlədiyini sübut edən dəlil kimi qəbul edilə bilməz. Belə ki, iddiaçıya qeyd edilən təyinatla həqiqətən 190 manat məbləğində pul ödənildiyi müəyyən edilsə belə bu adi mühasibat səhvi də ola bilər. Yaxud mərhum ailəsinə maddi dəstək üçün atılmış humanist addım da ola bilər. Bunu mütləq şəkildə mərhumun Cavabdeh1 MMC-də daha uzun müddət işləməsinin göstəricisi kimi qiymətləndirmək olmaz. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan məlum olur ki, onun tələbi istehsalatda baş vermiş bədəxt hadisəyə görə sığorta ödənişi almağa yönəlmişdir. Hazırkı tələbin əsası isə fərqlidir. Bütün bunlara əsasən, hesab edir ki, iddia əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, o, Cavabdeh1 MMC-nin işçisi olmuş, mərhum X3 da işə özü düzəltmişdir. Onlar Daşqınla əvvəllər də başqa yerlərdə işləmiş, yaxşı münasibətləri olmuşdur. Hadisə baş verən gün daşqın ehtiyatsızlıqdan əlini elektrik xəttinə vurmuş, aldığı xəsarətdən vəfat etmişdir. Onun ailəsinə Cavabdeh1 MMC tərəfindən 20000 manatlıq birdəfəlik ödəniş edilmişdir və iddiaçının dediyinə görə mərhum ərinin əmək haqqı qədər də aylıq ödəniş edilir. Bu səbəbdən hesab edir ki, hazırkı iddia əsassızdır. Həmçinin, iddiaçının izahatından görünür ki, o, sığorta pulunu tələb edir. Hansı ki, onun ümumiyyətlə, sığorta pulu ilə bağlı məsələyə aidiyyəti yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən 04.08.2008-ci il tarixdə verilmiş, AZ-İ ******* nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 və X12 arasında 04.08.2008-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 27 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən 25.11.2019-cu il tarixdə verilmiş, AZ-İİ 044426 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 14.09.2019-cu il tarixdə Ağstafa rayonunda elektrik cərəyanının təsirindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 25.11.2019-cu il tarixdə 489 nömrə ilə qeyd edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1(015)-25/2020 saylı hökmündən görünür ki, Cavabdeh2 Sahib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Cavabdeh2 Sahib oğluna 2 il sınaq müddəti müəyyən edilməklə, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin başlanğıcının hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh2 Sahib oğlunun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, Cavabdeh2 Sahib oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, hökmün icrasının Ağdaş rayon İcra və probasiya idarəsinə (şöbəsinə) həvalə edilməsi, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pulun X4 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olmasının izah edilməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15.07.2021-ci il tarixli, 1(104)-180/2021 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 Sahib oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağstafa Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1(015)-25/2020 saylı hökmü zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. X6 tərəfindən Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış 12.09.2019-cu il tarixli ərizənin Cavabdeh1 MMC tərəfindən təsdiq edilmiş surətindən görünür ki, X6 12.09.2019-cu il tarixdən etibarən "xxxx" MMC-nin B.B.K.L-nin kontakt şəbəkə sahəsində quraşdırıcı kimi işə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-nin 13.09.2019-cu il tarixli, S 878 k nömrəli əmrinin Cavabdeh1 MMC tərəfindən təsdiq edilmiş surətindən görünür ki, bu əmrlə X6 13.09.2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq Cavabdeh1 MMC-nin “Bakı Böyük Kəsik Layihəsi”nin KŞB-na quraşdırıcı peşəsinə qəbul edilmişdir. Cavabdeh1 MMC və X6 arasında bağlanmış 13.09.2019-cu il tarixli, 5250 nömrəli əmək müqaviləsinin (kontrakt) Cavabdeh1 MMC tərəfindən təsdiq edilmiş surətindən görünür ki, bu müqaviləyə əsasən, X6 13.09.2019-cu il tarixdən etibarən 1 il müddətində, 13.09.2020-ci il tarixədək “quraşdırıcı” vəzifəsinə işə qəbul edilmiş, işçiyə hər ay 360 manat məbləğində əmək haqqı ödənilməsi müəyyən edilmişdir. Sığortaçı "xxxx" Sığorta Şirkəti ASC və Sığortalı Cavabdeh1 MMC arasında bağlanmış 28.02.2019-cu il tarixli, ATE 19058315 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin Cavabdeh1 MMC tərəfindən təsdiq edilmiş surətindən görünür ki, bu müqaviləyə əsasən, müqavilənin xeyrinə bağlandığı və müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan cədvəldə sığorta olunanlar qismində göstərilən, qanunvericiliyə uyğun olaraq bağlanılmış əmək və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxsləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta edilmişdir. 28.02.2019-cu il tarixli, ATE 19058315 nömrəli müqavilə üzrə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşların siyahısına dəyişikliklər haqqında” cədvəlin Cavabdeh1 MMC tərəfindən təsdiq edilmiş surətindən görünür ki, X2 adı 13.09.2019-cu il tarixdən sığorta olunmuş kimi cədvəldə yerləşdirilmişdir. “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən İddiaçı ünvanlanmış 11.12.2021-ci il tarixli, 1782 nömrəli məktubdan görünür ki, İddiaçı 15.11.2021-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, hazırda “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X17 Ləki qəsəbə ASM bölməsində feldşer və tibb bacısı vəzifələri üzrə vakant iş yerləri yoxdur. Vakat vəzifə olduğu halda ona məlumat veriləcək. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 MMC və İddiaçı mərhum əri X6 arasında bağlanmış 13.09.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, X6 Şirkətin Bakı-Böyük-Kəsik Layihəsinin kontakt şəbəkə briqadasında quraşdırıcı kimi işə qəbul edilmiş, aylıq əmək haqqı 360 manat məbləğində müəyyən edilmişdir. Bu əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi isə 14.09.2019-cu il tarixdə imzalanmışdır. Həmin gün səhər saatlarında X6 əmək fəaliyyəti ilə məşğul olarkən ehtiyatsızlıqdan əlini elektrik cərəyanı keçən elektrik xəttinə vurmuş, eletrik vurma nəticəsində hadisə yerində ölmüşdür. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi açılmış, Bakı-Böyük- Kəsik Layihəsinin kontakt şəbəkə briqadasında sahə rəisi işləyən Cavabdeh2 (hökmdə ata adı Sahib kimi qeyd edilsə də Sabirdir) məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Baş vermiş hadisədən sonra X1 arvadı, hazırkı iş üzrə İddiaçı 20000 (iyirmi min) manat məbləğində ödəniş edilmişdir. Həmçinin, Şirkət tərəfindən mərhumun əmək haqqı miqdarında ailəyə aylıq maddi yardım edilməsi qərara alınmışdır. Hazırda iddiaçı cavabdehlərdən müştərək qaydada 30000 (otuz min) manat məbləğində pul tələb edir. O, bu tələbini belə əsaslandırır ki, ərinin əmək müqaviləsi vaxtında bağlanmadığına və sistemə daxil edilmədiyinə görə o, istehsalatda baş vermiş bədbəxt hadisəyə görə sığorta ödənişi almaqdan məhrum olmuşdur və hazırda bu ödənişi cavabdehlərdən tələb edir. Məhkəmə ilk növbədə, hazırkı işin mübahisəsiz hallarının qeyd edilməsini zəruri hesab edir:
1. İddiaçı əri X6 Cavabdeh1 MMC-nin “Bakı Böyük Kəsik” layihəsinin kontakt şəbəkə briqadasında quraşdırıcı kimi əmək fəaliyyəti ilə məşğul olduğu zaman, 14.09.2019cu il tarixdə ehtiyatsızlıqdan əlini elektrik cərəyanı keçən elektrik xəttinə vurmuş, eletrik vurma nəticəsində hadisə yerində ölmüşdür.
2. Baş vermiş bədbəxt hadisə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi (əmək mühafizəsi qaydalarını pozma) ilə cinayət işi açılmış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə Cavabdeh2 təqsirli bilinmişdir.
3. Cavabdeh1 MMC tərəfindən mərhumun arvadı İddiaçı 20000 (iyirmi min) manat məbləğində pul verilmişdir.
4. Cavabdeh1 MMC tərəfindən İddiaçı himayəsində olan uşaq yetkinlik yaşına çatanadək mərhum ərinin orta aylıq əmək haqqı miqdarında aylıq ödənc verilir. Bu qeyd edilənlər işin mübahisəsiz halları olmaqla, həm iş materialları ilə təsdiq edilir, həm də tərəflər mübahisəsiz qəbul edir. İşin mübahisəli halları isə tərəflərə görə fərqlilik göstərir. Belə ki, İddiaçı iddia edir ki, mərhum əri X6 ilə Cavabdeh1 MMC arasında rəsmi əmək müqaviləsi 13.09.2019-cu il tarixdə bağlanılmış olsa da Daşqın Mustafayev faktiki olaraq sentyabr ayının əvvəlindən həmin yerdə işləməyə başlamışdır. İddiaçı, həmçinin onu da mübahisələndirir ki, Cavabdeh1 MMC tərəfindən ona 20000 məbləğində birdəfəlik ödəmə edilsə də mərhum ərinin orta əmək haqqı miqdarında təyin edilmiş aylıq ödənişlər tam verilməmişdir. O, bu iddiasını bir qədər də konkretləşdirərək, əlavə etmişdir ki, hadisə baş verdiyi 14.09.2019-cu il tarixdən hazırkı günədək Cavabdeh1 MMC tərəfindən 2020-ci ilin yanvar ayından 2021-ci ilin fevral ayınadək, ümumilikdə 13 ay ona heç bir aylıq ödənc verilməmiş, beləliklə, cavabdeh Şirkətin ona 5000 manat məbləğində borcu yaranmışdır. O, tələb etdiyi 30000 məbləğində pulun 5000 manatını bu borcun təşkil etdiyini bildirmişdir. İddiaçı qalan 25000 manatın Cavabdeh1 MMC-nin təqsirli hərəkətləri səbəbindən almaqdan məhrum olduğu sığorta ödənişi olduğunu iddia etmişdir. İddiaçıya görə Cavabdeh1 MMC mərhum əri ilə vaxtında əmək müqaviləsi bağlamadığına, bu müqaviləni vaxtında əmək müqaviləsi bildirişi sisteminə daxil etmədiyinə görə o, istehsalatda baş vermiş bədbəxt hadisəyə görə zərərçəkmiş şəxsin ailə üzvlərinə verilən icbari sığorta ödənişindən məhrum olmuşdur. Cavabdeh1 MMC-nin nümayəndəsi isə bildirmişdir ki, ümumiyyətlə, mərhum X6 hadisə baş verdiyi anda Cavabdeh1 MMC-nin işçisi statusunda olmamışdır, çünki onunla bağlanılmış müqavilə əmək müqaviləsi bildirişi sisteminə daxil edilməmiş, bununla da əmək müqaviləsi qüvvəsini almamışdır. Cavabdehin nümayəndəsi əlavə etmişdir ki, mərhum X6 yuxarıda qeyd edilən səbəbdən Şirkətin işçisi hesab olunmadığından onun ailəsinə aylıq ödənc yerinə, birdəfəlik 20000 manat məbləğində kompensasiya verilmişdir və bu zaman mərhumun arvadı, hazırkı iş üzrə İddiaçı bu hadisə ilə bağlı başqa heç bir tələbi olmayacağını bildirmişdir. Bununla belə Şirkət tərəfindən mərhumun yetkinlik yaşına çatmayan uşağı olması nəzərə alınmaqla, onun orta aylıq əmək haqqı miqdarında pul arvadı İddiaçı aylıq ödənc kimi verilməyə başlanılmışdır. Eyni zamanda, cavabdehin nümayəndəsi X1 əmək müqaviləsi bağlanmasından əvvəl Cavabdeh1 MMC-nin “Bakı Böyük Kəsik” layihəsinin kontakt şəbəkə briqadasında quraşdırıcı kimi əmək fəaliyyəti ilə məşğul olmasına dair iddiaçı tərəfin qeyd etdiklərini tamamilə təkzib etmişdir. Məhkəmə tərəflər arasındakı mübahisəli münasibətlərdən ilk növbədə, X1 Cavabdeh1 MMC-nin “Bakı Böyük Kəsik” layihəsinin kontakt şəbəkə briqadasında hansı tarixdən işləməsi, əmək müqaviləsinin bağlandığı tarixin onun faktiki əmək fəaliyyətinə başladığı tarixi əks etdirib-etdirməməsinə münasibət bildirir və hesab edir ki, İddiaçı mərhum əri X2 müvafiq iş yerində əslində sentyabr ayının əvvəlindən işləməsi ilə bağlı qeyd etdikləri işin həqiqi hallarına uyğundur. Belə ki, iş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1(015)-25/2020 saylı hökmündən görünür ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Cavabdeh2 (hökmün 2-ci vərəqi, 2-ci abzas); şahid qismində dindirilmiş X13 (hökmün 4-cü vərəqi 2-ci abzas); şahid qismində dindirilmiş X10 (hökmün 5-ci vərəqi 1-ci abzas) mərhum X6 ilə 2019-cu ilin sentyabr ayının 1-dən işləməyə başladıqlarını bildirmiş, dindirilən digər şahidlər də briqadanın həmin ərazidə işə 2019-cu ilin sentyabr ayının 1-dən başladığını bildirmişdir. Bu baxımdan məhkəmə X1 Cavabdeh1 MMC-nin “Bakı Böyük Kəsik” layihəsinin kontakt şəbəkə briqadasında faktiki olaraq 01.09.2019-cu il tarixdən işə başladığı, əmək müqaviləsinin 13.09.2019-cu il tarixdə bağlandığı nəticəsinə gəlir və bu hissədə cavabdeh Şirkətin nümayəndəsinin qeyd etdiklərini inandırıcı hesab etmir. Bundan başqa, məhkəmə X1 əmək müqaviləsinin öldüyü vaxt sistemə daxil edilməmiş olması və bu əsasla öldüyü anda onun Şirkətin işçisi statusu daşımaması ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən qeyd edilənləri də əsassız hesab edir. İlk növbədə, ona görə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci maddəsinin h bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Hazırkı işdən görünür ki, Cavabdeh1 MMC tərəfindən həm vaxtında əmək müqaviləsi bağlanılmamış, həm də bağlanılmış müqavilə vaxtında elektron informasiya sisteminə daxil edilməmişdir. Bununla da əmək müqaviləsinin vaxtında qüvvəsini almasının qarşısı alınmışdır. Belə olan halda Cavabdeh1 MMC tərəfindən məhz bu hala istinadla X2 hadisə baş verən anda Şirkətin işçisi statusu daşımaması iddia edilə bilməz. Məhkəmə, həmçinin cavabdehin diqqətinə onu da çatdırır ki, əmək müqaviləsi olmadığı halda belə, işçi və işəgötürən arasında əmək münasibətləri faktiki olaraq yarandıqda, əməyin mühafizəsi normalarının pozulmasına görə işəgötürən maddi məsuliyyət daşıyır (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 15.07.2011-ci il tarixli Qərarı). X6 və Cavabdeh1 MMC arasında əmək münasibətlərinin yaranmış olduğu və bu münasibətlərinin faktiki yaranma tarixi ilə bağlı məsələlər həll edildikdən sonra məhkəmə baş vermiş hadisədə işəgötürən Cavabdeh1 MMC-nin təqsiri olub-olmamasına münasibət bildirməyi zəruri hesab edir. Bu məsələyə münasibət bildirmək, həmçinin ona görə əhəmiyyətlidir ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürənin dəymiş zərəri, eləcə də digər xərcləri ödəməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 15.07.2011-ci il tarixli Qərarı). Hazırkı işin hallarından görünür ki, Cavabdeh1 MMC tərəfindən baş verən hadisədə Şirkətin işəgötürən kimi təqsirsiz olması ilə bağlı heç bir dəlil irəli sürülməmişdir. Baş vermiş hadisə ilə bağlı cinayət işi açılması və şirkətin işçisi olan hazırkı iş üzrə Cavabdeh2 təqsirli bilinməsi ilə bağlı məhkəmə hökmü olması təklikdə Cavabdeh1 MMCnin işəgötürən kimi təqsirsiz olduğu mənasına gəlmir. Belə ki, xüsusən, Cavabdeh1 MMC-nin işçi X6 ilə vaxtında əmək müqaviləsi bağlamaması, təlimatlandırma ilə bağlı məhkəməyə təqdim edilmiş cədvəldə işçi Mustafayev Daşqının adının ən sonda və cədvəlin yuxarısındakı adları yazan xətdən bariz fərqli xətlə, üstəlik bir həftə sonrakı tarixlə yazılması baş verən hadisədə tam olmasa da ən azından qismən Cavabdeh1 MMC-nin işəgötürən kimi təqsirli olduğunu göstərir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında isə qeyd edilir ki, Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinin məzmununa görə işəgötürənin işçiyə vurduğu zərər və işçinin çəkdiyi müvafiq xərclər işəgötürən tərəfindən bütövlükdə ödənilməlidir. Əmək Məcəlləsinin 195-ci maddəsinin və 239-cu maddəsinin 1-ci hissəsinin əlaqəli təhlili belə nəticəyə gəlməyə imkan verir ki, işəgötürənin təqsirinin həcminin tam və ya qismən olmasından asılı olmayaraq, Əmək Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda, işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır. Bu baxımdan məhkəmə hesab edir ki, işəgötürən Cavabdeh1 MMC istehsalat qəzası nəticəsində həlak olmuş işçinin ailə üzvlərinə aylıq ödənc verməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 195-ci maddəsinin c bəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 239-cu maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin Məcəllənin 3-cü hissəsinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləği”nin: 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. 3.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq. 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək. Hazırkı işdən görünür ki, cavabdeh “X18” MMC tərəfindən İddiaçı mərhumun orta aylıq əmək haqqı məbləğində aylıq ödənc verilir. Çünki, yuxarıda qeyd edilənlərə əsasən İddiaçı cavabdeh “X18” MMC-dən həmin ödənci almaq hüququ var. Bununla belə məhkəmə İddiaçı cavabdeh “X18” MMC-dən 2020-ci ilin yanvar ayından 2021-ci ilin fevral ayına qədər ödənilməmiş aylıq ödəncə görə yığılmış borc kimi 5000 manat məbləğində pul tələb etməsini əsassız hesab edir. Belə ki, İddiaçı mübahisələndirmədən qəbul edir ki, cavabdeh “X18” MMC tərəfindən hadisədən sonra ona 20000 manat məbləğində kompensasiya verilmişdir. Hansı ki, qanunla “X18” MMC-nin üzərinə mərhumun ailəsinə bu məbləğdə kompensasiya verilməsi vəzifəsi qoyulmamışdır. Üstəlik, bu məbləğ iddiaçının mərhum ərinin əmək haqqı olan 360 manatdan 55 dəfə, Azərbaycan Respublikasında 2019-cu ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu məbləği kimi müəyyən edilmiş 191 manatdan 104 dəfə çoxdur. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, istehsalatda baş vermiş bədbəxt hadisədə həlak olmuş ailə başçısının ölümü nəticəsində zərər çəkmiş ailə üzvlərinə dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə verilən pul heç bir halda həmin ailə üzvlərinin varlanmasına xidmət etməməli, ailə üzvləri tərəfindən mövcud vəziyyətdən varlanmaq məqsədilə istifadə edilməməlidir. Belə ki, məsələyə bu cür yanaşma hüquqdan sui-istifadə hesab edilə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-cı maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı 2020-ci ilin yanvar ayından 2021-ci ilin fevral ayına qədər ödənilməmiş aylıq ödəncə görə yığılmış borc kimi 5000 manat məbləğində pul tələb etməsi hər iki cavabdehə münasibətdə əsassızdır və iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə Cavabdeh2 münasibətdə xüsusən onu bildirir ki, İddiaçı tərəfindən hər iki cavabdehə qarşı yönəldilmiş tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə əsaslandırılmışdır. Hansı ki, bu maddəyə əsasən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin yalnız aylıq ödənclər şəklində ödənilməsi müəyyən edilmişdir. Hazırkı iş üzrə Cavabdeh1 MMC isə bu aylıq ödənclərdən əlavə iddiaçıya 20000 manat məbləğində kompensasiya vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-nin öz işçisinin vurduğu zərəri kifayət qədər ödəmiş olduğu və ödəməyə davam etdiyi qəbul edilməlidir. Bu vəziyyətdə, cavabdeh Şirkətin təmin etdiyi bütün bu pul ödənişlərinə baxmayaraq, iddiaçının işçidən də əlavə pul tələb etməsi yuxarıda qeyd edildiyi kim hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir. Məhkəmə onu da qeyd edir ki, işəgötürənin işçisinin vurduğu zərərə görə məsuliyyət daşıması bu sui-istifadəyə haqq qazandıra bilməz. Odur ki, iddia Cavabdeh2 münasibətdə də tam əsassızdır. İddianın tələbinin qalan 25000 manata aid hissəsinin, ümumiyyətlə hazırkı iddiaya aidiyyəti yoxdur. Belə ki, iddiaçı bu məbləği də dəymiş zərər kimi cavabdehlərdən müştərək qaydada tələb etsə də məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi bu 25000 manat əslində istehsalatda baş vermiş bədbəxt hadisəyə görə həlak olmuş işçinin ailə üzvlərinə verilən icbari sığorta ödənişi məbləğidir. İddiaçı hesab edir ki, baş vermiş hadisəyə görə ona 25000 manat məbləğində sığorta ödənişi verilməlidir. İddiaçının vəkili tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə adı ilə daxil olmuş, lakin iddianın həm predmeti, həm də əsası dəyişdirildiyinə görə məhkəmə tərəfindən qəbul edilməmiş ərizədən də görünür ki, iddiaçının cavabdehlərdən tələb etdiyi 30000 manat məbləğində pulun 25000 manatını sığorta ödənişi təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı bu hissədə iddianı düzgün cavabdehə qarşı qaldırmamış, iddianın əsasını düzgün müəyyən etməmişdir. Çünki bu halda iddianın əsasını iddiaçının yuxarıda qeyd edilmiş icbari sığorta ödənişini almağa hüququnun olması təşkil etməli, məhkəmə tərəfindən də bu əsas istiqamətində araşdırma aparılmalı idi. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair təmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva