Məhkəmə qərarları › İş №2(010)-5529/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5529/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5529/2021 14.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "kreditin, ona hesablanmış faiz borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 5870.11 manat məbləğində əsas borcun, 6.74 manat məbləğində faiz borcunun, cəmi 5876.85 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 16.08.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 60 ay müddətinə, illik 1% olmaqla 6882.42 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı bankdan götürdüyü kredit məbləğini maddi vəziyyəti ağır olduğu üçün ödəyə bilməmişdir. Kredit məbləğini yalnız hər ay 100 manat olmaqla hissə-hissə ödəyə bilər. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 16.08.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən görünür ki, Cavabdeh "xxxx" ASC-dən 60 ay müddətinə, illik 1% olmaqla 6882.42 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. 13.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı banka 5870.11 manat məbləğində əsas borc, 6,74 manat məbləğində faiz borc və 0 manat məbləğində cərimə borcu vardr. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş 13.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı banka 5749.62 manat məbləğində əsas borcun, 3.04 manat məbləğində faiz borcu vardr. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 16.08.2019-cu il tarixli Kredit müqaviləsi əsasən bağlanılmış və həmin müqavilə ilə Cavabdeh 60 ay müddətinə, illik 1% olmaqla 6882.42 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə görə borcalan müqavilə üzrə ödənişlər vaxtında lazımi qaydada icra edilməzsə bank kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit müqaviləsində nəzərdə tutulmuş pul vəsaitini cavabdehə vermişdir. Lakin tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq cavabdeh müqavilə üzrə ödənişləri vaxtında və lazımi qaydada həyata keçirməmişdir. İddiaçının sonuncu məhkəmə iclasında təqdim etdiyi maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin 16.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5749,62 manat məbləğində əsas borcu, 3.04 manat məbləğində faiz borcu vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini yerinə yetirməkdən yayınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Tərəflər arasında bağlanmış müqavilə 60 ay müddətinə bağlanmış və hazırda da həmin müqavilə qüvvədə olduğundan ləğv edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 16.08.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh iddiaçı "Bank of Baku” ASC-nin xeyrinə əsas borca görə 5749,62 (beş min yeddi yüz qırx doqquz manat altmış iki qəpik) manat, faiz borcuna görə 3.04 (üç manat dörd qəpik) manat olmaqla, cəmi 5752,66 (beş min yeddi yüz əlli iki manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 16.08.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borca görə 5749,62 (beş min yeddi yüz qırx doqquz manat altmış iki qəpik) manat, faiz borcuna görə 3.04 (üç manat dörd qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 5 782,66 (beş min yeddi yüz səksən iki manat altmış altı qəpik) manat məbləğində vəsait iddiaçı "Bank of Baku” ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar