Məhkəmə qərarları › İş №2(010)-5534/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5534/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5534/2021 05.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kreditin, kredit faizinin ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 736,35 manat əsas kredit borcu, 403.67 manat faiz və 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Cavabdeh etirazına əsasən məhkəmə əmri ləğv edilərək tələb iddia icraatına keçirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 21 yanvar 2013-ci il tarixdə imzalanmış Nağd pul lahiyəsinə əsasən borcluya illik 25 faiz ödəmək şərti ilə 24 ay müddətinə 2150 manat məbləğində kredit verilmişdir. Cavabdeh «Ödəniş cədvəli» üzrə ödəməli olduğu kredit və hesablanmış faizləri dayandırmış, bununla da üzərinə düşən öhdəliyi yerinə yetirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 tələbi müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq həmin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 21 yanvar 2013-ci il tarixdə bağlanmış Nağd pul lahiyəsinə əsasən borcluya illik 25 faiz ödəmək şərti ilə 24 ay müddətinə 2150 manat kredit verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən təqdim olunmuş 24 sentyabr 2021-ci il tarixli maliyyə arayışı və hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh 21 yanvar 2013-cü il tarixə kredit müqaviləsi üzrə əsas borcu 736,35 manat, faiz borcu isə 282,37 manat təşkil edir. Beləliklə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 21 yanvar 2013-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 2150 manat məbləğində kredit verilmişdir. Cavabdeh öhdəliyini lazımınca icra etmədiyindən hazırda həmin kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 736,35 manat, faiz üzrə 282,37 manat borcu kreditora ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə kredit və kredit borcuna hesablanmış faizlərin tutulmasına dair iddia tələbi əsaslıdır. Bununla belə, məhkəmə iclasına təqdim olunmuş 24 sentyabr 2021-ci il tarixli maliyyə arayışından göründüyü kimi, Cavabdeh 21 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcu 282,37 manat təşkil edir. Belə olduğu halda məhkəmə məhz həmin həcmdə cavabdehdən faiz borcunun tutulması hissədə iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən idiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə arasında bağlanmış 21 yanvar 2013-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 736,35 manat əsas kredit borcu və 282,37 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən bir ay müddətində Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar