Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5552/2021 02.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı Gadjıev Aıdının iştirakı ilə, İddiaçı Gadjıev Aıdının cavabdehlər Gasanov Mıkaıla və Cavabdeh2 Rəsul qızına qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Gadjıev Aıdının cavabdehlər Gasanov Mıkaıla və Cavabdeh2 Rəsul qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müştərək olaraq 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq ona ödənilməsi; Cavabdeh1 və Cavabdeh2 Rəsul qızından müştərək ona verməli kredit borcun 28.020 (iyirmi səkkiz min iyirmi) manatın qalan 25.370 (iyirmi beş min üç yüz yetmiş) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdehlər Qasanov Mikail və Cavabdeh2 Rəsul qızı arasında 02.08.2017-ci il tarixində Bakı şəhəri 8 saylı Notariat Kontorunda 3m-165 reyestr nömrəsi ilə kredit müqaviləsi rəsmiləşdirilmişdir. Müqavilənin şərtlərinə əsasən borc alanlar 28000 (iyirmi səkkiz min) manat məbləğində pulu hər ay 1000 (bir min) manat olmaqla qaytarmalı idilər. Borc alanlar krediti 02.12.2019-cu il tarixinədək “Borc Verənə” qaytarmağı öhdəsinə götürmüşlər. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliyə əməl etməmələri barəsində tərəfimdən Bakı şəhər 8 saylı Notariat Kontoruna 06 yanvar 2020-ci il tarixdə rəsmi müraciət etmişdir ki, Gürcüstan Respublikası vətəndaşı Qasanov Mikail və Cavabdeh2 Rəsul qızı 02.08.2017-ci il tarixində rəsmiləşdirilmiş kredit müqaviləsinin şərtlərinə əməl etməmişlər, götürdükləri kredit borcundan müxtəlif bəhanələrlə boyun qaçırmışlar. Bakı şəhəri 8 saylı Notariat ofisinin xüsusi notariusu X1 “Notariat haqqında AR. Qanununun 76cı maddəsinə” əsasən müraciətimə baxaraq 20.02.2020-ci il tarixdə aidiyyatı üzrə Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya şöbəsinə “icra Qeydi” göndərmişdir. 11.03.2020ci il tarixdə Suraxanı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən “icra Qeydi” üzrə qərar qəbul etmiş və icraatına daxil etmişdir. Cavabdehlər 02.08.2017-ci il tarixdən rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 28.000 (iyirmi səkkiz min) manatdan son 2021-ci ilin 7 ay üzrə hissə-hissə cəmi 2650 (iki min altı yüz əlli) manat borc qaytarmışlar. Sonradan bundan da imtina etmişlər. Odur ki, iddiaçı müştərək olaraq 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq ona ödənilməsi; Cavabdeh1 və Cavabdeh2 Rəsul qızından müştərək ona verməli kredit borcun 28.020 (iyirmi səkkiz min iyirmi) manatın qalan 25.370 (iyirmi beş min üç yüz yetmiş) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Gasanov Mıkaıl və Cavabdeh2 Rəsul qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Gadjıev Aıdın tərəfindən Suraxanı rayon İcra şöbəsinə verilmiş 07.09.2021-ci il tarixli ərizəyə əsasən, icraatda Bakı şəhəri notariat ofisinin 8İ-16 nömrəli icra qeydi vardır. Bu işlə bağlı o, məhkəmə qaydasında dayandırılmasını və 20.02.2020-ci il tarixli icra qeydinin ona qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Suraxanı rayon İcra və probasiya Şöbəsi tərəfindən qəbul edilmiş 07.09.2021-ci il tarixli qərara əsasən, icra sənədi tələbkara qaytarılması və qərarın sürətinin tərəflərə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya təminatı Baş İdarəsi tərəfindən verilmiş 29.07.2021-ci il tarixli məktuba əsasən, Gürcüstan vətəndaşı, 17.09.1990-cı il təvəllüdlü Mıkaıl Gasanovun (pasport №18AA89417) sonuncu dəfə ölkədə müvəqqəti olma müddəti 19.05.2021-ci il tarixədək uzadılmış və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. İş materiallarında olan Gadjıev Aıdın oğlu ilə Cavabdeh2 və Gasanov Mıkaıl arasında bağlanmış 02.08.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, “Borc verən" "Borc alanlara" 28000 manat 00 qəpik (iyirmi səkkiz min manat sıfır qəpik) məbləğində pulu hər ay 1000 (bir min) manat qaytarmaq şərt ilə borc verir. 'Borc alanlar" krediti 02/12/2019 ( iki dekabr iki min on doqquzuncu il) tarixədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. “Borc alan" kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. Borc verən" müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. “Borc alanlar" müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericiikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılılğı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur, Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda İsə məhkəmə qaydasında həyata keçirilir, Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini "Borc alanlar" çəkir. Bu müqavilə dörd nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan biri notariat kontorunda saxlanılır, digər nüsxələri isə tərəflərə verilir. İş materiallarında olan 8 saylı notariat ofisində qeyd edilmiş 20.02.2020-ci il tarixli icra qeydinə əsasən, həmin sənədlər üzrə ünvan 2 ünvanında qeydiyyatda olan GADJİEV AİDİN ((Gürcüstan vətəndaşı) DYİ 0015455, 11/11/2015-DÖVLƏTMİQRASİYA XİDMƏTİ) xeyrinə GÜRCÜSTAN. RESP,VƏT.FAKT.BAKİ ŞƏH, SURAXANİ RAY, QARAÇUXUR QƏS, MƏH 40/48, ev 10, mənzil 79 ünvanında qeydiyyatda olan Cavabdeh1 DAN ((GÜRCÜSTAN vətəndaşı) P GEO 08AK19992, 16/10/2008-GÜRCÜSTAN RESPUBLİKASİ) müddət üçün vaxtında ödənilməmiş 28000 manat 00 qəpik (iyirmi səkkiz min manat sıfır qəpik) tutulması, borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 28020 manat 00 qəpik (iyirmi səkkiz min iyirmi manat sıfır qəpik) pul tutulması təklif edilmişdir Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından Gadjıev Aıdın ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələ gələn öhdəliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə araşdırması zamanı məlum oldu ki, iddiaçı ilə cavabdehlər Qasanov Mikail və Cavabdeh2 Rəsul qızı arasında 02.08.2017-ci il tarixində Bakı şəhəri 8 saylı Notariat Kontorunda 3m-165 reyestr nömrəsi ilə kredit müqaviləsi rəsmiləşdirilmişdir. Müqavilənin şərtlərinə əsasən borc alanlar 28000 (iyirmi səkkiz min) manat məbləğində pulu hər ay 1000 (bir min) manat olmaqla qaytarmalı idilər. Borc alanlar krediti 02.12.2019cu il tarixinədək “Borc Verənə” qaytarmağı öhdəsinə götürmüşlər. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliyə əməl etməmələri barəsində tərəfimdən Bakı şəhər 8 saylı Notariat Kontoruna 06 yanvar 2020-ci il tarixdə rəsmi müraciət etmişdir ki, Gürcüstan Respublikası vətəndaşı Qasanov Mikail və Cavabdeh2 Rəsul qızı 02.08.2017-ci il tarixində rəsmiləşdirilmiş kredit müqaviləsinin şərtlərinə əməl etməmişlər, götürdükləri kredit borcundan müxtəlif bəhanələrlə boyun qaçırmışlar. Bakı şəhəri 8 saylı Notariat ofisinin xüsusi notariusu X1 “Notariat haqqında AR. Qanununun 76-cı maddəsinə” əsasən müraciətimə baxaraq 20.02.2020-ci il tarixdə aidiyyatı üzrə Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya şöbəsinə “icra Qeydi” göndərmişdir. 11.03.2020-ci il tarixdə Suraxanı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən “icra Qeydi” üzrə qərar qəbul etmiş və icraatına daxil etmişdir. Cavabdehlər 02.08.2017-ci il tarixdən rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 28.000 (iyirmi səkkiz min) manatdan son 2021-ci ilin 7 ay üzrə hissə-hissə cəmi 2650 (iki min altı yüz əlli) manat borc qaytarmışlar. Sonradan bundan da imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Gasanov Mıkaıldan və Cavabdeh2 Rəsul qızından 02.08.2017-ci il tarixində Bakı şəhəri 8 saylı Notariat Kontorunda 3m-165 reyestr nömrəsi ilə kredit müqaviləsi üzrə 25350 (iyirmi beş min üç yüz əlli) manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Gasanov Mıkaıldan və Cavabdeh2 Rəsul qızından 02.08.2017-ci il tarixində Bakı şəhəri 8 saylı Notariat Kontorunda 3m-165 reyestr nömrəsi ilə kredit müqaviləsi üzrə 25350 (iyirmi beş min üç yüz əlli) manat məbləğində borc tutularaq Gadjıev Aıdının xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Gasanov Mıkaıldan və Cavabdeh2 Rəsul qızından tutularaq Gadjıev Aıdına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-5552/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5552/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver