Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5561/2020 11.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, iddiaçı “xxxx” MMC-nin Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı öhdəliyin icra edilməmsi ilə maddi ziyanın vurulması tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” MMC-nin Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı öhdəliyin icra edilməmsi ilə maddi ziyanın vurulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 öz üzərinə dötürdüyü öhdəliyi icra etməməklə 41,474.42 (qırx bir min dörd yüz yetmiş dörd) manat 42 qəpik məbləğində vurduğu maddi ziyanın, işlərin icrasının ümumi gecikdirilməsinə görə 70,478.94 (yetmiş min dörd yüz yetmiş səkkiz) manat 94 qəpik məbləğində dəbbə pulunun və 30 (otuz) manat dövlət rüsumunun xərcinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı öhdəliyin icra edilməmsi ilə maddi ziyanın vurulması tələbini göstərsə də iddia ərizəsinə subpodryad müqaviləsini əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.5 maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 149.2.3 maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar göstərilməlidir. Həmin Məcəllənin 152.1.1 maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149 və 152.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “xxxx” MMC-nin Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı öhdəliyin icra edilməmsi ilə maddi ziyanın vurulması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edilə bilər. Qərardaddan 10 gün müddətində Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva.
Məhkəmə qərarları › İş №2(010)-5561/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5561/2020
11.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver