Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5564/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş sadələşdirilmiş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, İddia tələbi
1. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 284-4. İşə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyi 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina edilməlidir.
4. Belə ki, iddia ərizəsindən və iş materiallarına məhkəmə tərəfindən əlavə edilmiş qərardaddan müəyyən olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı, yəni yekun məhkəmə aktı olmuşdur. Göründüyü kimi iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə (kiçik mübahisələr üzrə iddia ərizəsi) məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(010)-2309/2023 saylı qərardadı ilə iddia ərizəsinin (kiçik mübahisələr üzrə iddia ərizəsi) iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardad ilə razı olmayan iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3690/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş şikayət təmin edilməyərək, hazırkı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(010)-2309/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti isə artıq həmin iş üzrə yekun məhkəmə aktı qəbul olunmasından məlumatlı olduğu və ərizənin qəbul edilməsindən imtina olunmasının iddiaçıya həmin tələb üzrə sadələşdirilmiş icraat qaydasında ərizə verilməsinə mane olduğunu bildiyi halda, yenidən sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmiş, həmçinin iş üzrə qəbul olunmuş məhkəmə aktlarını iş materiallarına əlavə etməmiş və həmin fakt məhkəmənin özü tərəfindən aşkara çıxarılmışdır.
Məhkəmənin gəldiyi nəticə
5. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin (sadələşdirilmiş icraat) icraata qəbul edilməsindən imtina edilməlidir.
6. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsinin (sadələşdirilmiş icraat) icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz.