Məhkəmə qərarları › İş №2(010)-557/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-557/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-557/2020 16.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı x2 xeyrinə 027R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 11406.91 ABŞ dolları əsas, 8534.38 ABŞ dolları faiz, 8926.08 ABŞ dolları cərimə, cəmi 28867.37 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18 avqust 2008-ci il tarixli 04L000001664 saylı x4nə əsasən 60 ay müddətinə 80000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. 30 oktyabr 2012-ci il tarixli x4nə dəyişiklik və əlavələr edilməsi haqqında 1664 saylı Sazişə əsasən kredit xəttinin müddəti 170 ay müddətinə kimi müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. x4 üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 15.10.2014-cü il tarixli 027R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 18.03.2015-ci il tarixli 027R**********S saylı, 16.12.2015-ci il tarixli 027R**********SA saylı, 23.02.2016-cı il tarixli 027R**********SC saylı, 07.04.2016-cı il tarixli 027R**********SC saylı, 19.09.2016-cı il tarixli 027R**********SD saylı, 17.01.2017-ci il tarixli 027R**********SE saylı, 13.11.2017-ci il tarixli 027R**********SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 19.02.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 18593.09 ABŞ Dolları ödəmiş, onun 11406.91 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 15.11.2019-cu il tarixə 634 gün üçün hesablanmış faiz borcu 8534.38 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 15.11.2019-cu il tarixə 634 gün üçün hesablanmış cərimə 8926.08 ABŞ Dolları təşkil edir. x3 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. x4 üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xəttinə edilmiş 30.10.2012-ci il tarixli dəyişikliyə zaminlər tərəfindən razılıq verilərək sonuncularla iddiaçı arasında həmin tarixli 1913 və 1914 saylı sazişlər imzalanmışdır. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən x4ndən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və x4 üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi Gülnar İsmayılova ərizə ilə məhkəməyə müraciət edərək, 04.03.2020-ci il tarixli 5577 saylı ekspert rəyi ilə razı olduqlarını, iddia ərizəsinə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, o, 2008-ci il tarixdə İddiaçı QSC-dən 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin sonradan maddi problemləri yarandığından pulu tam ödəyib qurtara bilməmişdir. Onun İddiaçı QSC-yə olan borcundan əlavə başqa banklara borcu vardır. Odur ki, borcun hissə-hissə ödənilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək digər cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 04L000001664 nömrəli x4nə əsasən Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 80000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş 1664 nömrəli x4nə dəyişiklik və əlavələr haqqında Sazişdən görünür ki, 18 avqust 2008-ci il tarixdə bağlanmış 04L000001664 saylı x3 “1.2” bəndlərində dəyişiklik və əlavələr edilmişdir. Bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 170 ay 18 oktyabr 2022-ci il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarına əlavə edilmiş 18.08.2008-ci il tarixli 027R********** saylı kredit razılaşmasına əsasən İddiaçı QSC Cavabdeh1 aylıq 2.0833 faizlə 18 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 027R**********S saylı Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Kredit Alan arasında 18 avqust 2008-ci il tarixli 04L000001664 saylı x1 üzrə 15 oktyabr 2014-cü il tarixdə bağlanmış 027R********** Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 15 oktyabr 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 18 mart 2015-ci il tarixli ödəniş planına (“Yeni Ödəniş Planı”) uyğun olaraq dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş 027R**********SA saylı Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Kredit Alan arasında 18 avqust 2008-ci il tarixli 04L000001664 saylı x4 üzrə 15 oktyabr 2014-cü il tarixdə bağlanmış 027R********** Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 18 mart 2015-ci il tarixli ödəniş planı ("Əvvəlki Ödəniş Planı") ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 16 dekabr 2015-ci il tarixli ödəniş planına ("Yeni Ödəniş Planı") uyğun olaraq dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş 23.02.2016-cı il tarixli 027R**********SC saylı Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Kredit Alan arasında 18 avqust 2008-ci il tarixli 04L000001664 saylı x4 üzrə 15 oktyabr 2014-cü il tarixdə bağlanmış 027R********** Kredit Razılaşması («Kredit Razılaşması») əsasında verilmiş kreditin qalıq məbləğinə 23 fevral 2016-cı il tarixdən aylıq 1.4167%; 15 mart 2017-ci il tarixdən aylıq 1.3333%; 17 iyul 2017-ci il tarixdən aylıq 0% dərəcəsi ilə faizlər hesablanır.Kredit Alan bu Sazişə əlavə olunan 23 fevral 2016-cı il tarixli Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəyir. İş materiallarına əlavə edilmiş 07.04.2016-cı il tarixli 027R**********SC saylı Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Kredit Alan arasında 18 avqust 2008-ci il tarixli 04L000001664 saylı x4 üzrə 15 oktyabr 2014-cü il tarixdə bağlanmış 027R********** Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə 07 aprel 2016-cı il tarixdən aylıq 1.4167% dərəcəsi ilə faizlər hesablanır. Kredit Alan bu Sazişə əlavə olunan 07 aprel 2016-cı il tarixli Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəyir. İş materiallarına əlavə edilmiş 19.09.2016-cı il tarixli 027R**********SD saylı Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, B Bank ilə Kredit Alan arasında 18 avqust 2008-ci il tarixli 04LOOOOO1664 saylı x4 üzrə 15 oktyabr 2014-cü il tarixdə bağlanmış 027R********** Kredit Razılaşması («Kredit Razılaşması») əsasında Kredit Alan verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu Sazişə əlavə olunan 19 sentyabr 2016-cı il tarixli Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq Banka ödəyir. Kredit Alan Ödəniş Planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğinə aylıq 1.5833% dərəcəsi ilə faizlər hesablaya və Kredit Alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda Kredit Alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməlidir. İş materiallarına əlavə edilmiş 17.01.2017-ci il tarixli 027R**********SE saylı Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Kredit Alan arasında 18 avqust 2008-ci il tarixli 04LOOOOO1664 saylı x4 üzrə 15 oktyabr 2014-cü il tarixdə bağlanmış 027R********** Kredit Razılaşması («Kredit Razılaşması») əsasında Kredit Alan verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu Sazişə əlavə olunan 17 yanvar 2017-ci il tarixli Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq Banka ödəyir. Kredit Alan Ödəniş Planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğinə aylıq 1.5833% dərəcəsi ilə faizlər hesablaya və Kredit Alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda Kredit Alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməlidir. İş materiallarına əlavə edilmiş 13.11.2017-ci il tarixli 027R**********SG saylı Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Kredit Alan arasında 18 avqust 2008-ci il tarixli 04L000001664 saylı x4 üzrə 15 oktyabr 2014-cü il tarixdə bağlanmış 027Rİ428831668 Kredit Razılaşması («Kredit Razılaşması») əsasında verilmiş kreditin qalıq məbləğinə 13 noyabr 2017-ci il tarixdən aylıq 1.1667% dərəcəsi ilə faizlər hesablanır.Kredit Alan bu Sazişə əlavə olunan 13 noyabr 2017-ci il tarixli Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəyir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh1 027R********** saylı 15.10.2014-cü il tarixli kredit razılaşması üzrə 11406.91 ABŞ dolları əsas, 8534.38 ABŞ dolları faiz, 8926.08 ABŞ dolları cərimə, cəmi 28867.37 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmiş 04S000001913 saylı və 04S000001914 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh3 ilə 04S000001913 saylı, Cavabdeh2 ilə 04S000001914 saylı İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən öhdəliklərin tamamilə icra edilməsinə dair məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarına əlavə edilmiş 1913 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, bank ilə zamin arasında 18.08.2008-ci il tarixdə bağlanmış 04S000001913 saylı Zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmişdir və əlavə edilməklə həmin preambulada, Kredit Xəttinin müddəti 170 ay yazılmışdır. İş materiallarına əlavə edilmiş 1914 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, bank ilə zamin arasında 18.08.2008-ci il tarixdə bağlanmış 04S000001913 saylı Zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmişdir və əlavə edilməklə həmin preambulada, Kredit Xəttinin müddəti 170 ay yazılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC tərəfindən 29.11.2018-ci il tarixdə cavabdehlərə ünvanlanmış Xəbərdarlıq məktublarının məzmunundan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsinə əsasən yaranmış borcun qaytarılması barədə xəbərdarlıq olunmuşlar. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 5577 saylı, 04.03.2020-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki,İddiaçı KB ASC ilə Cavabdeh1 2008-ci il tarixində 04L000001664 saylı Kredit Xətti 2014-cü il tarixdə 027R********** saylı kredit razılaşmasına 23.02.2016-cı il tarixdə 027R**********SC saylı əlavə dəyişiklik müqaviləsi və 13 noyabr 2017-ci il tarixli 027R**********SG saylı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə yəni 19.11.2018-ci il tarixinə banka əsas borc üzrə 11406,91 ABŞ dolları, faiz borcu üzrə 7164,94 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 04L000001664 nömrəli x4nə əsasən Cavabdeh1 60 ay müddətinə 80000 ABŞ dolları məbləğində kredi xətti açılmışdır. 18.08.2008-ci il tarixli 027R********** saylı kredit razılaşmasına əsasən İddiaçı QSC Cavabdeh1 aylıq 2.0833 faizlə 18 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin, Cavabdeh3 ilə 04S000001913 saylı, Cavabdeh2 ilə 04S000001914 saylı zaminlik müqaviləsi bağlanmışdır. 1913 saylı və 1914 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişə əsasən bank ilə zamin arasında 18.08.2008-ci il tarixdə bağlanmış 04S000001913 saylı Zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmişdir və əlavə edilməklə həmin preambulada, Kredit Xəttinin müddəti 170 ay müəyyən edilmişdir. İş üzrə İddiaçı QSC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncular bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı QSC-nin iddiasının 8926.08 ABŞ dolları gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 100 ABŞ dolları məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, 04.04.2020-ci il tarixli ekspert rəyi nəzərə alınmaqla Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada 18.08.2008-ci il tarixli 04L000001664 nömrəli x4 üzrə 11406.91 ABŞ dolları əsas, 7164.94 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 120 (yüz iyirmi) manat Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydadatutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 18.08.2008-ci il tarixli 04L000001664 nömrəli x4 üzrə 11406.91 ABŞ dolları əsas, 7164.94 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu, cəmi 18671.85 (on səkkiz min altı yüz yetmiş bir ABŞ dolları, səksən beş sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri – 120 (yüz iyirmi) manat Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydadatutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar