Məhkəmə qərarları › İş №2(010)-5590/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5590/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5590/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı işə pul tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı işə pul tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh 10000 (on min) manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı işə pul tələbinə dair 2(010)-5590/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsi və işin materiallarından görünür ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri, Qaradağ rayonu olmasına baxmayaraq iddiaçı tərəfindən ərizə ərazi aidiyyəti pozulmaqla verilmişdir. Yəni tələbkar tərəfindən həmin ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmək əvəzinə Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə də, iş üzrə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşdiyindən məhkəmə qeyd olunan prosessual qanunvericiliyin normalarına əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı işə pul tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı olan 2(010)-5590/2021 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar