Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5608/2019 20.12.2019 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh X7 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X9 qarşı “pul” tələbinə dair mülki işə xx xxxxxx 2019-cı il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4450 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini dəqiqləşdirərək, tələbini onunla əsaslandırılmışdır ki, o, 2008-ci il tarixdən topdan mebel satışı ilə məşğul olur. 2015-ci ilin aprel ayında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında mebel alqı-satqısına dair birgə biznes fəaliyyəti olmuşdur. Cavabdeh2 sonradan ailə quraraq, «Bədiyeva» soyadını götürmüşdür. Həmin fəaliyyət nəticəsində cavabdehlərin ona aldıqları mebellərə görə 10.250 ABŞ dolları məbləğində borcları qalmışdır. Ricat və Afət müxtəlif vaxtlarda bu bocdan bir hissəsini ödəmiş, hal-hazırda sonuncuların ona 4450 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun qaytarılması istiqamətində heç bir real addım atmamışlar. Tərəfindən Nizami rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət olunmuş və cavabdehlər X5 və Cavabdeh2 barəsində tədbir görülməsini və ona olan borcunun qaytarlımasını xahiş etmişdir. Nizami RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Mübariz Cəfərov tərəfindən onun şikayətinə baxılmış, araşdırma aparılmış və mübahisənin mülki xarakterli olduğunu qeyd edilərək, cinayət işinin icraatına xitam verilmişdir. X8 tərəfindən aparılmış araşdırma zamanı cavabdehlər Cavabdeh1 və X3 izahatları alınmış və onlar ona 10.250 ABŞ dolları məbləğində borclu olduğunu etiraf etmiş, daha sonra isə güya bu borcun böyük bir hissəsini ödəyərək, ona cəmi 2700 manat məbləğində borcu qaldıqlarını göstərmişlər. Lakin mebellərin alqı-satqısı ABŞ dolları ilə həyata keçirilmiş, cavabdehlərin isə ona bütün ödənişlərdən sonra 4450 ABŞ dolları məbləğində borcları qalmışdır. Cavabdehlərin hər hansı bir məbləğin ona ödənilməsinə dair yazılı sübutları yoxdur, o, bundan istifadə edərək deyə bilərdi ki, cavabdehlər ona heç bir ödəniş etməmişlər. Lakin o, hallalıqla deyir ki, cavabdehlər ona 10.250 ABŞ dolları məbləğində borclarıdan ödənişlər etmişlər və hazırda sonuncuların ona 4450 ABŞ dolları məbləğində borcları qalmışdır. Qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh1 və X6 4450 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, mebel alqı-satqısına dair cavabdehlər Cavabdeh1 və Şeyxəliyeva (Bədiyeva) Afət Arif qızı ilə İddiaçı arasında razılaşma olmuşdur. Razılaşmaya müvafiq olaraq cavabdehlər iddiaçıya olan borclarının tam olaraq ödəyiblər. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini xahiş edir. İş üzrə cavabdehlər Cavabdeh1 və Şeyxəliyeva (Bədiyeva) Afət Arif qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Mübariz Cəfərovun, xx.xx.2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, ********* saylı cinayət işi 10 noyabr 206-cı il tarixdə Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Tural Qaralov tərəfindən İddiaçı xeyli miqdarda əmlakının aldatma və etibardan sui- istifadə edilməsi yolu ilə ələ keçirilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 000489 saylı şahidin dindirilməsi protokolundan müəyyən olunur ki, hazırki iş üzrə Cavabdeh1 şahid qismində dindirilərkən, ifadəsindən göstərmişdir ki, Cavabdeh2 onun doğma bacısıdır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesi üzərində yerləşən Diamond mebel dükanı vardır. Həmin mebel dükanını işlədərək, ailə xərclərini ödəyirlər. Bundan əlavə isə bacısı Afət Şeyxəliyev həmin dükanı 2014-cü ildən işlədərək oraya müəyyən şəxslərdən mebel alaraq və Türkiyə Respublikasından mebel gətirərək işlədirdi. 2014-cü ildə bacısı Afət Şeyxəliyev dükanda olan İddiaçı mebel kataloqunu müxtəlif şəxslərə təklif etmiş və mebel kataloqunda olan mebelləri müxtəlif şəxslərə satmışdır. İddiaçı 10.250 ABŞ dollarlıq mebeli bacısı Afət götürmüşdür. Həmin mebelləri isə İddiaçı dükanından o, götürüb özünün idarə etdiyi maşınla gətirib dükana yığmışdır. Həmin mebelləri Yaşar, Gülbəniz, Bəturə adlı şəxslərə satmışdır. Zərnişandan aldıqları mebellərə görə 10.250 ABŞ dolları borcları qalmışdır və həmin puldan müəyyən hissəsini verdikdən sonra 2700 manat pul borcları qalmışdır. Mebeli dollarla götürsələr də, həmin dövrdə dolların manata olan nisbəti 0,78 manat olmuşdur. Hazırda bacısı Afətin Zərnişana 2.700 manat verəcəyi vardır. Bundan əlavə isə Zərniran Orucova dükana gələrək, Afətlə dalaşıb orada olan gəmi bar maketini sındırmış və divanların üzünü cırmışdır. Bu barədə Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin 14cü Polis bölməsinə şikayət ediblər. İddiaçı 2014-cü ilin oktyabr ayında yuxarıda göstərdiyim kimi dükanda olan bəzi mebelləri sındıraraq tələf etməsəydi qalan puluda ödəyərdilər. Hazırda isə söz verir ki, xx xxxxx 2017-ci il tarixədək 300 manat, sonradan isə qalan pulu aprel ayının sonuna kimi ödəyəcəklər. Bundan əlavə isə istintaq zamanı borcdan 500 manat pul ödəmişlər və İddiaçı 2200 manat borcları qalmışdır. Zərnişana 2.700 manat borcu qalmışdır. Qardaşı Nicat bacısına deyib ki, İddiaçı dükanlarına ziyan vurduğu üçün ona borcları qalmamışdır. Lakin daha dəqiq desə, 2.700 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1.-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3.-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ibtidai araşdırma zamanı izahat vermiş hazırki iş üzrə Cavabdeh1 digər cavabdeh Afət Şeyxəliyevlə birlikdə iddiaçıya 10.250 ABŞ dolları məbləğində borclu olduqlarını etiraf etmiş, o, borcun bir hissəsinin iddiaçıya qaytardığını və iddiaçıya 2.700 manat borclu qaldıqlarını göstərmişdir. Məhəmə iclasında cavabdehin nümayəndəsi cavabdehlərin iddiaçıya olan borclarının tam olaraq ödədiyini göstərmişdir. Məhkəmə cavabdehin nümayəndəsinə iddiaçıya qarşı etirazının dəlillərini təsdiq edən sübutlarını, yəni qeyd olunan 10.250 ABŞ dolları məbləğində borcdan hər hansı bir məbləği iddiaçıya ödənilməsini təsdiq edən sübütunu məhkəməyə təqdim etməsini təklif etsə də, cavabdehin nümayəndəsi heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə göstərilən hallarla bağlı cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatını mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə MM-nin qeyd olunan maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, cavabdeh digər cavabdehlə birlikdə iddiaçıya 10.250 ABŞ dolları məbləğində borclu olduqlarını etiraf etdiyindən, həmçinin iddiaçının onun borcunu ödəməsinə dair icranı qəbul etməsini təsdiqləyən hər hansı bir sənədi məhkəməyə təqdim etmədiyindən, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, borcluların iddiaçı qarşısında 4450 ABŞ dolları məbləğində pulun qaytarılmasına dair öhdəliyinin mövcud olması təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və X6 4450 ABŞ dolları məbləğində pul və dövlə rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X6 4450 ABŞ doları məbləğində pul, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 AZN dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №2(010)-5608/2019
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5608/2019
20.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver