Məhkəmə qərarları › İş №2(010)-5635/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5635/2021

28.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5635/2021 28.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir olunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Əbüləzim oğluna qarşı dəymiş ziyanla bağlı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 28 dekabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Əbüləzim oğluna qarşı dəymiş ziyanla bağlı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əbüləzim oğlundan 800 (səkkiz yüz) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, A.F Group MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli qərardadı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Əbüləzim oğluna qarşı dəymiş ziyanla bağlı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 31.07.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh “A.F Group MMC”-də sürücü vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə əlavə olaraq elə həmin tarixdə tam maddi məsuliyyət barədə müqavilə imzalanmışdır. 16.08.2021-ci ildə Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilə 800 manat məbləğində ziyan vurmuş və bu ziyan İddiaçı MMC tərəfindən qarşılanmışdır və Cavabdeh bunu yazılı etiraf edərək 1 (bir) ay müddətinə ödəyəcəyinə Söz vermişdir. Lakin borclu öz ərizəsinə əsasən 25.08.2021-ci il tarixdə işdən azad edilmiş və bu günə kimi müxtəlif bəhanələr gətirməklə borcu ödəməkdən yayınır. Odur ki, Cavabdeh Əbüləzim oğlundan 800 (səkkiz yüz) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin nümayəndəsi X3 o.ğlu verdiyi izahatında, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə için laslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31.07.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində təyin edilir, işin birinci həftəsi sınaq müddəti hesab edilir. İşçi 01.08.2021-ci il tarixdən işə başlayır və ona hər ay 100 AZN məbləğində əmək haqqı ödənilir. Mülki iş materiallarında olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31.07.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən, işçi ona işəgötürən tərəfindən etibar edilmiş daşınar əmlakın qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə oz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: ona etibar edilmiş Toyota Prius markalı avtomobilin tam qayğısına qalmalıdır,eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; işə götürənə öhdəsində olan avtomobilin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. İnzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. İşəgötürən işçiyə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması və görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmalıdır; qəbul edilmiş qaydalar əsasinda inventarizasiyanı həyata keçirməlidir; maddi məsul şəxsin günahı üzündən işəgötürənə dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun tam ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. İşəgötürənlə olan mübahisələr Azərbaycan Respublikasının müvafiq ünvanına uyğun həll olunur. Müəssisəyə dəyən zərər maddi məsul şəxsin üzündən olmazsa onda maddi məsul şəxs ona cavab vermir. Bu müqavilə maddi məsul şəxsin işlədiyi və ona etibar edilmiş maddi sərvətləri qorunması dövr ərzində etibarlıdır. (qüvvədədir.) Mülki iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 16.08.2021-ci il tarixli dəymiş maddi zərərin etirafına dair ərizəyə əsasən, Cavabdeh ona etibar edilmiş **-OV-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobillə 16 avqust 2021-ci il tarixində törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilə 800 manat miqdarında maddi ziyan vurduğunu etiraf etmişdir. Dəymiş maddi ziyanı İddiaçı MMC-yə 1 ay müddətinə ödəyəcəyinə söz vermiş və ödəmədiyi təqdirdə Azərbaycan Respublikası çırçivəsində tam məsuliyyət daşımağa razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin tə'siri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair e'tibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məs'uliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə tərəfindən müəyyən edimişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 31.07.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh “A.F Group MMC”-də sürücü vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə əlavə olaraq elə həmin tarixdə tam maddi məsuliyyət barədə müqavilə imzalanmışdır. 16.08.2021-ci ildə Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilə 800 manat məbləğində ziyan vurmuş və bu ziyan İddiaçı MMC tərəfindən qarşılanmışdır və Cavabdeh bunu yazılı etiraf edərək 1 (bir) ay müddətinə ödəyəcəyinə Söz vermişdir. Lakin borclu öz ərizəsinə əsasən 25.08.2021-ci il tarixdə işdən azad edilmiş və bu günə kimi müxtəlif bəhanələr gətirməklə borcu ödəməkdən yayınır. Halbuki, Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Əbüləzim oğluna qarşı dəymiş ziyanla bağlı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 800 (səkkiz yüz) manat və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun X1 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Zərərin əvəzi qismində 800 (səkkiz yüz) manat Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar