Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5643/2021 11.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.11.2020-ci il tarixli “Borcun etirafı haqqında qarşılıqlı razılaşma” aktına əsasən, Cavabdeh İddiaçı olan 4143,14 (dörd min yüz qırx üç dollar, on dörd sent) ABŞ dolları, 4375,00 (dörd min üç yüz yetmiş beş) AVRO məbləğində qalıq borcu (Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “iddia ərizəsinə dəqiqləşmə” barədə ərizə ilə müraciət edərək, 14.11.2020-ci il tarixli “Borcun etirafı haqqında qarşılıqlı razılaşma” aktına əsasən, Cavabdeh İddiaçı olan 3553,14 (üç min beş yüz əlli üç dollar on dörd sent) ABŞ dolları, 4375,00 (dörd min üç yüz yetmiş beş) AVRO məbləğində qalıq borcu (Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Cavabdeh Cavabdeh iddiaçıya 09.03.2016-cı il tarixdə 5612,00 (beş min altı yüz on iki) ABŞ dolları və 4375,00 (dörd min üç yüz yetmiş beş) AVRO məbləğində borcu vardır. Cavabdeh onun tanışıdır. Cavabdeh iddiaçıya 3 ay müddətinə, yəni 09.06.2016-cı il tarixinə kimi 5612,00 (beş min altı yüz on iki) ABŞ dolları və 4375,00 (dörd min üç yüz yetmiş beş) AVRO məbləğində borc pulu qaytaracağını bildirmişdir, lakin borc alan cavabdeh ona olan borcu müxtəlif bəhanələr gətirərək vaxtında qaytarmamış və bu günə kimi iddiaçı qarşısında olan öhdəliklərini yerinə yetirməmişdir. 14.11.2020-ci il tarixində tərəflər arasında "Borcun etirafı haqqında qarşılıqlı razılaşma" aktıl imzalanmışdır. Bu vaxt ərzində Cavabdeh tərəfindən cəmi 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti, 09 fevral 2021-ci il tarixində köçürmə yolu ilə 1000,00 (bir min) manat, 29.03.2021-ci il tarixində nəğd şəkildə 300,00 (yeddi yüz) manat, 17.05.2021-ci il tarixində nəğd şəkildə 700 (yeddi yüz) manat, 09.06.2021-ci il tarixində nəğd şəkildə 500,00 (beş yüz) manat, 02 avqust 2021-ci il tarixində 1000 (bir min) manat pul ödənilmişdir. Yaşamaq üçün lazım olan minimumları, işləməməsini, kiçik məvaciblə dolandığını nəzərə alsaq, tanışı Cavabdeh tərəfindən götürülmüş borc onu və ailə üzvlərini çox çətin vəziyyətə salmışdır. Hazırda işləməməsini və təsadüfi gəlirlərlə dolandığını nəzərə alsaq, Cavabdeh götürdüyü borcu qaytarmadığı üçün çox ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh tərəfindən bugünə kimi yaranmış borcun bir hissəsi qaytarılmış və hazırda cavabdehin borcu 3553,14 (üç min beş yüz əlli üç dollan on dörd sent) ABŞ dolları, 4375,00 (dörd min üç yüz yetmiş beş) AVRO məbləğindədir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, adı çəkilən borc onun şəxsi borcu deyil, rəhbərlik etdiyi şirkətin borcudur. Şirkətin borcu olsa da şəxsən müqaviləyə imza atmışdır. İddiaçının da həmin şirkətə qarşı öhdəlikləri var. O, borc məbləğini iddiaçıya hissə-hissə ödəyir. Bugünə kimi iddiaçının bildirdiyi məbləğdə, yəni 3500 manat məbləğində ödəniş etmişdir. Cavabdeh izahatında iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 14.11.2020-ci il tarixli "Borcun etirafı haqqında qarşılıqlı razılaşma"dan müəyyən edilir ki, 09.03.2016-cu il tarixində Cavabdeh 5612,00 (beş min altı yüz on iki) ABŞ dolları və 4375,00 (dörd min üç yüz yetmiş beş) avro məbləğində borcunun İddiaçı olmasını etiraf etmişdir. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən, Cavabdeh 5612,00 (beş min altı yüz on iki) ABŞ dolları və 4375,00 (dörd min üç yüz yetmiş beş) avro məbləğində borc pulu İddiaçı 31.12.2020-ci il tarixinə kimi İddiaçı tam ödəməyi öz öhdəsinə götürmüşdür. 09.02.2021-ci il tarixli pulun təhvil təslim aktından görünür ki, İddiaçı yaranmış 5612,00 (beş min altı yüz on iki) ABŞ dolları və 4375,00 (dörd min üç yüz yetmiş beş) avro məbləğində borc puldan 30.12.2020-ci il tarixində Cavabdeh bağlanılan 14.11.2020-ci il tarixli “Borcun etirafı haqqında qarşlıqlı razılaşma” aktına əsasən 1000,00 (bir min) manat pulu almışdır. 29.03.2021-ci il tarixli pulun təhvil təslim aktından görünür ki, İddiaçı yaranmış 5612,00 (beş min altı yüz on iki) ABŞ dolları və 4375,00 (dörd min üç yüz yetmiş beş) avro məbləğində borc puldan 30.12.2020-ci il tarixində Cavabdeh bağlanılan 14.11.2020-ci il tarixli “Borcun etirafı haqqında qarşlıqlı razılaşma” aktına əsasən 300,00 (üç min) manat pulu almışdır. 17.05.2021-ci il tarixli pulun təhvil təslim aktından görünür ki, İddiaçı yaranmış 5612,00 (beş min altı yüz on iki) ABŞ dolları və 4375,00 (dörd min üç yüz yetmiş beş) avro məbləğində borc puldan 17.05.2020-ci il tarixində Cavabdeh bağlanılan 14.11.2020-ci il tarixli 0“Borcun etirafı haqqında qarşlıqlı razılaşma” aktına əsasən 700,00 (yeddi yüz) manat pulu almışdır. 09.06.2021-ci il tarixli pulun təhvil təslim aktından görünür ki, Cavabdeh İddiaçı qarşısında 14.11.2020-ci il tarixli “Borcun etirafı haqqında qarşlıqlı razılaşma” aktına əsasən 5612,00 (beş min altı yüz on iki) ABŞ dolları və 4375,00 (dörd min üç yüz yetmiş beş) AVRO məbləğində borc yaranmışdır. Bu vaxt ərzində Cavabdeh tərəfindən cəmi 2500,00 (iki min beş yüz) manat pul, (30 dekabr 2020-ci il tarixində köçürmə yolu 1000,00 (bir min) manat, 29 mart 2021-ci il tarixində nəğd şəkildə 300,00 (yeddi yüz) manat, 17 may 2021-ci il tarixində nəğd şəkildə 700,00 (yeddi yüz) manat, 09 iyun 2021-ci il tarixində nəğd şəkildə 500,00 (beş yüz) manat pul) ödənilmişdir. Cavabdeh tərəfindən İddiaçı məzənnəyə uyğun olaraq bu günə kimi 2500,00 (iki min beş yüz) manat pul, yəni 1468,86 ABS dolları (2500,00:1,702=1468,86 ABŞ dolları) ödənilmişdir. 14 noyabr 2020-ci il tarixli “Borcun etirafı haqqında qarşlıqlı razılaşma” aktına əsasən Cavabdeh İddiaçı qarşısında 09 iyun 2021-ci il tarixinə 4143,14 (dörd min yüz qırx üç, on dörd sent) ABŞ dolları və 4375,00 (dörd min üç yüz yetmiş beş) AVRO məbləğində borcu qalmışdır. 02.08.2021-ci il tarixli pulun təhvil təslim aktından görünür ki, İddiaçı yaranmış 5612,00 (beş min altı yüz on iki) ABŞ dolları və 4375,00 (dörd min üç yüz yetmiş beş) avro məbləğində borc puldan 17.05.2021-ci il tarixində Cavabdeh bağlanılan 14.11.2020-ci il tarixli “Borcun etirafı haqqında qarşlıqlı razılaşma” aktına əsasən 1000,00 (bir min) manat pulu almışdır. Məhkəmənin mövqeyi İddiaçı cavabdehdən 3553,14 (üç min beş yüz əlli üç dollar on dörd sent) ABŞ dolları, 4375,00 (dörd min üç yüz yetmiş beş) AVRO borcun qaytarılmasını tələb edir, cavabdeh isə iddia tələbini qəbul etmir və təmin edilməməsini istəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 14.11.2020-ci il tarixli "Mövcud borcun etirafı haqqında" mücərrəd müqavilədən müəyyən olunur ki, Cavabdeh İddiaçı 5612,00 (beş min altı yüz on iki) ABŞ dolları və 4375,00 (dörd min üç yüz yetmiş beş) avro borclu olduğunu etiraf edərək öhdəliyini 31.12.2020-ci il tarixinədək icra edəcəyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2 Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3 Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5 Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, 14.11.2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə borcun qaytarılması Cavabdeh risk dairəsinə daxil olan öhdəlik olduğundan, iddiaçı həmin borcun qaytarılmasını cavabdehdən müvafiq olaraq tələb etməkdə haqlıdır. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Cavabdeh borcunun bir hissəsini, yəni 3500 (üç min beş yüz) manat məbləğində vəsaiti qaytarmış və hazırda cavabdehin borcu 3553,14 (üç min beş yüz əlli üç dollar on dörd sent) ABŞ dolları, 4375,00 (dörd min üç yüz yetmiş beş) Avro məbləğindədir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları və Avro ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dolları və Avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 3553,14 (üç min beş yüz əlli üç dollar on dörd sent) ABŞ dolları, 4375,00 (dörd min üç yüz yetmiş beş) Avro (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dolları və Avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) məbləğində vəsait tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, bank xidməti və dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3553,14 (üç min beş yüz əlli üç dollar on dörd sent) ABŞ dolları, 4375,00 (dörd min üç yüz yetmiş beş) AVRO (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dolları və Avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində vəsait tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5643/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5643/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver