Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-566/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olanİddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 306 nömrəli, xx.xx.2007-ci tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxx 2020-ci il tarixə Cavabdeh ləğv prosesində olan İddiaçı ASC qarşısında yaranmış olan 3949.17 (üç min doqquz yüz qırx doqquz manat, on yeddi qəpik) əsas, 1971.94 manat (min doqquz yüz yetmiş bir manat, doxsan dörd qəpik) faiz, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 2405.15 manat (iki min dörd yüz beş manat on beş qəpik), 8326.26 manat (səkkiz min üç yüz iyirmi altı manat, iyirmi altı qəpik) cəmi borcunun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 306 nömrəli, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh xx.xx.2008-ci il müddətinədək 28 %-lə 5095 manat (beş min doxsan beş manat) məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə bank tərəfindən Cavabdeh “borcun qaytarılması tələbi ilə bağlı” xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 306 nömrəli, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə xx xxxxxxx 2020-ci il tarixə Cavabdeh ləğv prosesində olan İddiaçı ASC qarşısında 3949.17 manat (üç min doqquz yüz qırx doqquz manat, on yeddi qəpik) əsas, 1971.94 manat (min doqquz yüz yetmiş bir manat, doxsan dörd qəpik) faiz, Kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 2405.15 manat (iki min dörd yüz beş manat, on beş qəpik), 8326.26 manat (səkkiz min üç yüz iyirmi altı manat, iyirmi altı qəpik), cəmi borc məbləği yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Bununla əlaqədar iddiaçı Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 306 nömrəli , xx.xx.2007-ci tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxx 2020-ci il tarixə Cavabdeh ləğv prosesində olan İddiaçı ASC qarşısında yaranmış olan 3949.17 (üç min doqquz yüz qırx doqquz manat, on yeddi qəpik) əsas, 1971.94 manat (min doqquz yüz yetmiş bir manat, doxsan dörd qəpik) faiz, Kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 2405.15 manat (iki min dörd yüz beş manat on beş qəpik), 8326.26 manat (səkkiz min üç yüz iyirmi altı manat, iyirmi altı qəpik) cəmi borcunun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək 3 illik iddia müddəti ötürüldüyündən iddianın rədd olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - xx.xx.2007-ci il tarixli, 306 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “İddiaçı ASC-dən illik 28% olmaqla xx.xx.2008-ci il müddətinədək qaytarılmaq şərtilə 5095 (beş min doxsan beş) manat məbləğində kredit götürmüşdür. - xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, həmin tarixə Cavabdeh İddiaçı ASCyə 3949 manat məbləğində əsas borc, 1971 manat məbləğində faiz borcu, 2405.15 manat gecikdirilmiş vaxt üçün faiz borcu, ümumilikdə 8326.26 manat məbləğində borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdehin nümayəndəsi tərəfindən ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı ASC arasında kredit müqaviləsi xx.xx.2007-ci il tarixdə 12 ay müddətinə bağlanmışdır, həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2008-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Belə olduğu təqdirdə isə iddia müddəti xx.xx.2011-ci il tarixdə başa çatmış, iddia ərizəsi ilə məhkəməyə 9 ildən sonra – xx.xx.2020-ci il tarixdə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Ləğv prosesindən olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-566/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-566/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver