Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5726/2021 11.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İsfəndiyar qızına qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İsfəndiyar qızına qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 vəfat etməsi ilə əlaqadar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İsfəndiyar qızından İddiaçı xeyrinə 2953,24 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, "xxxx" KB ASC ilə X2 arasında bağlanmış 05.07.2018-ci iİ tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 28% ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmişdir.4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin sorğularına 18 may 2021-ci il tarixli cavab məktubuna əsasən X1 vəfat etməsi ilə əlaqadar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İsfəndiyar qızına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmiş, bu isə ona dəlalət edir ki, cavabdehlər borcalanın hüquqi varisi hesab edilirlər. Azərbaycan Respubliksaı Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respubliksaı Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldıqları işlə bağlı cavabdehlər miras qalmış əmlakına vərərsəlik hüququ əsasında sahib olub. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, hüquqi varisliy əsasında yaranmış borcun qaytarılmasından imtina etmir, nə o, nə mərhumun digər varisləri lakin birdəfəyə həmin borcu ödəmək iqtidarında deyillər və hissəhissə öhdəliyi icra edəcəklər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İsfəndiyar qızı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 iyul 2018-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, borcverən "xxxx" Kommersiya Bankı ASC ilə borcalan X2 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə illik 28 % olmaqla 4500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, cavabdeh X1 23 sentyabr 2021-ci il tarixli Kredit müqaviləsi üzrə "xxxx" Kommersiya Bankı ASC-yə 2953,24 manat məbləğində əsas borc vardır. İş materiallarında olan AZİİ 007128 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X2 07.03.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 18.05.2021-ci il tarixli 2091 saylı məktubu ilə müəyyən edilmişdir ki, 24.04.2020-ci il tarixdə ölmüş X1 adına vərəsəlik işi açılmış cavabdehlər oğlu Cavabdeh1, oğlu Cavabdeh2 və arvadı Cavabdeh3 İsfəndiyar qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, cavabdeh borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, X1 05 iyul 2018-ci il tarixli Kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 2953,24 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respubliksaı Mülki Məcəlləsini 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşdən məlumdur ki, sözügedən kredit müqaviləsi üzrə kredit götürən borclu X2 07 mart 2019-cu il tarixdə vəfat etmiş və onun qanun üzrə vərəsələri cavabdehlər oğlu Cavabdeh1, oğlu Cavabdeh2n və arvadı Cavabdeh3 İsfəndiyar qızıdır. Qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətindən asılı olmayaraq sonuncu mərhum X1 mirası üzrə əmlak hüquqları ilə yanaşı hazırki kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasına görə də məsuldur və iddiaçı ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğuna görə iddia tələbi təmin olunmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İsfəndiyar qızından 2953,24 manat məbləğində borc tutulmalıdır. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İsfəndiyar qızın aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İsfəndiyar qızından 2953,24 manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 2983.24 manat miqdarında pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-5726/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5726/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver