Məhkəmə qərarları › İş №2(010)-574/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-574/2021

23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-574/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayn məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi Maqsudov İsa Sabir oğlunun katibliyi ilə ilk iddia üzrə iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X2, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, ilk iddia üzrə iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbi barədə ilk iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 14.281 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ümumilikdə 14.311 manat məbləğinCavabdeh tutularaq, Cəmiyyətin Bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə qarşılıqlı iddia rəzəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı MMC-dən 7.600(yeddi min altı yüz) manat, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X4 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etmədiyini bildirərək göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxx 2017-ci ildə satıcı-kassir vəzifəsinə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi, o cümlədən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. xx xxxxxx 2018-ci il tarixdən baş satıcı, daha sonra xx xxxxxxxx 2018-ci ildə administrator vəzifəsinə keçirilmiş və xx xxxx 2019-cu ildə cavabdehin əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermiş və xx xxxx 2019-cu il tarixli planlı inventarizasiya yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 1.482 manat məbləğində malın çatışmazlığı müəyyən edilmişdir. Cavabdeh isə xəbərdarlıqlara baxmayaraq, heç bir ödəniş etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qarşılıqlı iddiada göstərilən əsaslara gəldikdə isə həmin tələb əsassızdır. Belə ki, iddiaçı Cavabdeh işdən çıxdığı zaman əmək kitabçasını götürməmişdir. O, rəsmi olaraq müraciət etdiyi zaman isə əmək kitabçası ona təqdim edilmiş, eləcə də işdən çıxdığı zaman onunla son haqq-hesab aparılmışdır. Bunlara əsasən ilk iddia tələbinin təmin edilməsi, İddiaçı əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 14.281 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ümumilikdə 14.311 manat məbləğində Cavabdeh tutularaq, Cəmiyyətin Bank hesabına ödənilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirərək göstərdi ki, onun 2 il ərzində əmək fəaliyyəti ilə məşğul olduğu İddiaçı MMC-yə hər hansı məbləğdə borcu yoxdur və heç bir maddi ziyan vurmamışdır. Əgər hər hasnı borc öhdəliyi olmuş olsaydı, ilkin iddiada qeyd edilən inventarizasiyanın keçirildiyi xx xxxx 2019-cu il tarixdən etibarən qanunvericiliyin müəyyən etdiyi 1 il müddətində 05 mart 2020-ci il tarixədək bu barədə məhkəməyə iddia qaldırılardı. Əksinə İddiaçı MMC tərəfindən ona vurulan maddi ziyana görə, eyi zamanda faktiki olaraq xx xxxx 2019-cu ildən işdən çıxdığı vaxtdan artıq tam 1 il 5 ay müddət keçməsinə baxmayaraq, əmək kitabçasının xx xxxxxx 2020-ci ilə qədər ona verilmədiyinə görə məsuliyyət daşıyir. Belə ki, bu səbəbə görə o, heç bir yerdə işə qəbul edilməmiş və bu günə qədər işsizdir. Əmək müaviləsinə xitam verilən gün o, təqsirsiz olduğu halda, öz mülahizələrinə əsasən oğurluqda ittiham etdikləri üçün, ona nə 2019-cu ilin mart ayı üçün əmək haqqı, nə də son haqq hesab verilməmişdir. xx xxxx 2019-cu ildə ona işdən çıxarıldığı bildirilmiş və o, həmin tarixdən sonra işə getməmişdi. İddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman işdən rəsmi olaraq, xx xxxx 2019-cu il tarixdən çıxarıldığı ona məlum olmuşdur. Bu zaman 2019-cu ilin aprel və iyun aylarında onun maaş kartına müvafiq olaraq, mart ayı üçün 48,66 manat və may ayı üçün 28,55 əmək haqqı, xx xxxx 2019-cu ildə son haqqı-hesab olaraq 431,07 manat vəsait köçürülmüşdür. xx xxxx 2019-cu il tarixdə ona işdən çıxarıldığı və guya MMC-yə maddi ziyan vurduğu üçün maaş, eləcə də son haqq-hesab almayacağını bildirdiyindən, məbləğlərdən yalnız xx xxxx 2020-ci ildə xəbər tutmuşdur. Əmək haqqı kartına edilmiş köçürmələrdən görünür ki, 2019-cu ilin mart və may ayları üzrə Cəmiyyət qanunsuz olaraq, öz mülahizəsinə əsasən, onun aylıq əmək haqqından qanunvericiliyin müəyyən etdiyi həddən yuxarı məbləğdə tutulmalar edilmiş, aprel ayı üzrə isə hesabına pul köçürülməmişdir. Bununla həm hesabına köçürülməli aylıq məbləği guya onun cəmiyyətə ziyan vurmağı ilə əlaqədar tutmuş, həm də suni olaraq Cəmiyyətin işçisi görüntüsü yaratmaqıa, onun işaxtaran və işsiz kimi qeydiyyata alınmağına maneələr yaratmışdır. Bu həm də MMC-nin vəzifəli şəxslərinin onu qanunsuz işdən çıxarılmalarına və qanunsuz olaraq guya vurmuş olduğu ziyanı istəmələrinə sübutdur. Həmçinin Cəmiyyətdə əmək fəaliyyəti ilə məşğul olduğu 2 il ərzində onu əvəz edəcək işçinin olmaması bəhanəsi ilə ona əmək məzuniyyəti verilməmişdir. O, işdən çıxarılarkən, əmək kitabçasının verilmədiyi və məhz bu səbəbdən başqa yerdə işə düzələ bilmədiyi üçün faktiki olaraq, xx xxxx 2019cu ildən işdən çıxdığını nəzərə alaraq, həmin tarixdən əmək kitabçası özünə qaytarılanadək, yəni xx xxxxxx 2020-ci il tarixədək əmək haqqı ödənilməlidir. Ona görə də İddiaçı MMC-nin ona əmək kitabçasını qanunsuz saxlamaqla başqa yerdə işə düzələ bilməyinə imkan verməməklə bağlı vurduğu maddi ziyanın dəyərini müəyyən etsələr də, aylıq orta hesabla 400 manat əmək haqqına münasibətdə, 1 il 5 ay, yəni 17 ay ərzində əmək kitabçasının Cəmiyyətdə saxlanılmasına mütənasib olaraq 6.800 manat və 2 il ərzində əmək məzuniyyətinin çıxmadığının nəzərə alaraq, həmin günlərə münasibətdə 800 manat olmaqla, cəmi 7.600 manat məbləğində Cəmiyyətin onun qarşısında icra etməli olduğu borcunun yaranması müəyyən olunur. Ona görə ilk iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddianın isə təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən 7.600 manat, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi X3 ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilə eyni məzmunlu izahat verərək, ilk iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddianın isə təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən 7.600 manat, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2017-ci ildə bağlanmış Əmək müqaviləsindən görünür ki, Cavabdeh OBA Marketlər Şəbəkəsində satıcı-kassir Cəmiyyətin satış Əməliyyatları Şöbəsinin OBA Marketlər Şəbəkəsinə 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixdə bağlanmış Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC qarşısında adminisrator vəzifəsi üzrə ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyətlə öz üzərinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli 430 saylı əmrdən çıxarışdan göründüyü kimi Cavabdeh Cəmiyyətin satış Əməliyyatları Şöbəsinin xx xxxxxxxx 2018-ci il tarixindən Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixdə imzalanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarından görünür ki, xx xxxx 2019-cu il tarixdə Oba–K.Günəşli 11(508) mağazasında inventarizasiya aparılmışdır. İş materiallarından görünür ki, xx xxxx 2019-cu il tarixli inventarizasiya Nəticələrinə” dair Akta və iltizamnaməyə əsasən yekun ziyan məbləği 14.821,73 manat olmuşdur. Lakin məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, ilkin iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin ç) bəndinə əsaəsən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir; Həmin Məcəllənin 194-cü maddəsinin birinci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 199-cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; Həmin Məcəllənin 200-cü maddəsinin birinci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddənin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Qeyd olunan qanunvericilik aktı normalarının məzmunundan göründüyü kimi, işəgötürən maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi, vurulmuş ziyan ilk iddiaçı tərəfindən xx xxxx 2019-cu il tarixdə keçirilmiş inventarizasiya nəticəsində aşkar edilsə də, hazırki iddia əmək qanunvericiliyndə nəzərdə tutulmuş 1 il müddəti keçdikdən sonra – xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bu isə ona dəlalət edir ki, ilkin iddia üzrə iddiaçı qanunla müəyyən olunmuş müddətlər keçdikdən sonra maddi zərərin ödənilməsi ilə bağlı kimi qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət etmədiyindən hazırki iddia tələbi əsaslı hesab edilə bilməz. Eyni zamanda məhkəmə Cavabdeh qarşılıqlı iddia tələbinin araşdıraraq, hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbində göstərilən əsasları məhkəmə də sübuta yetirə bilməmişdir. Belə ki, işin materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən İddiaçı MMC ünvanlanmış xx xxxx 2020-ci il tarixli ərizə ilə işdən çıxdığı vaxtdan etibarən şirkətdə qalmış ona məxsus olan əmək kitabçasının ona verilməsini xahiş etmişdir. İşin materialları ilə müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddiaçının həmin müraciəti əsasında əmək kitabçası ona təqdim edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh xahişi əsasında xx xxxx 2019-cu il tarixdə tərəflər arasında imzalanmış əmək müqaviləsinə xitam verilmişdir. İşin materialları ilə müəyyən olunur ki, 2019-cu ilin mart ayı üçün 48,66 manat, may ayı üçün 28,55 manat əmək haqqı, xx xxxx 2019-cu il tarixdə isə son haqq-hesab olaraq 431,07 manat ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddənin 6-cı hissəsinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Beləliklə də, məhkəmə qeyd olunan normaya əsaslanaraq bu nəticəyə gəlir ki, işçi olan Cavabdeh işdən çıxması ilə əlaqədar olaraq işə götürənə əmək kitabçasının alınması üçün xx xxxx 2019-cu ildə 2019-cu il tarixdə müraciət edərək əmək kitabçasını alsa da, bu müddət ərzində işə düzələ bilmədiyinı məhz əmək kitabçasının onda olmamasına görə baş verdiyini sübuta yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə qarşılıqlı iddianı da əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İlk iddia üzrə iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbi barədə ilk iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar