Məhkəmə qərarları › İş №2(010)-5749/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5749/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5749/2021 03.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı və İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 6600 manat məbləğində əsas borcun, gecikdirməyə görə 330 manat faiz pulunun və ödənilmiş 30 manat rüsumun tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bildirirəm ki, ünvan 1 ünvanında yaşayıram. Cavabdeh üç ildir ki, tanıyıram. Belə ki, 2019-cu ilin yay aylarında “Afiq Travel” şirkətində Cavabdeh ilə tanış olmuşuq. Bir müddət tanışlıqdan sonra, yəni 2019-cu ilin oktyabr ayında Cavabdeh mənə anasının səhhətində problem olduğunu bildirərək məndən 200 manat borc pul almışdır. Daha sonra ara-səra Elçinlə görüşdüyümüz vaxtlarda mənə işdən çıxdığını və maddi vəziyyətinin pis olduğunu deyirdi. Elçin daha əvvəl də Rusiyada ticarətlə məşğul olduğunu bildirərək yenidən ticarətlə məşğul olmaq istədiyini bildirdi və bu işə başlamaq üçün məndən borc pul istədi. Mən də Elçinə inanaraq bu çətin vəziyyətdən çıxması üçün ona kömək etmək məqsədi ilə 2020-ci ilin mart ayında 1500 manat pul borc verdim. Daha sonra isə 05.06.2020-ci ildə 16000 manat pul borc alaraq Elçinə verdim. Bütün bu pulları Elçinə verərkən mənə məxsus olmadığını və borc götürərək ona verdiyimi bildirmişdim. Elçin də 10.06.2020-ci il tarixdə, yəni 5 gün ərzində pulu tam şəkildə geri qaytaracağına söz vermişdi. Lakin həmin vaxt gəlib çatdıqda müxtəlif bəhanələrlə məni aldatmağa başlamışdır. Bir müddət sonra Elçin həmin puldan 12000 manat pulu mənə geri qaytarmışdır. Aradan 1 il 6 ay keçməsinə baxmayaraq, yerdə qalan 5700 manat əsas məbləği geri qaytarmamışdır. Elçinə borc vermək üçün pul götürdüyüm "xxxx" ASC-yə 2020-ci ilin fevral ayına qədər 900 manat faiz borc yığılmışdır və faiz pul ödənilmədiyi hər ay üçün artmaqda davam edir. Beləliklə, hal-hazırda Elçinin mənə 6600 manat pul borcu vardır. 6600 manat pul borcunu bir ildən artıqdır ki, qaytarmadığına görə Elçinin məni aldadıb dələduzluq yolu ilə mənimsəməsi barədə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi yazmışdım. PŞ-də araşdırma zamanı Cavabdeh izahatında mənə 6600 manat borcu olduğunu etiraf etmişdir. Qısa müddətdə mənə olan borcunu tam olaraq ödəyəcəyinə söz verməsinə baxmayaraq, bu günə qədər borcunu qaytarmamışdır. Qeyd olunanlardan göründüyü kimi Cavabdeh 6600 manat borcunu ödəmədiyi 1 il 6 ay ərzində gecikdirdiyi üçün, gecikdirilmiş vaxt üçün 1 ilə görə 5 faiz ödəməyə borcludur ki, bu məbləğ də 330 manat təşkil edir”. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə 2019-cu ilin yaylarında “Afiq Travel” şirkətində tanış olmuşdur. Elə həmin ilin oktyabr ayında Elçin ona anasının səhhətində problem olduğunu bildirərək ondan 200 manat borc almışdır. Sonrakı görüşlərində Elçin işdən çıxdığını, əvvəllər də məşğul olduğu Rusiyada meyvə alqı-satqısı ilə məşğul olmaq istədiyini bildirmişdir. O, demişdir ki, Rusiyanın Simferopol şəhərindən Sankt-Peterburq şəhərinə meyvə aparıb satmaqla külli miqdarda gəlir əldə etmək niyyətindədir, lakin bunun üçün ona borc pul lazımdır. O, Elçinin bu sözlərinə inanmış, onunla aralarındakı münasibətə güvənərək ona 1500 manat borc vermişdir. Daha sonra Elçin ona bildirmişdir ki, əgər ona daha çox pul versə, o, qısa müddətdə bu borcu ona artıqlaması ilə qaytaracaq. Bundan sonra o, bankdan kredit götürərək Elçinə 4900 manat, daha sonra 11100 manat olmaqla, ümumilikdə 16000 manat məbləğində borc vermiş, Elçin aldığı borcu 5 gün ərzində qaytaracağını bildirmişdir. Lakin borcu qaytarmaq vaxtı çatanda Elçin ona bildirmişdir ki, meyvələrin daşındığı yük maşının soyuducusunda nasazlıq olduğuna görə meyvələr xarab olmuşdur. Bundan sonra, Elçin ona xarab olmuş banan şəkli göndərmiş, o, Elçinə inanmadığına görə şəkilləri internetdə axtarmış və görmüşdür ki, Elçin ona atdığı şəkilləri internetdən götürmüşdür. Bu hadisələrdən sonra Elçin ona aldığı bütün borcu qaytaracağını bildirmiş, bir müddət sonra aldığı borcun 12000 manat hissəsini qaytarmışdır. Lakin aradan bir ildən çox müddət keçməsinə baxmayaraq, Elçin qalan borcu qaytarmır. Hansı ki, o, Elçinə borc vermək üçün bankdan kredit götürmüşdür və götürdüyü krediti vaxtında qaytara bilmədiyinə görə 900 manat faiz borcu yığılmışdır. Elçin polis şöbəsində verdiyi izahatda ona ümumilikdə 6600 manat məbləğində pul borclu olduğunu bildirib borcu qaytaracağını qeyd etsə də hazırkı tarixədək borcu qaytarmır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh İddiaçı Rusiyada meyvə alqı-satqısı ilə məşğul olmaq adı ilə müxtəlif vaxtlarda, hissə-hissə, ümumilikdə 17700 manat məbləğində borc almış, aldığı borcun 12000 manatını qaytarmış, qalan 5700 manat hissəsini isə aradan uzun müddət keçməsinə baxmayaraq, qaytarmamışdır. İddiaçı bu pulun bir hissəsini bankdan kredit götürərək cavabdehə borc verdiyindən və cavabdeh borcunu vaxtında qaytarmadığından iddiaçı banka 900 manat məbləğində faiz borcu ödəməli olmuşdur. Polis Şöbəsində izahat vermiş Cavabdeh özü də qəbul etmişdir ki, həqiqətən də İddiaçı qeyd edilən məbləğdə borc almış və ona 6600 manat məbləğində borcu qalmışdır. Həmin izahatda cavabdeh bu borcu qaytaracağını öhdəsinə götürsə də hazırkı tarixədək heç bir ödəniş etməmişdir. Cavabdeh bütün bu müddət ərzində iddiaçıya məxsus pulun qaytarılmasını gecikdirdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş gecikdirilməyə görə faiz borcu da cavabdehdən tələb edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi (Cavabdeh tərəfindən məhkəmə iclasının təxirə salınmasına dair teleqram məhkəmə iclasından sonra məhkəməyə daxil olmuşdur). Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və vəkilinin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Nəriman rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02.03.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında Bakı şəhəri Nəriman rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində izahatı alınmış Cavabdeh izahatında qeyd edilmişdir ki: “İddiaçı 2019-cu ildən tanıyır. Belə ki, Bəhruzun bacısı Mirvari ilə “Afiq Travel” şirkətində işləyən zaman Bəhruz da bacısının yanına gəlirmiş və orada tanış olmuşlar. Sonralar aralarında səmimi dost münasibətləri yaranmışdır. O, əvvəllər də ticarətlə məşğul olmuş və xaricdən gətirilən meyvələrin satışını və sifarişini həyata keçirmişdir. Ona görə də həmin vaxtlar yenidən meyvə ticarətinə başlamaq fikri var imiş. Bir gün Bəhruzla yenə söhbət edən zaman ona meyvə ticarəti etməyi və bu işi yaxşı bildiyini söyləmişdir. Bəhruz özü də həmin vaxt turizm şirkəti açmaq istədiyini və onunla birlikdə çalışmaq fikri olduğunu demişdir. O, Bəhruza demiş ki, turizm işi üçün lazım olan şərait hazırda uyğun deyil və ona meyvə ticarətinə birlikdə girməyi təklif elmişdir. Bəhruz özü də onunla söhbət zamanı meyvə ticarətinə marağının olduğunu demiş və özü də belə bir təklifi etmişdir. Beləliklə, onlar razılaşmışlar və o, Bəhruza demiş ki, bu işi görməkdən ötrü pul vəsaiti lazımdır. Bəhruz da pul məsələsini həll edəcəyini demişdir. Beləliklə o, Bəhruza, ümumilikdə bu işə xeyli pul lazım olduğunu, lakin nə qədər imkan etsə pul verə biləcəyini bildirmişdir. O, Bəhruzdan əvvəlcə 1500 manat pul almış, sonra isə 16000 manat da pul göndərmişdir. 2020-ci ilin mart-aprel aylarında, ümumilikdə Bəhruzdan 17500 manat pul almış və həmin pulla Simferopol şəhərindən Sankt Peterburq şəhərinə 30 ton civarında banan aparmışdır. Lakin yük avtomaşınının soyuducusu nasaz olduğu üçün bananlar xarab olmuş və həmin malları sata bilməyib, ziyan etmişdir. Buna baxmaxaraq, Bəhruzdan aldığı puldan 12000 manatını ona qaytarmışdır. Yerdə qalan 5700 manat pulu isə qaytara bilməmişdir. Bundan başqa aralarında olan əlavə xərclərə görə onun Bəhruza 900 manat da borcu qalmışdır. Nəticədə onun Bəhruza hal-hazırda 6600 manat pul borcu vardır. Həmin pulu da Bəhruza qaytarmaq fikrində olduğunu, Bəhruzdan aldığı pulu ticarət məqsədilə aldığını və onu aldatmaq fikrinin olmadığını və gələcəkdə imkan edib borcunu qaytaracağını izahatında bildirmişdir”. "xxxx" ASC və İddiaçı arasında bağlanılmış 04.06.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 22% dərəcəsi ilə götürülmüş 4900 manat məbləğində kreditin 04.07.2020 – 05.06.2023-cü il tarixləri arasında hər ay 187.13 manat (sonuncu ay 188.39 manat) olmaqla hissə-hissə ödənilməsi təsdiq edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ticarətlə məşğul olub qısa müddətə qaytarması üçün müxtəlif vaxtlarda, hissə-hissə, cəmi 17700 manat məbləğində borc pul vermişdır. Cavabdeh bu pulun 12000 manatını qaytarsa da borcun 5700 manatı hazırkı tarixədək qaytarılmamışdır. İddiaçı Cavabdeh verdiyi borcu bankdan kredit götürərək verdiyindən və cavabdeh borcu vaxtında qaytarmadığından iddiaçı cavabdehdən banka ödənilmiş faizlərə görə 900 manat pul tələb etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də iddiaçının müraciəti əsasında təhqiqat orqanına verdiyi izahatında İddiaçı 5700 manat və 900 manat olmaqla, cəmi 6600 manat məbləğində pul borclu olduğunu və bu borcu qaytarmağa heç bir etirazı olmadığını, gələcəkdə bu borcu tam qaytaracağını bildirmişdir. Göründüyü kimi, tərəflər arasında borc münasibətləri olmuş, iddiaçı cavabdehə borc pul vermiş, lakin cavabdeh bu borcu tam qaytarmamış, borcun bir hissəsi ödənilməmiş qalmış, cavabdeh təhqiqat orqanında verdiyi izahatında bunu qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə Cavabdeh Polis Bölməsində verdiyi izahatı iddianın əsasını təşkil edən halın – 6600 manat məbləğində borclu olması – sübutu kimi qiymətləndirir və hesab edir ki, iddia bu hissədə əsaslıdır. İddianın digər hissəsi – borcun ödənilməsinin gecikdirilməsinə görə 330 manat faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarı) Hazırkı işdən görünür ki, iddiaçı cavabdehdən 6600 manat məbləğində borcun ödənilməsini gecikdirdiyinə görə 330 manat məbləğində faiz tələb edir. Məhkəmə hesab edir ki, bu məbləğ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydada hesablandığından (6600 manatın 5%-i) və iddiaçı bu məbləği tələb etməkdə haqlı olduğundan iddia bu hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6600 manat məbləğində əsas borc və 330 manat məbləğində faiz borcu olmaqla, 6930 manat (altı min doqquz yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 6600 manat məbləğində əsas borc və 330 manat faiz borcu olmaqla, 6930 manat (altı min doqquz yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar