Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5750/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər DN Technologies MMC-yə, Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli Aerokosmik Agentliyi X1rşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər DN Technologies MMC-dən, Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli X5 X3 27.12.2019-cu il tarixli, Nzaz12363 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 28510.11 manat əsas borc, 2705.83 manat faiz borcu, 273.54 manat cərimə borcu olmaqla, cəmi 31489.48 manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 ərizə ilə məhkəməyə müraciət edərək təyin edilmiş prosesdə iştirak edə bilməyəcəyinin nəzərə alınmasını və məhkəmə iclasında iştirakları olmadan mülki işə baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə cavabdeh DN Technologies MMC arasında bağlanmış 27.12.2019-cu il tarixli, Nzaz12363 saylı kredit müqaviləsinə əsasən illik 24% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 30000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 27.12.2019-cu il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zaminlər 27.12.2019-cu il tarixli, Nzaz12363 saylı kredit müqaviləsinin şərtlərinə əsasən öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 27.12.2019-cu il tarixli, Nzaz12363 saylı kredit müqaviləsinə görə, borc alan DN Technologies MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 27.12.2019-cu il tarixli, Nzaz12363 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 27-dən gec olmayaraq hər ay 1586,14 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh DN Technologies MMC-nin 27.12.2019-cu il tarixli, Nzaz12363 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 28510.11 manat əsas borc, 2705.83 manat faiz borcu, 273.54 manat cərimə borcu olmaqla, cəmi 31489.48 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, bankla DN Technologies MMC arasında müqavilə bağlanmış və bankdan pul götürülmüşdür. Kredit müqaviləsi üzrə o, Cavabdeh2 və Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli X5 X6 da bankla zaminlik müqaviləsi bağlayaraq öhdəliyin yerinə yetirilməsinə dair zamin kimi öhdəlik götürmüşlər. Lakin sonradan zavod işi onlara vermədiyindən banka olan borcu ödəyə bilməmişlər. Kredit müqaviləsi bankla şirkət arasında bağlandığından onun zaminlik müqaviləsi üzrə götürdüyü öhdəlikdən azad olunmasını xahiş etmişdir. Qeyd olunlara əsasən iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə həmin cavabdehlərin və onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 27.12.2019-cu il tarixli Nzaz12363 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən DN Technologies MMC-yə illik faiz dərəcəsi 24% olmaqla 24 ay müddətinə 30000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 27.12.2019-cu il tarixli Nzaz12363 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə DN Technologies MMC arasında bağlanmış 27.12.2019-cu il tarixli Nzaz12363 saylı kredit müqaviləsi üzrə bank qarşısında olan bütün öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli X5 X6 üzərinə öhdəlik götürmüşdür. İşə əlavə edilmiş 24.09.2020-ci il tarixli RB-02/PK-7951 saylı arayışla müəyyən olunur ki, DN Technologies MMC-nin 27.12.2019-cu il tarixli Nzaz12363 saylı kredit müqaviləsi üzrə 21.09.2021-ci il tarixə kredit borcuna görə 28510.11 manat əsas borc, 2705.83 manat faiz borcu, 273.54 manat cərimə borcu olmaqla, cəmi 31489.48 manat məbləğində kredit borcu vardır. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, İddiaçı ASC tərəfindən DN Technologies MMC-nə, Cavabdeh2 və Cavabdeh4 borcun ödənilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə DN Technologies MMC arasında bağlanmış 27.12.2019-cu il tarixli Nzaz12363 saylı kredit müqaviləsinə əsasən bank borcluya 24% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 30000 manat məbləğində kredit limiti açılmışdır. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. 27.12.2019-cu il tarixli Nzaz12363 saylı zaminlik müqaviləsinə görə cavabdeh(lər) Cavabdeh2 və Cavabdeh4 və Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli X5 X6 qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia təmin edilməli, DN Technologies MMCdən, Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli X5 X3 müştərək qaydada 27.12.2019-cu il tarixli Nzaz12363 saylı kredit müqaviləsi üzrə 28510.11 manat əsas borc, 2705.83 manat faiz borcu, 273.54 manat cərimə borcu olmaqla, cəmi 31489.48 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. DN Technologies MMC-dən, Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli X5 X3 müştərək qaydada 27.12.2019-cu il tarixli Nzaz12363 saylı kredit müqaviləsi üzrə 28510.11 manat əsas borc, 2705.83 manat faiz borcu, 273.54 manat cərimə borcu olmaqla, cəmi 31489.48 (otuz bir min dörd yüz səksən doqquz manat, qırx səkkiz qəpik) və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-5750/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5750/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver