Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-578/2021 09.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi X2, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qızına qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı podrat müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə xitam verilməsi və Cavabdeh xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə ödənilməyən 980 manat, həmin müqavilənin icrasından birtərəfli imtina nəticəsində əldən çıxmış fayda qismində 3900 mana ümumilikdə 4880 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş üzrə Cavabdeh xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə cavabdeh İddiaçı qarşı podrat müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkn iddianın rədd edilməsi və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxx 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında tərəflər məhkəməyə xx xxxxx 2021-ci il tarixli barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçısıları dinləyib, iddia ərizəsini, qarşılıq iddia ərizəsini, xx xxxxx 2021-ci il tarixli barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, İlk iddia üzrə İddiaçı Cavabdeh qızına qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı podrat müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx xxxxx 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Bir tərəfdən ilk iddia üzrə İddiaçı, digər tərəfdən ilk iddia üzrə cavabeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz aralarındakı mübahisəni barışıq yolu ilə həll edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə uyğun olaraq aşağıdakı şərtlərlə və məzmunda Barışıq Sazişinin bağlanması barədə razılığa gəldilər:
1. Sazişin predmeti:
1.1. Bu sazişin predmetini tərəflər arasında mövcud olan podrat müqaviləsi üzrə yaranmış mübahisəsinin həll edilməsi təşkil edir.b 1.2. Mübahisə predmeti olan mülki iş Suraxanı rayon Məhkəməsinin icraatındadır.
2. Tərəflərin öhdəlikləri:
2.1. İddiaçı xx.xx.2021-ci il tarixə qədər xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinə əlavə olan xx.xx.2019-cu il tarixli Ödəniş cədvəli üzrə Cavabdeh tərəfindən İddiaçı ödənilmiş 3200 (üç min iki yüz) manat pulu Cavabdeh ödəyir. 2.2. İddiaçı xx.xx.2021-ci il tarixdə xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinə əlavə olan xx.xx.2019-cu il tarixli Ödəniş cədvəli üzrə Cavabdeh tərəfindən İddiaçı ödənilmiş 2300 (iki min üç yüz) manat pulu Cavabdeh ödəyir. 2.3. Daha sonra İddiaçı hər ayın birində-yəni xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat ümumilikdə 4350 manat pulu Cavabdeh ödəyir. 2.4. Cavabdeh hazırki barışıq sazişində nəzərdə tutulmuş məbləğin ona ödənilməsi ilə əlaqədar Kapital Bank ASC-də öz adına kart hesabı açır və İddiaçı tərəfindən bütün ödəmələr həmin hesab vasitəsi ilə həyata keçirilir. 2.5. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Podrat müqaviləsinə” xitam verilir. 2.6. İddiaçı Cavabdeh qarşı irəli sürdüyü pul tələbinə dair iddiadan, Cavabdeh isə İddiaçı qarşı qaldırdığı müqavilənin etibarsız hesab edilməsi barədə iddiadan imtina edir.
3. Digər müddəalar.
3.1. Bu Saziş tərəflərin razılığı ilə bağlanmış və Sazişin qüvvəyə minməsi nəticəsində yaranacaq hüquqi nəticələr tərəflərə aydındır. 3.2. Bu Saziş Azərbaycan dilində tərtib edilir, eyni hüquqi qüvvəyə malik olan 3 nüsxədən ibarətdir. 3.3. Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxə isə məhkəməyə təqdim edilir. 3.4. Bu Sazişlə bağlı yaranacaq hər bir mübahisə Azərbayca Respublikası qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İlk iddia üzrə İddiaçı Cavabdeh qızına qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı podrat müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. İddiaçı xx.xx.2021-ci il tarixə qədər xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinə əlavə olan xx.xx.2019-cu il tarixli Ödəniş cədvəli üzrə Cavabdeh tərəfindən İddiaçı ödənilmiş 3200 (üç min iki yüz) manat pulu Cavabdeh ödəyir.
2. İddiaçı xx.xx.2021-ci il tarixdə xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinə əlavə olan xx.xx.2019-cu il tarixli Ödəniş cədvəli üzrə Cavabdeh tərəfindən İddiaçı ödənilmiş 2300 (iki min üç yüz) manat pulu Cavabdeh ödəyir.
3. Daha sonra İddiaçı hər ayın birində-yəni xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat ümumilikdə 4350 manat pulu Cavabdeh ödəyir. 4.Cavabdeh hazırki barışıq sazişində nəzərdə tutulmuş məbləğin ona ödənilməsi ilə əlaqədar Kapital Bank ASC-də öz adına kart hesabı açır və İddiaçı tərəfindən bütün ödəmələr həmin hesab vasitəsi ilə həyata keçirilir.
5. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Podrat müqaviləsinə” xitam verilir.
6. İddiaçı Cavabdeh qarşı irəli sürdüyü pul tələbinə dair iddiadan, Cavabdeh isə İddiaçı qarşı qaldırdığı müqavilənin etibarsız hesab edilməsi barədə iddiadan imtina edir.
Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Tərəflər arasında bağlanmış xx xxxxx 2021-ci il tarixli barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması və borcun məcburi qaydada tutulması ilə bağlı məhkəmə tərəfindən icra vərəqəsinin verilməsi üçün əsasdır. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Anar Qasımov