Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-584/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “payın əvəzinin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “payın əvəzinin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən **-KP-*** dövlət qeydiyyat nişanlı, “ZİL MMZ” 4502 markalı avtomobilin onun mülkiyyətində olan hissəsinin əvəzi kimi Cavabdeh 2000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə verərək Cavabdeh 1000 manat məbləğində pul tutulmasını xahiş etmiş, eyni zamanda, ekspertiza üçün tərəfindən çəkilmiş 300 manat xərcin cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2(010)-584/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, tərəflərin birgə nikahı dövründə əldə edilmiş “Zil MMZ 4502” minik markalı, ** KP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin İddiaçı düşən 1/2 hissəsinin əvəzi kimi 1000 (min) manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə çıxarıldıqdan sonra müəyyən edilmişdir ki, qətnamədə məhkəmə xərcləri haqqında məsələ tam həll edilməmiş, qət etdi hissəsində ekspertiza xərcinin tutulması ilə bağlı bənd nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 229.1.3-cü maddəsinə əsasən məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Məhkəmə xərclərinin tutulması haqqında məsələnin həll edilməsi məqsədilə məhkəmə iclası təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, MPM-in 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2(010)-584/2021 saylı qətnaməsində ekspertiza xərci ilə bağlı məsələ həll edilmədiyindən əlavə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iş üzrə “xxxx” MMC tərəfindən keçirilmiş 300 manat məbləğində ekspertiza xərcini İddiaçı ödəmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh də 300 manat məbləğində ekspertiza xərcinin iddiaçı tərəfindən ödənildiyini təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə verərək ödədiyi 300 manat məbləğində ekspertiza xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən ekspertiza xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2(010)-584/2021 saylı qətnaməsinə əlavə qətnamə çıxarılmalı, İddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 229, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “payın əvəzinin ödənilməsi” tələbinə dаir 2(010)- 584/2021 saylı mülki iş üzrə əlavə qətnamə çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Əlavə qətnаmənin surəti rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Bakı şəhəri Suraxanı Rаyоn Məhkəməsi vаsitəsilə Bakı Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Əlavə qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-584/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(010)-584/2021
23.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver