Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-586/2022 03.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1910.97 (min doqquz yüz on ABŞ dolları, 97 sent) ABŞ dolları məbləğində əsas borc, 819.20 (səkkiz yüz on doqquz ABŞ dolları, 20 sent) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 2 730.17 (iki min yeddi yüz otuz ABŞ dolları, 17 sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 66.41 (altmış altı manat 41 qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, Tutmanın Cavabdeh mülkiyyətində olan **-RT-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı minik avtomobilinə (buraxılış ili 2012, Ban - LB37624S2CL041274 rəngi - ağ) yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X5 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2235 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin Sənaye Filialı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə, 0757 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-RT-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı minik avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdeh bank qarşısında olan öhdəliklərini bu günədək lazımi qaydada icra etməmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək yuxarıda göstərilənlərə uyğun izahat verib onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçı tərəfindən iddia irəli sürülməsi müddətinin ötürüldüyünü qeyd edərək bununla bağlı verdiyi etirazın nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: - Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 17% olmaqla 10 810.00 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. - AB № 896897 nömrəli X1 Şəhadətnaməsindən görünür ki, **-RT-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı minik avtomobili Cavabdeh məxsusdur. - Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-RT-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı minik avtomobil bankın xeyrinə yüklü edilmişdir. - 11 avqust 2015-ci il tarixli, İddiaçı QSC ilə "xxxx" ASC arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" ASC problemli kreditlərlə bağlı öz tələbetmə hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir. - xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC problemli kreditlərlə bağlı öz tələbetmə hüququnu İddiaçı QSC-yə güzəşt etməsi barədə cavabdehlərə məlumat verilmişdir. - xx.xx.2021-ci il tarixli, 5023 nömrəli arayışdan görünür ki, Cavabdeh borcu ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən İddiaçı QSC-yə ötürülən borc məbləği 3744.11 ABŞ dolları əsas borc və 819.20 ABŞ dolları faiz borcu olmaqla cəmi 4563.31 ABŞ dolları təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, PL/G-097/2022 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan **-RT-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı minik avtomobilin likvid dəyəri 1400 manat müəyyən edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, SN №41 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan **-RT-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı minik avtomobilin likvid dəyəri 5000 manat müəyyən edilmişdir. - Cavabdeh məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, cavabdeh hazırki iddia tələbi ilə bağlı müddət ötürüldüyü üçün həmin tələbin təmin edilməməsini xahiş etmişdir. Beləliklə, işin hallarından məlum olur ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilənin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-RT-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı minik avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sonradan, Bankın qeyd edilən kredit müqaviləsi əsasında Cavabdeh qarşı yaranan tələb hüququ İddiaçı QSC-yə ötürülmüşdür. İddiaçı, ona ötürülmüş hüquqlarına əsaslanaraq iddianın təmin edilməsini xahiş edir. Cavabdeh isə öz növbəsində iddia tələbi ilə bağlı müddətin ötürülməsi ilə əlaqədar olaraq tələbin təmin edilməməsini xahiş edir. Cavabdeh etirazında müqavilə tələbləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələbetmə müddətinin keçməsinə əsaslanır. Məhkəmə, ilk növbədə iddiaçının hazırkı tələbi irəli sürməkdə haqlı olub-olmaması məsələsinə aydınlıq gətirməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etsə də, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Lakin buna baxmayaraq məhkəmə cavabdehin təqdim etdiyi ərizəni nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbi ilə bağlı iddia müddəti ötürüldüyü üçün hazırkı tələb təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırkı mübahisənin premdeti müqavilə münasibətləridir. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». İddia müddətinin hazırkı işə tətbiqinin mümkünlüyünü nəzərdən keçirən məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə xx.xx.2012-ci il tarixdə bağlanmışdır, müqavilənin icra müddəti 36 ay, yəni – xx.xx.2015-ci ilə kimi müəyyən edilmişdir. Hazırkı iddia ərizəsi isə xx.xx.2021-ci ildə məhkəməyə daxil olmuş, yəni müqavilə münasibətləri üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, harızkı idia tələbi üzrə iddia müddəti ötürüldüyünə görə, tələb təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli və eyni zamanda iş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan 150 manat pul vəsaiti iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-586/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi rəyə məhkəmə tərəfindən tənqidi yanaşılmışdır. Bu səbəbdən də məhkəmə həmin qiymətləndirmə xərcinin proses iştirakçılarına aid edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" QSC BOKT-un Cavabdeh İbrahı̇ m oğluna qarşı əsas və faiz borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan 150 manat pul vəsaiti iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-586/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-586/2022
03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver