Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5883/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu İddiaçı Ləğv prosesində olan İddiaçı cavabdehlər X2 və X3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı cavabdehlər X4 və Cavabdeh1 Taftiq oğluna qarşı pul tələbinə dair ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 06.09.2021-cı il tarixli 2(075)-1838/2021 saylı qərardadı ilə Ləğv prosesində olan İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı pul tələbinə dair 2(075)-1838/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən cavabdehlər siyahısında cavabdeh X1 qeydiyyat ünvanı 2006 saylı Hərbi Hissə göstərilsə də, iddiaçı tərəfindən onun məhz 2006 saylı Hərbi Hissədə qeydiyyatda olmasına, həmçinin həmin hərbi hissənin Şəki rayonu ərazisində olmasına dair hər hansı sübut işə əlavə edilməmişdir. İşə əlavə edilmiş MAPS arayışından isə digər Cavabdeh1 Tofiq oğlunun qeydiyyat ünvanı ünvan 1yəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Həmin mülki işə aidiyyətinə görə Bakı Şəhər Suraxanı Rayon Məhkəməsi tərəfindən baxılmalı olması ilə əlaqədar Şəki Rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli qərardadı üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Elektron Məhkəmə İnformasiya Sisteminin “Şəxsiyyət vəsiqəsinin məlumatlarından müəyyən olunur ki, Cavabdeh2 ünvan 2i ünvanında rəsmi qeydə alınmışdır və cavabdehin hal-hazırda rəsmi qeydə alındığı ünvanın Bakı şəhəri Suraxanı rayonuna heç bir aidiyyəti yoxdur. Digər Cavabdeh1 isə Bakı şəhəri, Xətai rayonu ünvanında qeydiyyatdadadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti mülki prosessual qanunvericilikdə dəqiq müəyyən edilmiş və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün tam aydın olaraq göstərilmişdir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin faktiki olaraq yaşadığı hər hansı bir ünvana görə məhkəmə aidiyyətinin müəyyən edilməli olması mənasını daşımır. Belə ki, mülki işə cavabdehin göstərdiyi hər hansı bir ünvana görə baxıla bilməsi bu və ya digər işin hansı məhkəmədə baxılmasına dair qeyri-müəyyənlik yaratmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Yuxarıda qeyd edilən hallar Ləğv prosesində olan İddiaçı-nin cavabdehlər X2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara görə hazırkı iş üzrə məhkəmə aidiyyəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Ləğv prosesində olan "xxxx"Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair 2(010)-5883/2021 nömrəli mülki iş ərazi aiddiyyatının müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-5883/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5883/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver