Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5883/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi , İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1250 manat pulun və 33 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Keçili kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Cavabdeh təxminən 2022-ci ildən tanıyır. Belə ki, onun özünə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ferması vardır. 2022-ci ildə özünə məxsus fermanı və otlaq sahəsini Cavabdeh icarəyə vermişdir. Cavabdeh 2022-ci ilin sentyabr ayından 2023-cü ilin yaz aylarına kimi onun otlaq sahəsindən və fermasından istifadə etmişdir. Həmin fermada həmçinin, ona məxsus xırda buynuzlu heyvanlar da var idi. Cavabdeh gedərkən hətta ondan 27 baş xırdabuynuzlu heyvanları da nisyə alıb apardı. Cavabdeh onunla otlaq sahəsini və fermanı 4000 manata icarəyə götürməyə razılaşmışdı. Lakin, o gedərkən icarə haqqını da vermədi. Tezliklə 4000 manat icarə haqqını və ondan nisyə aldığı 27 baş xırdabuynuzlu heyvanların dəyərini ödəyəcəyini bildirdi. Cavabdehin ona ümumilikdə 10750 manat borc yaranmışdır. Cavabdeh hissə-hissə borcdan qaytarsa da, sonradan onun pulunu verməkdən imtina etdi. Ona görə də Şəmkir RPŞ-nin X6 şikayət etmişdir. Orada izahatı alınarkən cavabdeh ona 3250 manat borcunun qaldığını etiraf etdi və 2 dəfəyə qaytaracağını bildirdi. Cavabdeh həmin borcdan 2000 manat qaytardı. Lakin, hazırda 1250 manat borcunu qaytarmaqdan imtina edir. Hər dəfə müxtəlif bəhanələr gətirir. Hazırda Cavabdeh ona 1250 manat borcu qalmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi qəbul edərək bildirmişdir ki, İddiaçı yeri icarəyə götürmüşdür. Belə ki, iddiaçı ona 40 ha torpaq sahəsini və fermasını icarəyə vermişdir. Daha sonra o öz heyvanlarını, o cümlədən iddiaçının 30 baş heyvanı ilə birlikdə dağ kəndinə aparmışdır. 8000 manat borc pul vəsaiti əldə edərək heyvanları, 6 ay müddətində orada saxlamış və yaza doğru onları gətirmişdir. Daha sonra İddiaçı, ondan pul vəsaitini tələb etdiyində, o iddiaçıya mövcud borcunu yavaş-yavaş verəcəyini bildirmiş lakin, iddiaçı onun barəsində Şəmkir rayon Polis Şöbəsinə şikayət etmişdir. Cavabdeh iddia tələbini tam qəbul etdiyini, 1250 manat və 33 manat ödənilmiş dövlət rüsumunu ondan tutularaq idddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, bununla bağlı ərizə təqdim etmişdir.
İş materialları.
5. Cavabdeh Şəmkir rayon Polis Şöbəsi X6 verdiyi izahatın surətində göstərmişdir ki, “Mən Cavabdeh hal Bakı şəhərində Suraxanı qəsəbəsində yaşayıram. xx.xx.2024tarixdə Şəmkir rayon Keçili kənd sakini İddiaçı mənim haqqımda etmiş X6 etmiş müraciəti ilə tanış oldum İsa Xəlil oğlunu belə tanıyıram ki, 2022-ci ilin noyabr ayında təsərrüfatımı saxlamaq üçün həmkəndlim və qohumum olan X2 ilə yəni onun vasitəsi ilə Şəmkir rayon X1 ilə tanış etdi həmin tanışlıq nəticəsində İsadan deməsinə 40 hektar otlaq sahəsini 4000 manata icarəyə götürdüm, sonra İsa Cəlilovun təsərrüfatından 27 baş xırda buynuzlu heyvanları 250 manatdan behləşərək heyvanlara nişanə qoyaraq aldım X5 ümumilikdə 10750 manat verməli oldum. X5 həmin məbləğdən yəni ona vermədiyim puldan 3250 manat borcum yəni verəcəyim qalıbdır. həmin 3250 manatdan 1500 manatını xx.xx.2025 tarixdə sahibinə qaytarmağını təsdiq edirəm qalan 1750 manatını yanvar ayının axırında qaytaracağıma söz verirəm”
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəmkir rayon X8 Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Kür PB-nə edilmiş müraciətə cavab olaraq bildirilir ki, müraciətdə göstərdiyi xüsusatların polis orqanınln səlahiyyətində olmadığı müəyyən edilərək tələblə bağlı aiddiyyatı üzrə məhkəmə orqanına müraciət etməsi məqsədə müvafiqdir.
İşin faktiki halları.
7. İşin hallarından görünür ki, iddiaçı 2022-ci ildə özünə məxsus fermanı və otlaq sahəsini Cavabdeh 4000 manata icarəyə vermiş və cavabdeh İddiaçı 27 baş xırdabuynuzlu heyvan almışdır. Cavabdeh iddiaçıya ümumilikdə 10750 manat məbləğində borcu yaranmışdır. Cavabdeh hissə-hissə borcdan qaytardıqdan sonra onun hazırda İddiaçı 1250 manat borcu qalmışdır.
Tətbiq edilən hüquq.
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Maddə 710. Torpaq icarəsi haqqı 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Maddə 700. İcarə müqaviləsi. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
11. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, nisyə alqı-satqı müqaviləsi və icarə müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilələr üzrə borcun tutulması tələbi əsaslıdır.
Məhkəmə xərcləri.
12. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
13. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1250 manat pul vəsaiti və iddia tələbi təmin olunduğundan 33 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
14. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 1250 (bir min iki yüz əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 33 (otuz üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova