Məhkəmə qərarları › İş №2(010)-5933/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5933/2021

18.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5933/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X8 iclas katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Cavabdeh ilə onun arasında X1 iştirakı ilə 09.09.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Mən Cavabdeh ilə 17.09.2002-ci il tarixində rəsmi nikaha daxil olmuşam. Birgə nikahdan 23.09.2003-cü il təvəllüdlü X6 və 22.08.2005-ci il təvəllüdlü X7 adında iki övladımız var. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.10.2014-cü il tarixli, 2(010)-6158/2014 saylı qətnaməsinə əsasən 23.09.2003-cü il təvəllüdlü X6 və 22.08.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə hər ay 90 manat olmaqla, cəmi 180 manat miqdarında alimentin 27.08.2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində tutularaq mənə ödənilməsi qət edilmişdir. Mən Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək istəyirdim. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu üçün mən iddia ərizəsi verməzdən əvvəl mediasiyaya müraciət etdim. X1 iştirakı ilə mübahisəni qarşılıqlı həll etmək üçün cavabdehlə mənim aramda 09.09.2021-ci il tarixdə barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin şərtinə görə Cavabdeh 22.08.2005-ci il təvəllüdlü X7 üçün hər ay 130 manat sabit pul məbləğində, 23.09.2003-cü il təvəllüdlü X6 üçün universiteti bitirənə qədər hər ay sabit pul məbləğində 50 manat alimentin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh qanunvericilikdə müəyyən olunmuş müddətdə barışıq sazişini könüllü icra etməmişdir. Bağlanmış barışıq sazişi cavabdeh tərəfindən könüllü icra edilmədiyindən barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edirəm”. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında tərəflər iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi qismən təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış 09.09.2021-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: İddiaçı uşaqlara psixoloji və ya hər hansı formada ataları ilə ünsiyyətinə mane olacaq şəkildə təsir etməyəcəyini; Cavabdeh 22.08.2005-ci il təvəllüdlü X7 üçün hər ay 130 manat sabit pul məbləğində, 23.09.2003-cü il təvəllüdlü X6 üçün universiteti bitirənə qədər hər ay sabit pul məbləğində 50 manat alimentin ödənilməsini öhdəsinə götürür; 23.09.2003-cü il təvəllüdlü X6 hər ay atası Cavabdeh ilə bir neçə saat görüşməyi öhdəsinə götürür. Bakı şəhəri Suraxanı rayonu VVAQ Şöbəsi tərəfindən 13.09.2005-ci il tarixdə verilmiş AZ-İ 664041 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 (atası Cavabdeh, anası İddiaçı) 22.08.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 13.09.2005-ci il tarixdə 1733 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı və Cavabdeh birgə nikahından (bu nikah 2008-ci ildə pozulmuşdur) iki uşaq – 23.09.2003-cü il təvəllüdlü X6 və 22.08.2005-ci il təvəllüdlü X7 doğulmuşdur. Onlardan biri - 23.09.2003-cü il təvəllüdlü X6 hazırda yetkinlik yaşına çatmışdır. 09.09.2021-ci il tarixdə İddiaçı və Cavabdeh arasında keçirilmiş mediasiya prosesində nəticəsində onlar arasında barışıq sazişi imzalanmış, sazişin şərtlərinə görə İddiaçı uşaqlara psixoloji və ya hər hansı formada ataları ilə ünsiyyətinə mane olacaq şəkildə təsir etməyəcəyini; Cavabdeh 22.08.2005-ci il təvəllüdlü X7 üçün hər ay 130 manat sabit pul məbləğində, 23.09.2003-cü il təvəllüdlü X6 üçün universiteti bitirənə qədər hər ay 50 manat sabit pul məbləğində aliment ödəyəcəyini; 23.09.2003-cü il təvəllüdlü X6 hər ay atası Cavabdeh ilə bir neçə saat görüşməyi öhdəsinə götürmüşdür. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən ərizəçi İddiaçı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə uşaqla ünsiyyət və alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə ilk növbədə, qeyd etməyi zəruri hesab edir ki, bağlanılmış barışıq sazişinin tam təsdiq edilməsi mümkün deyil. Belə ki, saziş iki tərəf – İddiaçı və Cavabdeh arasında bağlanılmışdır. Buna baxmayaraq, sazişdə sazişin tərəfi olmayan üçüncü şəxs - 23.09.2003-cü il təvəllüdlü X6 üçün şərtlər müəyyən edilmişdir. Hansı ki, X6 yetkinlik yaşına çatmış şəxsdir və onun fəaliyyət qabiliyyətini istisna edən hər hansı hal aşkar edilməmişdir. Belə olan halda hər bir fəaliyyət qabiliyyətli şəxs kimi X6 da özü üçün hüquqi nəticələr yaradan istənilən sazişi bağlamaqda müstəqildir və bu səlahiyyət qanunla müəyyən edilmiş qaydada etibar edilmədiyi müddətcə heç kimin onun adından hansısa saziş bağlamağa ixtiyarı yoxdur. Bu baxımdan X6 atası ilə arasında ünsiyyət məsələsinin tənzimi ilə bağlı atası ilə müstəqil şəkildə barışıq sazişi bağlaya bilər. Nəzərə alınmalıdır ki, tərəflər arasında barışıq sazişi bağlanıldığı tarixdə (09.09.2021) X6 hələ yetkinlik yaşına çatmamış olsa da hazırkı ərizə məhkəməyə daxil olduğu tarixdə (08.10.2021) həmin şəxs artıq yetkinlik yaşına çatmışdır. Bu halda isə ərizəçi İddiaçı X2 yetkinlik yaşına çatdığı andan etibarən onun adından bu cür ərizə ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Göründüyü kimi, tərəflər arasında bağlanılmış barışıq sazişi X2 atası ilə ünsiyyəti ilə bağlı hissədə qanuna ziddir. Çünki, saziş məhz bu hissədə yetkinlik yaşına çatmış üçüncü şəxsin hüquqlarına toxunur. Belə ki, sazişlə X2 hər ay atası ilə bir neçə saat görüşməyi öz öhdəsinə götürməsi şərti müəyyən edilmişdir. Halbuki, yetkinlik yaşına çatmış heç bir şəxs öz valideynləri də daxil olmaqla heç bir şəxslə görüşə məcbur edilə, bu barədə onun adından öhdəlik götürülə, saziş bağlanıla, bunun məcburi icrası tələb edilə bilməz. Digər tərəfdən, X6 artıq yetkinlik yaşına çatdığından və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş “uşaq” kateqoriyasına daxil olmadığından atasından onun xeyrinə universiteti bitirənədək tutulacaq aylıq ödəniş “aliment” hesab edilə bilməz. Belə ki, aliment uşaqların saxlanması üçün valideynlərdən saziş və ya məhkəmə qaydasında tutulan vəsaitdir. Lakin nəzərə alınmalıdır ki, atası Cavabdeh X6 universiteti bitirənə qədər ayda 50 manat məbləğində pul tutulmasının sazişdə müəyyən edilməsi X2 mənafeyinə zidd deyil, əksinə onun mənafeyinə xidmət edir. Bu baxımdan həmin vəsaitin “aliment” kimi atadan alınıb anaya ödənilməsi mümkün olmasa da, aylıq xərc kimi atadan alınıb yetkinlik yaşına çatmış qızına ödənilməsi mümkündür. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi X2 atası ilə ünsiyyəti və ona münasibətdə məhz anasının xeyrinə “aliment” tutulması hissələrində təsdiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Lakin barışıq sazişinin yuxarıda qeyd edilən hissədə təsdiq edilməsindən imtina edilməsi barışıq sazişinin qalan hissədə təsdiq edilməsini istisna etmədiyindən, təsdiqindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olduğundan sazişin qalan hissədə təsdiq edilməsi mümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Qeyd edilməlidir ki, sazişin qalan şərtləri sazişi bağlayan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tərəflərdən birindən digərinin xeyrinə aliment tutulması və uşaq yanında qalan tərəfin uşağın digər tərəflə ünsiyyətinə mane olmasının qadağan edilməsi ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə barışıq sazişinin İddiaçı 22.08.2005-ci il təvəllüdlü X3 atası Cavabdeh ilə ünsiyyətinə psixoloji, yaxud hər hansı formada mane olacaq şəkildə təsir etməyəcəyini öhdəsinə götürməsi, eləcə də Cavabdeh 22.08.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, 23.09.2003-cü il təvəllüdlü X6 universiteti bitirinədək hər ay 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq X4 ödənilməsi hissələrində təsdiq edilməsi nəticəsinə gəlir. Alimentin, eləcə də yetkinlik yaşına çatmış övlada aylıq ödənişin hansı tarixdən tutulacağı ilə bağlı sazişdə heç bir qeyd edilməsə də barışıq sazişinin, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıdığı (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununu, md. 34.1) nəzərə alınmaqla, alimentin tutulması vaxtı 09.09.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə qismən təmin edilməli, İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış 09.09.2021-ci il tarixli Barışıq Sazişi qismən - İddiaçı 22.08.2005-ci il təvəllüdlü X3 atası Cavabdeh ilə ünsiyyətinə psixoloji, yaxud hər hansı formada mane olacaq şəkildə təsir etməyəcəyini öhdəsinə götürməsi, eləcə də Cavabdeh 22.08.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, 23.09.2003-cü il təvəllüdlü X6 universiteti bitirinədək hər ay 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq X4 ödənilməsi hissələrində təsdiq edilməli, barışıq sazişinin qalan hissədə təsdiqindən imtina edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış 09.09.2021-ci il tarixli Barışıq Sazişi qismən – aşağıdakı şərtlərlə təsdiq edilsin: “İddiaçı 22.08.2005-ci il təvəllüdlü X3 atası Cavabdeh ilə ünsiyyətinə psixoloji, yaxud hər hansı formada mane olacaq şəkildə təsir etməyəcəyini öhdəsinə götürür; Cavabdeh 22.08.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimenti İddiaçı ödəməyi öhdəsinə götürür; Cavabdeh 23.09.2003-cü il təvəllüdlü X6 universiteti bitirinədək hər ay 50 (əlli) manat məbləğində pulu X4 ödəməyi öhdəsinə götürür”. Ərizə qalan hissədə təmin edilməsin və barışıq sazişi qalan hissədə təsdiq edilməsin. Alimentin və yetkinlik yaşına çatmış övlada aylıq xərcin tutulması vaxtı 09.09.2021-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar