Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-598/2023 23.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 432 manat məbləğində ziyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC vəsatətlə məhkəməyə müraciət edərək, hazırki mülki işin ərazi aidiyyatı üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nin hüquqi ünvanı ünvan 1kəməsində baxılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Vəsatətə münasibətdə isə iddiaçı qeyd etdi ki, o özü Suraxanı rayonu ərazisində yaşayır, ona görə də, hesab edir ki, işə hazırkı məhkəmədə baxıla bilər. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfin vəsatəti əsaslıdır, iş baxılması üçün ərazi aidiyyətinə uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinin tələbinə görə, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, məhkəmə işi, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarından görünür ki, iş aidiyyət qaydalarının pozulması nəticəsində məhkəmənin icraatına qəbul edilmişdirsə, onda məhkəmə işi ərazi aidiyyəti üzrə göndərməlidir. Hazırki işdən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş, iddia ərizəsində cavabdehin ünvanı barədə məlumat qeyd edilməmiş və iş məhkəmənin icraatına qəbul edilmişdir. AR MPM-nin 45.2-ci maddəsinin əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-598/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-598/2023
23.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver