Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-603/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması ələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı "İddiaçı” ASC-nin xeyrinə 4.402,22 manat məbləğində əsas borcun və xx xxxxxxx 2020-ci il tarixə 459,51 manat məbləğində faiz borcu olmaqla, cəmi 4.861,73 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Cavabdeh ilə "İddiaçı” ASC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 25 % olmaqla 5.000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh "Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdehin iddiaçıya 4.402,22 manat əsas borc və və 459,51 manat faiz borcu olmaqla, cəmi 4.861,73 manat borcu vardır. Ona görə də, Cavabdeh iddiaçı "İddiaçı” ASC-nin xeyrinə 4.402,22 manat məbləğində əsas borcun və 459,51 manat məbləğində faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, onunla "İddiaçı” ASC arasında xx xxxxxx 2019-cu ildə kredit müqaviləsi bağlanmışdır. Həmin Kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 25 % olmaqla, 5.000 mana məbləğində kredit verilmişdir. O, bir müddət ödəniş etsə də, sonradan maddi imkansızlığı səbəbindən ödənişlər edə bilməmişdir. Ona görə iddia tələbinin təmin edilməsinə etiraz etmir, lakin maddi vəziyyətilə əlaqədar borcunu hissə-hissə ödəməklə qaytara bilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli Kredit müqaviləsindən görünür ki, borclu Cavabdeh 36 müddətinə, illik 25 % olmaqla 5.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bank bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadı etməyi, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərtilə kredit verir.Borclan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallannda olan xx xxxxxxx 2020-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh iddiaçı Banka 4.402,22 manat əsas borc və 459,51 manat faiz məbləğində borcu olmaqla, cəmi 4.861, 73 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ASC ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və sonuncunun iddiaçı qarşısında 4.402,22 manat əsas və 459,51 manat faiz borcu yaranmışdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmalarına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir. Belə olan halda öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək hüququ ilə məhkəməyə müraciət edən iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasnda bağlanmış xx xxxxxx 2019-cu il tarixli 001/01-KM**********4 №-li Kredit müqaviləsinin ləğv edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4.402,22 manat əsas və 459,51 manat faiz borcu olmaqla, cəmi 4.861,73 manat məbləğində vəsait tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Təsvir olunanlara əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilərək, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 4.402,22 (dörd min dörd yüz iki manat 22 qəpik) manat məbləğində əsas borc, 459,51 (dörd yüz əlli doqquz manat 51 qəpik) manat məbləğində faiz borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4.891,73 (dörd min səkkiz yüz doxsan bir manat 73 qəpik) məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasnda bağlanmış xx xxxxxx 2019-cu il tarixli 001/01-KM**********4 №-li Kredit müqaviləsi ləğv edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-603/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-603/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver