Məhkəmə qərarları › İş №2(010)-6073/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6073/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6073/2021 26.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********46884 Samsung galaxy A10 markalı telefon, X1, Pike Takimi - Tekstil, Ortu - Tekstil üçün 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, 14.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********10966 iPhone 8 plus markalı telefon üçün 809 (səkkiz yüz doqquz) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə, 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********62017 Xiaomi Redmi 8 markalı telefon üçün 236.2 (iki yüz otuz altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 23.8 (iyirmi üç manat, səksən qəpik) manat cərimə, 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********83357 iPhone 11 markalı telefon üçün, 2082 (iki min səksən iki) manat ödənilməmiş hissə, 208 (iki yüz səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə 3663 manat borc və 56.63 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 29.12.2019-cu il, 14.09.2019-cu il və 01.01.2020- ci il, 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********46884 Samsung galaxy A10 markalı telefon, X1, Pike Takimi - Tekstil, Ortu - Tekstil. İMEİ kodu **********10966 iPhone 8 plus markalı telefon, İMEİ kodu **********62017 Xiaomi Redmi 8 markalı telefon və İMEİ kodu **********83357 iPhone 11 markalı telefon almış və nəticədə 3663 (üç min altı yüz altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 625.6 (altı yüz iyirini beş manat, altmış qəpik) manat (12 ay x 50 manat + 25.4 manat ilkin ödəniş) İMEİ kodu **********46884 Samsung galaxy A10 markalı telefon, X1, Pike Takimi - Tekstil, Ortu - Tekstil üçün ümumilikdə. 224 (iki yüz iyirmi dörd) manat olmaqla ondan. 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2147 (iki min yüz. qırx yeddi) manat (12 ay x 164 manat - 1~9 manat ilkin ödəniş) İMEİ kodu **********10966 iPhone 8 plus markalı telefon üçün ümumilikdə. 889 (səkkiz yüz səksən doqquz) manat olmaqla ondan. 809 (səkkiz yüz doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 80 (səksən) manat cərimə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 389.2 (üç yüz səksən doqquz manat, iyirmi qəpik) manat tl2 ay x 31.1 manat + 16 manat ilkin ödəniş) İMEİ kodu **********62017 Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə, 260 (iki yüz altmış) manat olmaqla ondan, 236.2 (iki yüz otuz altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23.8 (iyirmi üç manat, səksən qəpik) manat cərimə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2180 (iki min yüz səksən) manat (12 ay x 181 manat - 8 manat ilkin ödəniş) İMEİ kodu **********83357 iPhone 11 markalı telefon üçün ümumilikdə. 2290 tik: min iki yüz doxsan) manat olmaqla ondan, 2082 (iki min səksən iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 208 (iki yüz səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin 29.12.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 10“ manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 314.6 manat, ümumilikdə 421.6 matu: təşkil edir. Digərmüqavilələr ürzə cəmi ödədiyi məbləğ isə 1589 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29.12.2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 625.6 manat olan İMEİ kodu **********46884 Samsung Galaxy A10 markalı telefon, X1, Pike Takimi – Tekstil, Ortu Tekstil hər ay 50 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 14.09.2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 2147 manat olan İMEİ kodu **********010966 İphone 8 plus markalı telefon üçün hər ay 164 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 01.01.2010-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 389.2 manat olan İMEİ kodu **********62017 Xiaomi Redmi 8 markalı telefon üçün hər ay 31.1 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 07.03.2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 2180 manat olan İMEİ kodu **********83357 İphone 11 markalı telefon üçün hər ay 181 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş 06 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh 29.12.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 204 manat ödənilməmiş əsas məbləğ və 20 manat cərimə, 14.09.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 809 manat ödənilməmiş əsas məbləğ və 80 manat cərimə, 01.01.2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 236.2 manat ödənilməmiş əsas məbləğ və 23.8 manat cərimə, 07.03.2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 2082 manat ödənilməmiş əsas məbləğ və 208 manat cərimə – cəmi 3663 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 06 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh 29.12.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 204 manat ödənilməmiş əsas məbləğ və 20 manat cərimə, 14.09.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 809 manat ödənilməmiş əsas məbləğ və 80 manat cərimə, 01.01.2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 236.2 manat ödənilməmiş əsas məbləğ və 23.8 manat cərimə, 07.03.2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 2082 manat ödənilməmiş əsas məbləğ və 208 manat cərimə – cəmi 3663 manat məbləğində borcu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 56.63 (əlli altı manat 63 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 29.12.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 204 manat ödənilməmiş əsas məbləğ və 20 manat cərimə, 14.09.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 809 manat ödənilməmiş əsas məbləğ və 80 manat cərimə, 01.01.2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 236.2 manat ödənilməmiş əsas məbləğ və 23.8 manat cərimə, 07.03.2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 2082 manat ödənilməmiş əsas məbləğ və 208 manat cərimə və 56.63 manat dövlət rüsumu olmaqla – cəmi 3719,63 manat məbləğində borc vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar