Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6079/2021 01.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.01.2020-ci il tarixli müqaviləyə əsasən, Tozsoran GORENJE üçün 90.8 (doxsan manat səksən qəpik) manat öənilməmiş hissə, 9.2 (doqquz manat iyirmi qəpik) manat cərimə pulu; 12.02.2020-ci il tarixli müqaviləyə əsasən, Panasonic LED markalı televizor üçün 391.4 (üç yüz doxsan bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, 39.6 (otuz doqquz manat altmış qəpik) manat cərimə pulu; 15.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********83733 X2 8 markalı telefon üçün 425.8 (dörd yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 42.2 (qırx iki manat, iyirmi qəpik) manat cərimə pulu; 08.04.2020-ci il tarixli müqaviləyə əsasən Tozsoran KARCHER üçün 112.4 (yüz on iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 11.6 (on bir manat altmış qəpik) manat cərimə; 24.04.2020-ci il tarixli müqaviləyə əsasən X3 Security Camera üçün 17.2 (on yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 1.8 (bir manat səksən qəpik) manat cərimə və 04.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********96550 Samsung Galaxy A10 markalı telefon üçün 206.4 (iki yüz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 20.6 (iyirmi manat, altmış qəpik) manat cərimə pulu hesablanmış, ümumilikdə 1369 manat borc və 33.69 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbi üzrə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri Cavabdeh, "xxxx" MMC ilə 27.01.2020-ci il, 12.02.2020-ci il, 15.03.2020-ci il, 08.04.2020-ci il, 24.04.2020-ci il, 04.06.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, Tozsoran GORENJE, Panasonic LED markalı televizor, İMEİ kodu **********83733 X2 8 markalı telefon, Tozsoran KARCHER, X3 Security Camera və İMEİ kodu **********96550 Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 1369 (min üç yüz altmış doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 220.8 (iki yüz iyirmi manat, səksən qəpik) manat (12 ay x 18.4 manat + 0 manat ilkin ödəniş) olan Tozsoran GORENJE üçün ümumilikdə 100 (yüz) manat olmaqla ondan 90.8 (doxsan manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.2 (doqquz manat iyirmi qəpik) manat cərimə pulu; 12.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 707.4 (yeddi yüz yeddi manat qırx qəpik) manat (18 ay x 39.3 manat + 0 manat ilkin ödəniş) olan Panasonic LED markalı televizor üçün ümumilikdə ümumilikdə 431 (dörd yüz otuz bir) manat olmaqla ondan 391.4 (üç yüz doxsan bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39.6 (otuz doqquz manat altmış qəpik) manat cərimə pulu; 15.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 568.8 (beş yiiz altmış səkkiz manat səksən qəpik manat (24 ay x 23.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********83733 X2 8 markalı telefon üçün ümumilikdə 468 (dörd yüz altmış səkkiz) manat olmaqla ondan 425.8 (dörd yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 42.2 (qırx iki manat iyirmi qəpik) manat cərimə pulu; 08.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 319.4 (üç yiiz on doqquz manat qırx qəpik) manat (6 ay x 50.9 manat + 14 manat ilkin ödəniş) olan Tozsoran KARCHER üçün ümumilikdə 124 (yüz iyirmi dörd) manat olmaqla ondan 112.4 (yüz on iki manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 11.6 (on bir manat altmış qəpik) manat cərimə pulu hesablanmışdır. 24.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 105.2 (yüz beş manat iyirmi qəpik) manat (6 ay x 16.7 manat + 5 manat ilkin ödəniş) olan X3 Security Camera üçün ümumilikdə 19 (on doqquz) manat olmaqla ondan 17.2 (on yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 1.8 (bir manat səksən qəpik) manat cərimə pulu hesablanmışdır. 04.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 381.4 (üç yiiz səksən bir manat qırx qəpik) manat (12 ay x 28.7 manat + 37 manat ilkin ödəniş) olan İMEİ kodu **********96550 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 227 (iki yüz iyirmi yeddi) manat olmaqla ondan 206.4 (iki yüz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.6 (iyirmi manat altmış qəpik) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1059 manat təşkil edir. İş materiallarına əlavə edilmiş: 27.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC GORENJE markalı Tozsoranı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 18.4 manat ödəməyi öhdəsinə götürmüşdür. 12.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Panasonic LED markalı televizoru Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 39.3 manat ödəməyi öhdəsinə götürmüşdür. 15.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC X2 8 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 24 ay müddətinə ayda 23,7 manat ödəməyi öhdəsinə götürmüşdür. 08.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC KARCHER Tozsoranı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 6 ay müddətinə ayda 14 manat ödəməyi öhdəsinə götürmüşdür. 24.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC X3 X1 Elşən Əmir oğluna verməyi, Cavabdeh isə bunun müqabilində 6 ay müddətinə ayda 16,7 manat ödəməyi öhdəsinə götürmüşdür. 04.06.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung markalı A10 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 6 ay müddətinə ayda 16.7 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdehnın "xxxx" MMC-yə 27.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 90,8 manat əsas borc, 9,2 manat cərimə; 12.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 391,4 manat əsas borc, 39,6 manat cərimə; 15.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 425,8 manat əsas borc, 42,2 manat cərimə; 08.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 112,4 manat əsas borc, 11,6 manat cərimə; 24.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 17,2 manat əsas borc, 1,8 manat cərimə; 04.06.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 206,4 manat əsas borc, 20,6 manat cərimə olmaqla ümumilikdə 1369 (bir min üç yüz altmış doqquz) manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında: 27.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 220.8 manat olan özünə məxsus GORENJE Tozsoranı cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 18,4 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 12.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 707.4 manat olan özünə məxsus Panasonic LED markalı televizoru cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 39,3 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 15.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 568,8 manat olan özünə məxsus X2 8 markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 24 ay müddətinə ayda 23,7 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 08.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 319.4 manat olan özünə məxsus Tozsoran KARCHER cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 6 ay müddətinə ayda 14 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 24.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 105.2 manat olan özünə məxsus X3 Security Cameranı cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 6 ay müddətinə ayda 16,7 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 04.06.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 381.4 manat olan özünə məxsus Samsung Galaxy A10 markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 28,7 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin sözügedən müqavilələr üzrə 1244 manat əsas borc, 125 manat cərimə borcu qalmışdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 27.01.2020-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 90.8 (doxsan manat səksən qəpik) manat ödənilməmiş hissə, 9.2 (doqquz manat iyirmi qəpik) manat cərimə pulu; 12.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi müqaviləsi üzrə 391.4 (üç yüz doxsan bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 39.6 (otuz doqquz manat altmış qəpik) manat cərimə pulu; 15.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi müqaviləsi üzrə 425.8 (dörd yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 42.2 (qırx iki manat iyirmi qəpik) manat cərimə pulu; 08.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi müqaviləsi üzrə 112.4 (yüz on iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 11.6 (on bir manat altmış qəpik) manat cərimə; 24.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi müqaviləsi üzrə 17.2 (on yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 1.8 (bir manat səksən qəpik) manat cərimə və 04.06.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi müqaviləsi üzrə 206.4 (iki yüz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 20.6 (iyirmi manat altmış qəpik) manat cərimə olmaqla ümumilikdə 1369 (bir min üç yüz altmış doqquz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumu və bank xərclərinə görə 33,69 (otuz üç manat altmış doqquz) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 27.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 90.8 (doxsan manat səksən qəpik) manat ödənilməmiş hissə, 9.2 (doqquz manat iyirmi qəpik) manat cərimə pulu; 12.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 391.4 (üç yüz doxsan bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 39.6 (otuz doqquz manat altmış qəpik) manat cərimə pulu; 15.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 425.8 (dörd yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 42.2 (qırx iki manat iyirmi qəpik) manat cərimə pulu; 08.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 112.4 (yüz on iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 11.6 (on bir manat altmış qəpik) manat cərimə; 24.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 17.2 (on yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 1.8 (bir manat səksən qəpik) manat cərimə; 04.06.2020ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 206.4 (iki yüz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 20.6 (iyirmi manat altmış qəpik) manat cərimə və ödənilmiş məhkəmə xərclərinə görə 33,69 (otuz üç manat altmış doqquz) manat olmaqla ümumilikdə 1402,69 (bir min dörd yüz iki manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-6079/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6079/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver