Məhkəmə qərarları › İş №2(010)-609/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-609/2020

28.10.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-609/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil2, cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh-iddiaçının vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylar müəyyən edilməklə birgə əmlakın bölüşdürülməsi və s.” tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrəmülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “paylar müəyyən edilməklə birgə əmlakın bölüşdürülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18 A saylı fərdi yaşayış evinə İddiaçı üçdə iki, Cavabdeh üçdə bir hissə pay müəyyən edilməklə həmin yaşayış evinin üçdə iki hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması, həmin mənzilə köçürülməsi, **-ST-*** dövlət nömrə nişanlı HYUNDAİ İX-35 markalı avtomobilin cavabdeh tərəfindən satılması nəticəsində əldə edilmiş 40000 manat vəsaitin yarısı olaraq 20000 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı-cavabdeh İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18 A saylı fərdi yaşayış evinə onun üçdə iki, Cavabdeh üçdə bir hissə payın müəyyən edilməsi və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçının iddiasının təmin olunmaması, qarşılıqlı iddia üzrə iddia tələbinin təmin olunaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına alınmış ünvan 1 ünvanını və 2012-ci il tarixdə “Hyundai İX 35” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı minik maşını birgə nikah müddətində əldə etdikləri əmlak hesab edilməsi və birgə nikahdan olan oğulları xx.xx.2012-ci il təvəlüdlü X1 mənafeylərini nəzərə alaraq ünvan 1 ünvanını və 2012-ci il tarixdə “Hyundai İX 35” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı minik maşının 2/3 hissəsinin Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ilkin və qarşılıqlı iddia ərizəsindəki avtomaşınlarla bağlı tərəflər arasında razılıq əldə olunduğundan iddia tələbinin həmin hissədən imtina etdiyini, ünvan 2 A və ünvan 1 ünvanlarının birgə nikah dövründə anadan olmuş xx.xx.2012-ci il təvəlüdlü X1 anasının yanında qaldığı üçün onun mənafeyini nəzərə alaraq 2/3 hissəsinin Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil2 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qismən qəbul edərək bildirdi ki, İddiaçı Cavabdeh ilə ailə münasibətlərinə daxil olaraq, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 356 saylı qeydlə rəsmi nikah bağlamışlar. Bu nikahdan 2012-ci il təvəllüdlü oğulları dünyaya gəlmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə həmin nikah etibarsız hesab olunmuşdur. Birgə nikah dövründə iddiaçının anasına məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 6-da yerləşən 66 saylı mənzilin satılması nəticəsində əldə olunan vəsait hesabına Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18 A saylı fərdi yaşayış evini cavabdehin adına alqı-satqı müqaviləsi ilə əldə etmişlər. İddiaçının anası da həmin evdə qeydiyyatda olduğundan, evin 2/3 hissəsinə iddiaçının payının müəyyən edilməsi və iddiaçının həmin mənzilə köçürülməsini istəyirlər. Bundan əlavə, qarşılıqlı iddia ərizəsində iddia predmeti olan ünvan 1 ünvanını İddiaçı anası ona bağışlama müqaviləsi ilə bağışladığından, həmin ev mübahisə predmeti ola və bölünə bilməz. Buna görə də qeyd olunanların nəzərə alınaraq, ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edərək, qarşılıqlı iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə prosesində cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbini isə qismən qəbul edərək bildirdi ki, ilkin iddia ərizəsində qeyd olunanların bəzisi yalandır. Belə ki, İddiaçı bildirmişdir ki, guya anasına məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 6-da yerləşən 66 saylı mənzilin satılması nəticəsində əldə olunan pul vəsaiti hesabına qızı Cavabdeh adına Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 18 A saylı fərdi yaşayış evi alınmışdır. Həmin mübahisəli mənzil barəsində X2, qızı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1052/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə baxılmış iddia ərizəsi əsassız olduğu üçün təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin, Bakı Apellyasiya məhkəməsi yerli məhkəmənin qət etdiyi qətnaməni qüvvəsində saxlamışdır. Belə ki, ev onların birgə nikahı dövründə alınıb və həmin evdə qızı Elnarə və 3 uşağı qeydiyyatdadırlar. Bundan əlavə, Sahibin mülkiyyətində ünvan 1 ünvanı var ki, həmin ev də birgə mülkiyyət dövründə alınıb və rəsmi qaydada bölünməlidir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edərək, ilkin iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə prosesində cavabdeh-iddiaçının vəkili Vəkil3 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbini isə qismən qəbul edərək bildirdi ki, araşdırmalar nəticəsində məlum oldu ki, Cavabdeh adına olan əmlaklarla yanaşı, birgə nikah dövründə İddiaçı da adına əmlaklar alınmışdır. Belə ki, İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış ünvan 1 ünvanı birgə nikah dövründə alındığına görə bölünməli və tərəflərin payı müəyyən edilməlidir. Həmçinin tərəflər arasında paylar müəyyən edilən zaman uşağın ananın yanında saxlanılması da nəzərə alınmalıdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edərək, ilkin iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6516/2018 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Sumqayıt şəhər Qeydiyyat şöbəsində 1510 sayla qeydə alınmış xx.xx.2011-ci il tarixli nikahın etibarsız sayılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18a saylı fərdi yaşayış evi Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilən 4Ə/2-440 reyestr nömrəli xx xxxx 2012-ci il tarixli alqı-satqı müaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Digər ərazi idarələrində Cavabdeh adına dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx xxxxxx 1971-ci il təvəllüdlü İddiaçı sonuncu dəfə xx xxxxxx 2018-ci il tarixdə, xx xxxxxx 1974-cü il təvəllüdlü Cavabdeh isə sonuncu dəfə xx xxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etmişlər və hal-hazırki vaxtadək qayıtmamışlar. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən müvafiq sənədlərin surətləri məhkəməyə göndərilmişdir. Belə ki, məktuba əlavə edilmiş X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X3 ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18a saylı fərdi yaşayış evini Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18a saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə 201a nömrəli reyestr kitabının 18556 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. X2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 ona məxsus ünvan 1 ünvanını İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli “Çıxarış”dan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə 217 nömrəli reyestr kitabının 20076 nömrəli vərəqində bağışlama əsasında qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi verilərkən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18 A saylı fərdi yaşayış evinə onun üçdə iki, Cavabdeh isə üçdə bir hissə paylarının müəyyən edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış və bu barədə Sumqayıt şəhər Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1510 №-li akt qeydi tərtib olunmuşdur. Mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18a saylı fərdi yaşayış evi isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli “Çıxarış”a əsasən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə, yəni birgə nikah dövründə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən arxivdən götürülmüş 2(010)-6516/2018 nömrəli mülki iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6516/2018 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2018ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Sumqayıt şəhər Qeydiyyat şöbəsində 1510 sayla qeydə alınmış xx.xx.2011-ci il tarixli nikahın etibarsız sayılması qət edilmiş və qeyd edilən qətnamədən çıxarış xx.xx.2018-ci il tarixdə icra olunması üçün Suraxanı rayon Qeydiyyat şöbəsinə göndərilmişdir. Mülki işin materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6516/2018 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 28.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Həmin Məcəllənin 28.2.-ci maddəsi isə müəyyən edir ki, nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir. Qanunvericilik nikahın etibarsız hesab edilməsinin hüquqi nəticələrini nikahın pozulmasının hüquqi nəticələrdən fərqləndirsə də, məhkəməyə birgə nikah dövründə əldə edilmiş əmlakın statusuna münasibətdə eyni mövqedən çıxış etməyə, o cümlədən Ailə Məcəlləsinin 32-ci, 36-37-ci maddələrini tətbiq etmək səlahiyyəti verir. Ailə Məcəlləsinin 28.5.-ci maddəsində qeyd edilir ki, nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ərin (arvadın) saxlanması üçün digər tərəfdən bu Məcəllənin 85—86-cı maddələrinə uyğun olaraq vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı bu Məcəllənin 32-ci, 36—37-ci maddələrində müəyyən edilmiş normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər. Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi qaydasını nəzərdə tutan Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 213.4.-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5.-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Hazırkı işdə hər iki tərəf mübahisəli əmlakın bölünməsini istəyir. Lakin, tələblər əmlakın tam yarı deyil, daha artıq pay üstünlüyü ilə bölünməsi ilə bağlıdır. Ailə Məcəlləsinin 37.2.-ci maddəsi əmlakın qeyri-bərabər bölünməsi üçün əsasları müəyyən edir. Həmin normada qeyd edilir ki, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə hesab edir ki, mübahisəli əmlakın bərabər bölünməsi tərəflərin hər hansı diqqətəlayiq mənafeyini pozmur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18a saylı fərdi yaşayış evi üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh payları müəyyən edilməlidir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18 A saylı fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Göründüyü kimi, həm milli qanunvericilik, həm də mülkiyyət hüququnun müdafiəsi ilə bağlı beynəlxalq aktlar mülkiyyət hüququnun üç mühüm normasını müəyyənləşdirir: 1) Öz mülkiyyətindən maneəsiz istifadə hüququ; 2) Mülkiyyətdən məhrum edilmə; 3) Mülkiyyətdən istifadəyə nəzarət Hazırkı işdə iddiaçı-cavabdeh İddiaçı mübahisəli mənzilə mülkiyyət payına malik olması hazırki qətnamə ilə müəyyən edildiyi üçün, mülkiyyət hüququnun bir elementi kimi onun mənzildən istifadə hüququ mübahisələndirilmir. Beləliklə, göstərilənlərə olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18a saylı fərdi yaşayış evi üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh payları müəyyən edilməli və İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18a saylı fərdi yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ünvan 2 A və ünvan 1 ünvanlarının birgə nikah dövründə anadan olmuş xx.xx.2012-ci il təvəlüdlü X1 onun yanında qaldığı üçün uşağın mənafeyini nəzərə alaraq 2/3 hissəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti olanünvan 2 A ünvanı üzərində payların müəyyən edilməsi ilə bağlı hissəyə münasibət bildirərək məhkəmə qeyd edir ki, qarşılıqlı iddianın bu hissəsi ilə bağlı yuxarıda, yəni ilkin iddia tələbində münasibət bildirilmiş və tərəflərin 1/2 hissədə payları müəyyən edilmişdir. ünvan 1 ünvanı üzərində payların müəyyən edilməsi ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış əmlak birgə nikah dövründə əldə olunsa da, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli “Çıxarış”a və xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 tərəfindən İddiaçı bağışlandığından ümumi birgə mülkiyyət hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1-ci maddəsinə görə bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18a saylı fərdi yaşayış evi üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh payları müəyyən edildiyi üçün qarşılıqlı iddia tələbi həmin hissədə qismən təmin edilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hər iki iddia tələbi qismən təmin edildiyi üçün iddia ərizələrin verilməsinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İlkin və qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18a saylı fərdi yaşayış evi üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh mülkiyyət payları müəyyən edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18a saylı fərdi yaşayış evinə köçürülsün. İlkin və qarşılıqlı iddia qalan hissələrdə təmin edilməsin. Hər iki iddia tələbi qismən təmin edildiyi üçün iddia ərizələrin verilməsinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar