Məhkəmə qərarları › İş №2(010)-6099/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6099/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6099/2021 01.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi "xxxx" MMC ilə Cavabdeh arasında 12.07.2019-cu il tarixli müqaviləyə əsasən, Mini soba HOFFMANN, Ütü Philips üçün 88 (səksən səkkiz) manat öənilməmiş hissə, 8 (səkkiz) manat cərimə pulu; 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********42671 Xiaomi Redmi 8A markalı telefon üçün 135 (yüz otuz beş) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə pulu; 05.02.2020-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Mi band 4 markalı qol saatı üçün 53 (əlli üç) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə pulu; 21.04.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********71793 Xiaomi Redmi 8A markalı telefon, X1 Black markalı qulaqlıq üçün 231.2 (iki yüz otuz bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 23.8 (iyirmi üç manat səksən qəpik) manat cərimə, 14.05.2020-ci il tarixli müqaviləyə əsasən, Dnepr - Yataq - Carpayi - Ceviz, DOSHEK URETAN markalı mebel əşyaları üçün 462 (dörd yüz altmış iki) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə; 22.05.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********22760 Samsung galaxy A10 markalı telefon üçün 285 (iki yüz səksən beş) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə ümumilikdə 1378 manat borc və 33.78 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbi üzrə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri Cavabdeh, "xxxx" MMC ilə 12.07.2019-cu Tl, 07.12.2019-cu il, 05.02.2020-ci il, 21.04.2020-ci il, 14.05.2020-ci il, 22.05.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, Mini soba HOFFMANN, Ütü Philips, İMEİ kodu **********42671 Xiaomi Redmi 8A markalı telefon, Xiaomi Mi band 4 markalı qol saatı, İMEİ kodu **********71793 Xiaomi Redmi 8A markalı telefon, X1 Black markalı qulaqlıq, Dnepr - Yataq - Carpayi - Ceviz, DOSHEK URETAN markalı mebel əşyaları və İMEİ kodu **********22760 Samsung galaxy A10 markalı telefon almış və nəticədə 1378 (min üç yüz yetmiş səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (18 ayx 18 manat + 0 manat ilkin ödəniş) olan Mini soba HOFFMANN, Ütü Philips üçün ümumilikdə 96 (doxsan altı) manat olmaqla ondan 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8 (səkkiz) manat cərimə pulu; 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd manat (12 ay x 27 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********42671 Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə ümumilikdə 148 (yüz qırx səkkiz) manat olmaqla ondan 135 (yüz otuz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 (on üç) manat cərimə pulu; 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 108 (yüz səkkiz) manat (12 ay x 9 manat + 0 manat ilkin ödəniş) olan Xiaomi Mi band 4 markalı qol saatı üçün ümumilikdə 58 (əlli səkkiz) manat olmaqla ondan 53 (əlli üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 5 (beş) manat cərimə pulu; 21.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 368.4 (üç yüz altmış səkkiz manat qırx qəpik) manat (12 ay x 29.2 manat + 18 manat ilkin ödəniş) olan İMEİ kodu **********71793 Xiaomi Redmi 8A markalı telefon, X1 Black markalı qulaqlıq üçün ümumilikdə 255 (iki yüzəlli beş) manat olmaqla ondan 231.2 (iki yüz otuz bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 23.8 (iyirmi üç manat səksən qəpik) manat cərimə pulu hesablanmışdır. 14.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 624 (altı yüz iyirmi dörd) manat (18 ay x 33 manat + 30 manat ilkin ödəniş) olan Dnepr - Yataq - Carpayi - Ceviz, DOSHEK URETAN markalı mebel əşyaları üçün ümumilikdə 508 (beş yüz səkkiz) manat olmaqla ondan 462 (dörd yüz altmış iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 46 (qırx altı) manat cərimə pulu hesablanmışdır. 22.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 383.8 (üç yüz səksən üç manat səksən qəpik) manat (12 ay x 31.9 manat + 1 manat ilkin ödəniş) olan İMEİ kodu **********22760 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 313 (üç yüz on üç) manat olmaqla ondan 285 (iki yüz səksən beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 878 manat təşkil edir. İş materiallarına əlavə edilmiş: 12.07.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Mini soba HOFFMANN, Ütü Philips Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 18 manat ödəməyi öhdəsinə götürmüşdür. 07.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Xiaomi Redmi 8A markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 27 manat ödəməyi öhdəsinə götürmüşdür. 05.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Xiaomi Mi band 4 markalı qol saatı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 9 manat ödəməyi öhdəsinə götürmüşdür. 21.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Xiaomi Redmi 8A markalı telefon, X1 Black markalı qulaqlıqı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 29,2 manat ödəməyi öhdəsinə götürmüşdür. 14.05.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Dnepr - Yataq - Carpayi - Ceviz, DOSHEK URETAN markalı mebel əşyaları Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 33 manat ödəməyi öhdəsinə götürmüşdür. 22.05.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung galaxy A10 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 31,9 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə 12.07.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 88 manat ödənilməmiş hissə, 8 manat cərimə; 07.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 135 manat ödənilməmiş hissə, 13 manat cərimə; 05.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 53 manat ödənilməmiş hissə, 5 manat cərimə; 21.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 231,2 manat ödənilməmiş hissə, 23,8 manat cərimə; 14.05.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 462 manat ödənilməmiş hissə, 46 manat cərimə və 22.05.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 285 manat ödənilməmiş hissə, 28 manat cərimə olmaqla cəmi 1378 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında: 12.07.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 324 manat olan özünə məxsus Mini soba HOFFMANN, Ütü Philips cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 18 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 07.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 324 manat olan özünə məxsus Xiaomi Redmi 8A markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 27 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 05.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 108 manat olan özünə məxsus Xiaomi Mi band 4 markalı qol saatını cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 9 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 21.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 368,4 manat olan özünə məxsus Xiaomi Redmi 8A markalı telefon, X1 Black markalı qulaqlıqı cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 29,2 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 14.05.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 624 manat olan özünə məxsus Dnepr - Yataq - Carpayi - Ceviz, DOSHEK URETAN markalı mebel əşyalarını cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 33 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 22.05.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 383,8 manat olan özünə məxsus Samsung galaxy A10 markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 31,9 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin sözügedən müqavilələr üzrə 1254,2 manat əsas borc, 123,8 manat cərimə borcu qalmışdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12.07.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 88 (səksən səkkiz) manat əsas borc, 8 (səkkiz) manat cərimə; 07.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 135 (bir yüz otuz beş) manat əsas borc, 13 (on üç) manat cərimə; 05.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 53 (əlli üç) manat əsas borc, 5 (beş) manat cərimə; 21.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 231,2 (iki yüz otuz bir manat iyirmi qəpik) manat əsas borc, 23,8 (iyirmi üç manat səksən qəpik) manat cərimə; 14.05.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 462 (dörd yüz altmış iki) manat əsas borc, 46 (qırx altı) manat cərimə və 22.05.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 285 (iki yüz səksən beş) manat əsas borc, 28 (iyirmi səkkiz) manat cərimə olmaqla cəmi 1378 (bir min üç yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumu və bank xidmətinə görə 33,78 (otuz üç manat yetmiş səkkiz qəpik) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12.07.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 88 (səksən səkkiz) manat əsas borc, 8 (səkkiz) manat cərimə; 07.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 135 (bir yüz otuz beş) manat əsas borc, 13 (on üç) manat cərimə; 05.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 53 (əlli üç) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; 21.04.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 231,2 (iki yüz otuz bir manat iyirmi qəpik) manat əsas borc, 23,8 (iyirmi üç manat səksən qəpik) manat cərimə; 14.05.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 462 (dörd yüz altmış iki) manat əsas borc, 46 (qırx altı) manat cərimə və 22.05.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 285 (iki yüz səksən beş) manat əsas borc, 28 (iyirmi səkkiz) manat cərimə və ödənilmiş məhkəmə xərclərinə görə 33,78 (otuz üç manat yetmiş səkkiz qəpik) manat olmaqla cəmi 1378 (bir min üç yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar