Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-613/2025 19.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə nağd kredit borcu ilə əlaqədar 8864.54 manat əsas borcun, xx.xx.2024-cü il tarixinə kart krediti ilə əlaqədar 2489.23 manat əsas borcun və ödənilmiş 126.74 manat dövlət rüsumu və 0.80 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Sabunçu filialı ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********13 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən X4 24 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 10000 manat məbləğində nağd kredit, 36 ay müddətinə, illik 24 faiz hesablanmaqla 5000 manat məbləğində isə kart krediti verilmişdir. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, X3 vərəsəsi olan cavabdehə xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda adı çəkilən xx.xx.2020-ci il tarixli, BPM**********13 saylı müqaviləyə əsasən cavabdehin 1. xx.xx.2024-cü il tarixinə nağd krediti ilə əlaqədar əsas borc üzrə 8864.54 manat borcu mövcuddur. 2. xx.xx.2024-cü il tarixinə kart krediti ilə əlaqədar əsas borc üzrə 2489.23 manat borcu mövcuddur. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 126.74 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməklə şərtlənən subyektiv hüququ mövcud deyil. Belə ki, mərhum borcalan 2020-ci ilin oktyabr ayında iddiaçı bankdan kredit götürmüş, lakin həmin ilin noyabr ayında vəfat etmişdir. Mərhumun vəfatı ilə əlaqədar olaraq onun bank hesabına köçürülmüş məbləğdən iddiaçı tərəfindən kredit ödənişi təyinatı ilə pul vəsaiti tutulmuşdur. Məhz həmin andan iddiaçı mərhum borcalanın öldüyünü bilmiş və iddia müddətinin axımı başlamışdır. İddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir və hesab edirlər ki, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2020-ci il tarixli bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan müəyyən olunur ki, bank tərəfindən borcalana ******************** bank hesabı vasitəsilə, 36 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 5000 manat məbləğində kredit xətti açılmışdır. "xxxx" ASC (Bank) və X6 (Borcalan) arasında xx.xx.2020-ci il tarixdə bağlanmış BPM**********13 nömrəli tam kart çərçivə müqaviləsindən müəyyən olunur ki, “Bank” “Borcalan”ın adına ikitərəfli ödəniş kartını buraxmağı, “Borcalan”ın adına bank hesablarını açmağı, “Borcalan”a Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə, 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24%-dək ödəmək şərti ilə kredit limitini ayırmağı, “Borcalan” isə Tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını qaytarmağı və ona hesablanmış faizləri “Bank”a ödəməyi öz öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli, BPM**********13 nömrəli tam kart çərçivə müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2020 – xx.xx.2022-ci il tarixləri arasında hər ay 499.25 manat (sonuncu ay 498.93 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2020-ci il tarixli, FJB**********966 nömrəli məxaric orderindən müəyyən olunur ki, mərhum borcalana iddiaçı bankdan kassasından 7000 manat məbləğində pul vəsaiti verilmiş və bu barədə orderə imza edilmişdir. xx.xx.2020-ci il tarixli, BPM**********13 nömrəli məxaric orderindən müəyyən olunur ki, mərhum borcalana iddiaçı bankdan kassasından 2900 manat məbləğində pul vəsaiti verilmiş və bu barədə orderə imza edilmişdir. xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 133455 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X6 xx.xx.2020-ci il tarixdə “Genişlənmiş kardiomiopatiya” səbəbindən Bakı şəhərində ölmüşdür. xx.xx.2021-ci il tarixli, 2V-458 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı – Cavabdehdır və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD568517 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi SXU10-0029342, buraxılış ili 1999-cu il olan “Toyota Harrier” minik markalı, **-TD- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X3 xx.xx.2020-ci il tarixli, BPM**********13 nömrəli nağd kredit müqaviləsi üzrə iddiaçı banka xx.xx.2024-cü il tarixə 8864.54 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X3 xx.xx.2020-ci il tarixli, BPM**********13 nömrəli kart kredit müqaviləsi üzrə iddiaçı banka xx.xx.2024-cü il tarixə 2489.23 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli, 6-2-22/2-27012/24 nömrəli xəbərdarlıqdan müəyyən olunur ki, borcalanın qanun üzrə vərəsəsi olan cavabdehə xx.xx.2020-ci il tarixli kredit müqavilələri (həm nağd, həm də kart krediti) üzrə borcun məbləği barədə məlumat verilmiş, həmin borcun tam şəkildə 7 (yeddi) gün müddətində ödənilməsi tələb edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq olunmuşdur. Xəbərdarlıq məktubunun göndərilməsini təsdiq edən poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli və xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ümumilikdə 126.74 manat (60.76 + 65.98) manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş UNİ/D 02-853/2025 nömrəli yazılı mütəxəssis rəyindən müəyyən olunur ki, 1999-cu il buraxılışlı, “Toyota Harrier” minik markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar qiyməti 8700 manat təşkil edir. İşin faktiki halları İddiaçı "xxxx" ASC-nin Sabunçu fillialı və mərhum borcalan X6 arasında xx.xx.2020ci il tarixdə həm nağd, həm kart krediti müqaviləsi bağlanmışdır. Nağd kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 24 ay müddətinə, illik 18% ödənilmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Kart krediti müqaviləsinə əsasən, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Mərhum borcalan X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, mərhumun qanun üzrə vərəsəsi qismində hazırkı iş üzrə cavabdeh olan arvadı Cavabdeh müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 2V-458 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı – Cavabdehdır və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD568517 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi SXU10-0029342, buraxılış ili 1999-cu il olan “Toyota Harrier” minik markalı, **-TD- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X3 xx.xx.2020-ci il tarixli, BPM**********13 nömrəli nağd kredit müqaviləsi üzrə iddiaçı banka xx.xx.2024-cü il tarixə 8864.54 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X3 xx.xx.2020-ci il tarixli, BPM**********13 nömrəli kart kredit müqaviləsi üzrə iddiaçı banka xx.xx.2024-cü il tarixə 2489.23 manat məbləğində borcu vardır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Maddə 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda – 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-ci maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi
Məhkəmə cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilən sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan (miras qoyan) X6 və kreditor (iddiaçı) arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan xx.xx.2020-ci il tarixli kredit müqavilələrinə əsasən, bank tərəfindən borcalana nağd kredit üzrə 24 ay müddətinə, illik 18% ödənilmək şərti ilə 10000 manat məbləğində kredit verilmiş, kart krediti üzrə 36 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 5000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı öhdəlik hüquq münasibətlərinə uyğun olaraq öz üzərinə müəyyən olunmuş və müqavilə üzrə kredit məbləğini verməkdən ibarət öhdəliyini vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) yerinə yetirmiş, lakin borcalan kredit müqavilələri üzrə öz üzərinə götürdüyü və kredit məbləğinin vaxtında və lazımı qaydada iddiaçıya qaytarılması ilə şərtlənən öhdəliyini obyektiv səbəblərdən (xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar) icra edə bilməmişdir. Borclunun ölümü ilə əlaqədar 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi dəqiq müəyyən edilmişdir. Hazırkı iş üzrə cavabdeh miras qoyandan miras qalmış əmlaka dair vərəsəlik hüququndan imtina etməmiş və notariat orqanına müraciət edərək miras əmlakın qəbuluna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Nəticədə miras əmlakın formal qəbulu üsulu (notariat orqanına ərizə verməklə) cavabdeh tərəfindən realizə edilmişdir. Qeyd edilməlidir ki, vərəsə universal hüquq varisliyi qaydasında miras qoyanın əmlak hüquqları (mirasın aktivi) ilə yanaşı əmlak vəzifələrini (mirasın passivi) də qəbul edir və buna müvafiq olaraq miras qoyanın kreditorları qarşısında qəbul etdiyi miras aktivi həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.4-cü maddəsinə əsasən, mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Həmin məcəllənin 1306.5-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. İstinad edilən maddi hüquq normasının dispozisiya şərtlərindən də görünür ki, qanunverici yalnız bir halda – mirasın notarius tərəfindən siyahıya alındığı halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübutetmə vəzifəsindən azad etmiş və digər hallarda sübuetmə yükünü dəqiq bölüşdürməklə bu vəzifəni məhz miras əmlakı qəbul etmiş vərəsəyə aid etmişdir. Hazırda mübahisə edilən hüquq münasibətləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərarı da mövcuddur (xx.xx.2024-cü il tarixli, 2(102)-900/2024 nömrəli). Baxılan iş üzrə mirasın məhz notarius tərəfindən siyahıya alınması ilə bağlı hər hansı sənəd (siyahıya alınma aktı) aşkar edilməmiş, miras qoyanın borclarının mirasdan çox olduğunu sübutetmə yükü qanunla cavabdehin üzərinə qoyulmasına baxmayaraq, cavabdeh qeyd edilən halların təsdiqinə dair mötəbər və təkzibedilməz sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, mirasın qəbulunun formal üsulunu realizə edən cavabdeh tərəfindən müvafiq miras əmlak qəbul edilmiş hesab edilməli və miras qoyanın ölümündən sonra hazırkı iş üzrə iddiaçı qarşısında mövcud əmlak vəzifələri cavabdeh tərəfindən şəxsən icra edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizənin hazırkı mübahisəyə tətbiqinin mümkünlüyü ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmçinin, həmin məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunla iddia müddətinin axımının başlanmalı olduğu tarixlə bağlı müəyyən istisnalar nəzərdə tutulmuşdur ki, həmin ümumi qaydadan istisnalar AR MM-nin 377.2 – 377.4-cü maddələrində təsbit edilmişdir. Belə ki, həmin məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hazırkı iş üzrə mərhum borcalan (miras qoyan) və kreditor arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafiki ilə öhdəliklərin icra müddəti dəqiq müəyyən edilmiş, borcalan tərəfindən kredit müqaviləsi üzrə əsas və ona hesablanan faiz borcunun xx.xx.2020 – xx.xx.2022-ci il tarixləri arasında ödənilməli (icra edilməli) olması tərəflər arasında razılaşdırılmışdır. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən, iddia müddətinin axımı həmin tarixdən etibarən başlanmış və 3 (üç) il sonra xx.xx.2025-ci il tarixdə bitmişdir. Lakin iddiaçı tərəfindən ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması barədə iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olduğundan iddia müddəti ötürülməmiş, əksinə pozulmuş hüquqların müdafiəsi üçün qanunla müəyyən edilmiş müddət daxilində məhkəməyə müraciət olunmuşdur. Odur ki, iddia müddətinin tətbiqinə dair ərizənin tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmir. Beləliklə, təqdim edilmiş hər bir sübutu aidlik, mötəbərlik və mümkünlük nöqteyinəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübuta yetirilməli olan faktların yetərliliyi baxımından qiymətləndirən məhkəmə iddia tələbinin təmin edilməli olması qənaətinə gəlir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 126.74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 126.74 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iş üzrə müstəqil – qiymətləndirici mütəxəssis tərəfindən yazılı mütəxəssis rəyinin tərtib edilməsi üçün 250 manat məbləğində qiymətləndirmə xərci çəkilmişdir. Belə olan halda, həmin xərc də cavabdehdən tutularaq qiymətləndirmə fəaliyyətini həyata keçirən hüquqi şəxsin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X3 qanun üzrə vərəsəsi cavabdehdən xx.xx.2020-ci il tarixli, BPM**********13 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 8864.54 manat, xx.xx.2020-ci il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsi üzrə 2489.23 olmaqla, cəmi 11353.77 manat məbləğində borc və ödənilmiş 126.74 manat məbləğində dövlət rüsumu və 0.80 manat xidmət haqqı tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. X3 qanun üzrə vərəsəsi Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********13 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 8864.54 manat, xx.xx.2020-ci il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsi üzrə 2489.23 manat olmaqla, cəmi 11353.77 (on bir min üç yüz əlli üç manat yetmiş yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 126.74 (yüz iyirmi altı manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu və 0.80 (səksən qəpik) manat məbləğində xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Yazılı mütəxəssis rəyinin tərtib edilməsi üçün çəkilmiş 250 (iki yüz əlli) manat məbləğində qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 fillialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, fillialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.