Məhkəmə qərarları › İş №2(010)-615/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-615/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-615/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən,İMEİ kodu **********943599 “Samsung Galaxy A 50 markalı telefon üçün 389 manat ödənilməmiş hissə və 118 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********87971 “Samsung Galaxy A50” markalı telefon üçün 495 manat ödənilməmiş məbləğ və 147 manat dəbbə, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********96488 “Samsung Galaxy A 30” markalı telefon üçün 466 manat ödənilməmiş məbləğ və 138 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********10895 “iPhone 11” markalı telefon üçün 2602 manat ödənilməmiş hissə və 684 mnat dəbbə pulu və eləcə də, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5069 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, “xxxx” MMC Cavabdeh xx xxx 2019-cu il tarixli Müqaviləyə əsasən 16 ay müddətinə hər ay 49 manat ödəniş edilməklə cəmi dəyəri 784 manat olan İMEİ kodu **********43599 Samsung Galaxy A50 markalı telefonu, xx xxxx 2019-cu il tarixli Müqaviləyə əsasən 12 ay müddətinə, hər ay 46 manat ödəniş edilməklə cəmi dəyəri 769 manat olan İMEİ kodu **********87971 “Samsung Galaxy A50” markalı telefonu, xx xxxxxxxx 2019-cu il tarixli Müqaviləyə əsasən 12 ay müddətinə, hər ay 46 manat ödəniş edilməklə cəmi dəyəri 552 manat olan İMEİ kodu **********96488 Samsung Galaxy A30 markalı telefonu və xx xxxxxxx 2019-cu il tarixli Müqaviləyə əsasən 12 ay müddətinə, hər ay 228 manat ödəniş edilməklə cəmi dəyəri 2736 manat olan İMEİ kodu **********10895 iPhone 11 markalı telefonu nisyə satmışdır. Cavabdeh həmin Müqavilələr üzrə ümumilikdə 889 manat məbləğdə ödənişlər etsə də, sonradan heç bir ödəniş etməmiş və həmin müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliklərini icra etməmiş və borcunu sonadək ödəməmişdir. Bununla da, Cavabdeh iddiaçıya xx xxx 2019-cu il tarixli müqavilə üzrə 389 manat ödənilməmiş hissə və 118 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 495 manat ödənilməmiş məbləğ və 147 manat dəbbə, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 466 manat ödənilməmiş məbləğ və 138 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 2.602 manat ödənilməmiş hissə və 684 dəbbə pulu borcu yaranmışdır. Ona görə də, xx xxx 2019-cu il tarixli müqavilə üzrə 389 manat ödənilməmiş hissə və 118 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 495 manat ödənilməmiş məbləğ və 147 manat dəbbə, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 466 manat ödənilməmiş məbləğ və 138 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 2.602 manat ödənilməmiş hissə və 684 dəbbə pulunun və eləcə də, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdehnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxx 2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 784 manat olan İMEİ kodu **********43599 Samsung Galaxy A50 markalı telefon hər ay 49 manat ödəmək şərti ilə 16 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 769 manat olan İMEİ kodu **********87971 “Samsung Galaxy A50” markalı telefon ilkin ödəniş 34 manat olmaqla, hər ay 49 manat ödəmək şərti ilə 15 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 552 manat olan İMEİ kodu **********96488 Samsung Galaxy A30 markalı telefon hər ay 46 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 2736 manat olan olan İMEİ kodu **********10895 iPhone 11 markalı telefon hər ay 228 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC-i tərəfindən tərtib edilmiş 22 oktyabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəllərindən görünür ki, “alıcı” Cavabdeh xx xxx 2019-cu il tarixli müqavilə üzrə 389 manat ödənilməmiş hissə və 118 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 495 manat ödənilməmiş məbləğ və 147 manat dəbbə, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 466 manat ödənilməmiş məbləğ və 138 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 2.602 manat ödənilməmiş hissə və 684 dəbbə pulu borcu olmaqla – cəmi 5.039 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi təmin edilərək, xx xxx 2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 389 manat, xx xxxx 2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 495 manat, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 466 manat və xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 2.602 manat məbləğində əsas borc məbləği cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin xx xxx 2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 20 manat, xx xxxx 2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 20 manat, xx xxxxxxxx 2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 20 manat və xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 20 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 27 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 389 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu, xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 495 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 466 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu və xx xxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 2.602 manat məbləğində ödənilməmiş dəyəri və 20 manat məbləğində dəbbə pulu “xxxx” MMC-nin xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı “xxxx” MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxx 2019-cu il tarixli müqavilə üzrə 389 (üç yüz səksən doqquz) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 495 (dörd yüz doxsan beş) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 466 (dörd yüz altmış altı) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 2.602 (iki min altı yüz iki) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 4.062 (dörd min altmış iki) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar