Məhkəmə qərarları › İş №2(010)-616/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-616/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-616/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mini soba HOFFMANN, Qazan dəsti, X4 üçün 515 (beş yüz on beş) manat ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat dəbbə, cəmi 592 manat, Samsung markalı LED televizor üçün 1728 (bir min yeddi yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 288 (iki yüz səksən səkkiz) manat dəbbə pulu, cəmi 2016 manat, ümumilikdə 2608 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2638 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə iddianın müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Mini soba HOFFMANN, Qazan dəsti, X4, Samsung markalı LED televizor almış nəticədə 2608 (iki min altı yüz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alıqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (18 ay x 32 manat + manat ilkin ödəniş) Mini soba HOFFMANN, Qazan dəsti, X4 üçün 592 (beş yüz doxsan iki) manat olmaqla ondan, 515 (beş yüz on beş) manat ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1728 (bir min yeddi yüz iyirmi səkkiz) manat (18 ay+ 96 manat +0 manat ilkin ödəniş) Samsung markalı LED televizor üçün 2016 (iki min on altı) manat olmaqla ondan, 1728 (bir min yeddi yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 288 (iki yüz səksən səkkiz) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 61 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” Müştəri”-nin ödədiyi məblğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, iddianın dəyişdirilməsinə dair ərizə verərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Samsung LED markalı televizoru xx.xx.2021-ci il tarixində geri qaytarmış və məhsul 774 manat qiymətləndirilib, qalıq məbləğdən çıxılmışdır. Bu səbəbdən, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Mini soba HOFFMANN, Qazan dəsti, X4 üçün 515 (beş yüz on beş) manat ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat dəbbə, cəmi 592 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Samsung LED markalı televizor üçün 954 (doqquz yüz əlli dörd) manat ödənilməmiş hissə, 95 (doxsan beş) manat dəbbə pulu, cəmi 1049 manat, ümumilikdə 1641 (bir min altı yüz qırx bir) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1671 (bir min altı yüz yetmiş bir) manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 öz izahatına əsasən, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Samsung LED markalı televizoru xx.xx.2021-ci il tarixində geri qaytarmış və məhsul 774 manat qiymətləndirilimişdir. Həmçinin, geri qaytarılmış Samsung LED markalı televizorda xırda cızıqlar olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh öz izahatına əsasən, Samsung LED markalı televizoru aldıqdan sonra öz qutusundan çıxarmadığını, televizorun üstundə olan cızıqların əvvəlcədən olduğunu bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən Mini soba HOFFMANN, Qazan dəsti, X4 almış və həmin əşyanı alınmasına görə 576 manat pulu 18 ay ərzində, ilkin ödəniş 0 manat, hər ay 32 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən Samsung LED markalı televizor almış və həmin əşyanı alınmasına görə 1728 manat pulu 18 ay ərzində, ilkin ödəniş 0 manat, hər ay 96 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli alqı – satqı müqaviləsi üzrə aldığı Samsung LED markalı televizoru xx.xx.2021-ci il tarixində geri qaytarmışdır. Mülki iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Mini soba HOFFMANN, Qazan dəsti, X4 üçün 515 (beş yüz on beş) manat ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat dəbbə pulu olmaqla ümumilikdə 592 (beş yüz doxsan iki) manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED markalı televizor üçün 1728 (bir min yeddi yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 288 (iki yüz səksən səkkiz) manat dəbbə pulu olmaqla, ümumilikdə 2016 (iki min on altı) manat miqdarında borcu vardır. Mülki iş materiallarında olan xx xxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, “xxxx” ASC tərəfindən Cavabdeh qızının borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, ev 53 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh qızı xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (18 ay+ 32 manat +0 manat ilkin ödəniş) Mini soba HOFFMANN, Qazan dəsti, X4 nisyə alqı-satqı müqaivləsi əsasında almış olsa da, müqaivlə üzrə öhdəliklərini yerinə yetirə bilməmiş, nəticə etibarı ilə həmi müqviəl üzrə 515 (beş yüz on beş) manat ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat dəbbə pulu olmaqla, ümumilikdə 592 (beş yüz doxsan iki) manat məbləğində borcu yaranmışdır. Eyni zamanda cavabdeh xx.xx.2019-cu il tarixdə bağlanmış digər müqavilə üzrə alqı-satqı qiyməti 1728 (bir min yeddi yüz iyirmi səkkiz) manat (18 ay+ 96 manat +0 manat ilkin ödəniş) Samsung markalı LED televizoru xx.xx.2021-ci il tarixdə geri qaytarmış və məhsul 774 manat məbləğində qiymətləndirilmişdir. Nəticə etibarı ilə xx.xx.2019-cu il tarixdə bağlanmış digər müqavilə üzrə Cavabdeh qızının 2016 (iki min on altı) manat olmaqla ondan, 1728 (bir min yeddi yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 288 (iki yüz səksən səkkiz) manat dəbbə miqdarında borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 2243 manat məbləğində əsas borc Cavabdeh qızından tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqaviləsinin 5-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 2243 manat məbləğində əsas borca tənasübsüz olaraq 365 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 365 manat məbləğində cərimə pulu azaldılaraq 10 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2243 (iki min iki yüz qırx üç) manat əsas borcu, 10 (on) manat cərimə pulu olmaqla, ümumilikdə 2253 ( iki min iki yüz əlli üç) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 2243 (iki min iki yüz qırx üç manat əsas borcu, 10 (on) manat cərimə pulu olmaqla, ümumilikdə 2253 (iki min iki yüz əlli üç) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar