Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6185/2021 24.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə İddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “"xxxx" Bank olmayan Kredit Təşkilatı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kreditor "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 334.89 manat əsas borc, 3.79 manat faiz, 112.29 manat dəbbə borcu, cəmi 450.97 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında 15.07.2019-cu il tarixli SUMG1-17682-1 saylı Kredit müqaviləsinə və onun tərkib hissəsi olan 15.07.2019-cu il tarixli SUMG1-17682-1 saylı razılaşmaya əsasən illik fazi dərəcəsi 21.5% olmaqla 24 ay müddətinə 1600 manat məbləğində kredit vermişdir. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 83 manat ödəniş etməli idi. Lakin borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC məhkəməyə müraciət edir. Cavabdeh 14.10.2021-ci il tarixinədək verilmiş kredit üzrə 334.89 manat əsas borc, 3.79 manat faiz, 112.29 manat dəbbə borcu, cəmi 450.97 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 15.07.2019-cu il tarixli SUMG1-17682-1 saylı Kredit müqaviləsindən və onun tərkib hissəsi olan 15.07.2019-cu il tarixli SUMG1- 17682-1 saylı razılaşmadan görünür ki, Cavabdeh "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC-dən illik 21.5 faizlə 24 ay müddətinə 1600 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh 15.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 334.89 manat əsas borc, 3.79 manat faiz, 112.29 manat dəbbə borcu, cəmi 450.97 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış 30.04.2021-ci tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 15.07.2019-cu il tarixli SUMG1-17682-1 saylı Kredit müqaviləsinə və onun tərkib hissəsi olan 15.07.2019-cu il tarixli SUMG1-17682-1 saylı razılaşmaya əsasən illik fazi dərəcəsi 21.5% olmaqla 24 ay müddətinə 1600 manat məbləğində kredit götürmüşdür. İş üzrə "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia təmin edilməli, Cavabdeh 334.89 manat əsas borc, 3.79 manat faiz, 112.29 manat dəbbə borcu, cəmi 450.97 manat və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 15.07.2019-cu il tarixli SUMG1-17682-1 saylı Kredit müqaviləsinə və onun tərkib hissəsi olan 15.07.2019-cu il tarixli SUMG1-17682-1 saylı razılaşma üzrə 334.89 manat əsas borc, 3.79 manat faiz, 112.29 manat dəbbə borcu, cəmi 450.97 manat və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-6185/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6185/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver