Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-619/2019 30.01.2019 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Mehdiyeva Vəfa Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh Fərəməz oğlunun iştirakı ilə İddiaçı "xxxx" İKB-nin Cavabdeh Fərəməz oğluna qarşı kreditin, kredit hesablanmış faizinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" X1 ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fərəməz oğluilə aralarında bağlanmış 03 dekabr 2015-ci il tarixli, 11-Y-2-0-609-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh Fərəməz oğlu 1466,74 ABŞ dolları əsas borcun, 1297,41 ABŞ dolları faiz borcunun, 82,75 ABŞ dolları dəbbə pulunun, cəmi 2846,9 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq X1 "xxxx" açıq səhmdar cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, kreditor "xxxx" X1 ilə borclu Cavabdeh Fərəməz oğlu arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, 11-Y-2-0-609-15 saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 28 % ödəmək şərtilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş. Ödəniş qrafikinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Beləliklə də, cavabdeh kredit müqaviləsinin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bunlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Cavabdeh Fərəməz oğlunun 03 dekabr 2015-ci il tarixə "xxxx" İKB-yə olan borcu əsas məbləğ üzrə ABŞ dolları 1466,74 ABŞ dolları əsas borcun, 1297,41 ABŞ dolları faiz borcunun, 82,75 ABŞ dolları dəbbə pulunun, cəmi 2846,9 ABŞ dolları təşkil etdiyindən həmin borc məbləğinin, eləcə də 30 manat dövlət rüsumunun "xxxx" İKB-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Fərəməz oğlu məhkəmə iclasında iddia tələbləri ilə razılaşaraq izahatında bildirdi ki, maddi çətinlikləri ilə əlaqədar olaraq kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında icra edə bilməmişdir. Lakin öhdəliyin icrasından boyun qaçırmır, öhdəliyini hissə-hissə icra edəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh Fərəməz oğlu arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, 11-Y-2-0-609-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh Fərəməz oğluna 36 ay müddətinə illik 28 % ödəmək şərtilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2.5-ci bəndinə görə borcalan həmin müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2.14-sü bəndinə əsasən gecikdirilmiş borc yaranan halda hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 180 faizi miqdarında cərimə tətbiq olunması nəzərdə tutulmuşdur. "xxxx" İKB-nın məhkəməyə təqdim etdiyi maliyyə arayışlarından görünür ki, Cavabdeh Fərəməz oğlunun 03 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 1466,74 ABŞ dolları, 22 oktyabr 2016-cı il tarixinə faiz borcu üzrə 197,41 ABŞ dolları, cərimə üzrə borcu 82,75 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtı-vaxtında icra etməmiş və onun kredit üzrə əsas borc üzrə 1466,74 ABŞ dolları, 22 oktyabr 2018-ci il tarixə faiz borcuna görə 1297,41 dolları, 82.75 ABŞ dolları məbləğində cərimə borcu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh Fərəməz oğlu kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən kredit və kredit borcuna hesablanmış faizlərin tutulmasına dair iddia tələbi əsaslıdır. Bununla belə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi faiz borcu tələb olunması hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdehdən iddia tələbində qeyd olunan həcmdə kredit müqaviləsi üzrə faiz məbləğini kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi ilə məhkəməyə iddia ilə müraciət edildiyi tarixədək tələb edir. Məhkəmə isə iddiaçının kredit müddətinin bitməsindən sonra də eyni faiz dərəcəsi ilə əsas borca faizlərin hesablanması ilə bağlı istinad etdiyi halları əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarında qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələ ilə mövqeyi ondan ibarət olmuşdur ki, müqavilədə nəzərdə tutulan faiz məbləği müqavilə müddətinə hesablanmalıdır. Bundan sonrakı müddət ərzində iddiaçı bank vurulmuş zərərireal zərəri və əldən çıxmış faydanı tələb etməlidir. Hazırkı iddia tələbi ilə iddiaçı bank kredit müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ olaraq 1466,74 ABŞ dolları, faiz borcu qismində isə məhkəməyə müraciət edilən bütün dövr üçün 1297, 41 ABŞ dolları tələb edir. Məhkəmə faiz məbləğinin tutulması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında şərh olunanları rəhbər tutaraq hesab edir ki, hazırkı halda kredit müddəti ərzində hesablanmış, ödənilməli olan və ödənilməmiş qalmış faiz məbləği cavabdehdən tutulmalı, öhdəliyin vaxtında icra edilməməsi ilə bağlı iddiaçı banka vurulmuş zərərin, yəni real zərərin və əldən çıxmış faydanın tələb olunması barədə məhkəmədə yenidən iddia qaldırmaq hüququ olması izah edilməlidir. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdehdən müqavilənin bitmə tarixinə hesablanmış 393,11 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə dəbbə pulu 10 ABŞ dolları məbləğinə qədər azaldılmalıdır. Beləliklə də, pul tələbinə dair iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" KB ASC ilə Cavabdeh Fərəməz oğlu arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, kredit müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ üzrə 1466,74 ABŞ dolları, faiz üzrə 1297,41 ABŞ dolları, cərimə üzrə 10 ABŞ dolları, cəmi 2846,9 ABŞ dolları məbləğində borc ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat dövlət rüsumu müştərək qaydada Cavabdeh Fərəməz oğlundan "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsai ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-619/2019
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-619/2019
30.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver