Məhkəmə qərarları › İş №2(010)-625/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-625/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-625/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı ASC “Xalq” Bankın etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC “Xalq” Bankın Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC “Xalq” Bank Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli **********94015 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısında 1 610,99 (bir min altı yüz on manat 99 qəpik) manat məbləğində əsas borcu, xx.xx.2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 8 % (səkkiz faiz) dərəcəsi ilə hesablanmış 193,73 (bir yüz doxsan üç manat 73 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 8 % (səkkiz faiz) dərəcəsi ilə hesablanmış 17,54 (on yeddi manat 54 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 82,09 (səksən iki manat 09 qəpik) məbləğində penya, cəmi 1 904,35 (bir min doqquz yüz dörd manat 35 qəpik) manat və xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 8 % (səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya Cavabdeh iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulmasını və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC «Xalq» Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********94015 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 14 % (on dörd faiz) ödənilməsi şərtilə, 5 700 (beş min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Bundan sonra Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 01 №-li və xx.xx.2018-ci il tarixli 02 №-li Əlavə sazişlərə əsasən kreditləşmə müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, kreditdən istifadəyə görə illik faiz dərəcəsi isə 8 %-ə (səkkiz faizə) endirilmişdir. Cavabdeh Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləği və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh Kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri kobud surətdə pozmuş, onları vaxtlı-vaxtında və lazımınca icra etməmişdir. xx.xx.2020-ci il tarixə Borc alanın Kreditor qarşısında gecikdirilmiş ümumi borcu 1 804.72 (bir min səkkiz yüz dörd manat 72 qəpik) manat olmuşdur ki, bunun da 1 610,99 (bir min altı yüz on manat 99 qəpik ) manatı vaxtı keçmiş əsas borc, 193,73 (bir yüz doxsan üç manat 73 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğini təşkil etmişdir. Bundan əlavə Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2020-ci il tarixinə bu məbləğ 82.09 (səksən iki manat 09 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2020ci il tarixli 2047 №-li xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, Borc alan tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə eyninövlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan (https://www.cbar.az/page-188/credit-institutions saytdan çıxarış) göründüyü kimi, AR Mərkəzi Bankının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair Məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin illik faiz dərəcəsi 23 % (iyirmi üç faiz) təşkil etməyinə baxmayaraq, Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi, habelə öz tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əldən çıxmış faydanın hesablanmasında Kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsini (8 %) əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2020-ci il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (xx.xx.2020-ci il) olan dövr üçün bu məbləğ 17,54 (on yeddi manat 54 qəpik) manat təşkil edir. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirik ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən etibarən iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 8 % (səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Bununla laqədar iddiaçı xx.xx.2015-ci il tarixli **********94015 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısında 1 610,99 (bir min altı yüz on manat 99 qəpik) manat məbləğində əsas borcu, xx.xx.2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 8 % (səkkiz faiz) dərəcəsi ilə hesablanmış 193,73 (bir yüz doxsan üç manat 73 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 8 % (səkkiz faiz) dərəcəsi ilə hesablanmış 17,54 (on yeddi manat 54 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 82,09 (səksən iki manat 09 qəpik) məbləğində penya, cəmi 1 904,35 (bir min doqquz yüz dörd manat 35 qəpik) manat və xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 8 % (səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya Cavabdeh iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulmasını və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ASC “Xalq” Bankın etibarnamə üzrə nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli **********94015 saylı kredit müqaviləsindən görünür ki, ASC «Xalq» Bankı tərəfindən Cavabdeh illik 14 faiz olmaqla, 48 ay müddətinə qaytarmaq şərti ilə 5700 (beş min yeddi yüz) məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli və kredit müqaviləsinin əlavəsi olan xx.xx.2015-ci il tarixli sənədindən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 158,24 manat və 224,11 manat olmaqla xx.xx.2019-cu il tarixinə qədər ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan xx xxxxxxxx 2016-cı il tarixli “xx xxxxxx 2015-ci il tarixli **********94015 №-li Kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair” 01 №-li Əlavə sazişə əsasən, bu Sazişin 1.1-ci və 1.2-ci bəndlərinə müvafiq olaraq Tərəflər razılığa gəldilər ki, borcalanın xx xxxxxxxx 2016-cı il tarixinə mövcud olan vaxtı keçmiş çatmış əsas borcunun əsas borc kateqoriyasına keçirilməsi, adi faizlərin kapitallaşdırılması hesabına kredit üzrə əsas borcu 4002,48 manat məbləğində müəyyən edilir, Kredit müqaviləsində nəzərdə tutulmuş kreditin qaytarılma müddəti 20 (iyirmi) ay uzadılır, bu sazişin 1.3-cü bəndinin müddəalarına müvafiq olaraq borc alan 4002,48 manat məbləğində əsas borcunu, həmin vəsaitdən istifadəyə görə illik 14% ödənilməsi şərtilə xx.xx.2020-ci il tarixədək banka qaytarmağı öz öhdəsinə götürür. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli və kredit müqaviləsinin əlavəsi olan xx.xx.2016-cu il tarixli sənədindən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 109,37 manat və 35,63 manat olmaqla xx.xx.2020-ci il tarixinə qədər ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan xx xxxxxx 2018-cı il tarixli “xx xxxxxx 2015-ci il tarixli **********94015 №-li Kredit müqaviləsinə 02 №-li Əlavə sazişə əsasən, bu əlavə sazişin predmetini Kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 14%-dən 8%-ə endirilməsi ilə bağlı Kredit müqaviləsinə müvafiq dəyişikliklərin əks etdirilməsini təşkil edir. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli və kredit müqaviləsinin əlavəsi olan xx.xx.2018-ci il tarixli sənədindən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 100,36 manat və 100,55 manat olmaqla xx.xx.2020-ci il tarixinə qədər ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə 1610,99 (bir min altı yüz on manat doxsan doqquz) manat məbləğində vaxtı keçmiş borc, 193,73 (bir yüz doxsan üç manat yetmiş üç qəpik) manat məbləğində kredit müqaviləsinin bitmə tarixinə (xx.xx.2020) kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi (8%) ilə hesablanmış adi faiz borcu, 82,09 (səksən iki manat doqquz qəpik) manat məbləğində cərimə borcunun, 17,54 (on yeddi manat əlli dörd qəpik) manat kredit müddətinin bitməsi tarixindən (xx.xx.2020) arayışın məhkəməyə verilməsi tarixindən (xx.xx.2020) illik 8% dərəcəsi ilə şəklində hesablanmış əldən çıxmış fayda, cəmi 1904,35 (bir min doqquz yüz dörd manat otuz beş qəpik) manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ASC «Xalq» Bankının Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh gecikdirməyə görə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini barədə xəbərdar edilmiş, ondan borcun ödənilməsi tələb edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından «xxxx» ASC ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə araşdırması zamanı məlum oldu ki, xx.xx.2015-ci il tarixli **********94015 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 14 % (on dörd faiz) ödənilməsi şərtilə, 5 700 (beş min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Bundan sonra Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 01 №-li və xx.xx.2018-ci il tarixli 02 №-li Əlavə sazişlərə əsasən kreditləşmə müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, kreditdən istifadəyə görə illik faiz dərəcəsi isə 8 %-ə (səkkiz faizə) endirilmişdir. Cavabdeh kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləği və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Nəticə etibarı iləxx.xx.2015-ci il tarixli **********94015 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısında 1 610,99 (bir min altı yüz on manat 99 qəpik) manat məbləğində əsas borcu, xx.xx.2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 8 % (səkkiz faiz) dərəcəsi ilə hesablanmış 193,73 (bir yüz doxsan üç manat 73 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 8 % (səkkiz faiz) dərəcəsi ilə hesablanmış 17,54 (on yeddi manat 54 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 82,09 (səksən iki manat 09 qəpik) məbləğində penya, cəmi 1 904,35 (bir min doqquz yüz dörd manat 35 qəpik) manat borcu hesablanmışdır. xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər, o cümlədən xx xxxx 2020-ci il tarixə qədər əsas borc məbləğinə illik 8 % (səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi – 43 manat, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya - 81 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmaqla, 163,09 manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə iddiaçı tərəfindən cavabdehin əsas və faiz kredit borcuna tənasübsüz olaraq hesablanmış ümumilikdə 163,09 manat məbləğində dəbbə pulunun məbləğini azaldaraq, 5 manat məbləğində müəyyən edir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları da nəzərə almışdır. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. "AR Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, "MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli **********94015 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixi üçün 1610,99 (bir min altı yüz on manat doxsan doqquz) manat məbləğində vaxtı keçmiş borc, 193,73 (bir yüz doxsan üç manat yetmiş üç qəpik) manat məbləğində kredit müqaviləsinin bitmə tarixinə (xx.xx.2020) kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi (8%) ilə hesablanmış adi faiz borcu, 5 (beş) manat məbləğində cərimə borcunun, 17,54 (on yeddi manat əlli dörd qəpik) manat kredit müddətinin bitməsi tarixindən (xx.xx.2020) arayışın məhkəməyə verilməsi tarixindən (xx.xx.2020) illik 8% dərəcəsi ilə şəklində hesablanmış əldən çıxmış fayda, xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər, o cümlədən xx xxxx 2020-ci il tarixə qədər əsas borc məbləğinə illik 8 % (səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi – 43 manat, cəmi 1870,26 (bir min səkkiz yüz yetmiş manat iyirmi altı qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2015-ci il tarixli **********94015 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixi üçün 1610,99 (bir min altı yüz on manat doxsan doqquz) manat məbləğində vaxtı keçmiş borc, 193,73 (bir yüz doxsan üç manat yetmiş üç qəpik) manat məbləğində kredit müqaviləsinin bitmə tarixinə (xx.xx.2020) kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi (8%) ilə hesablanmış adi faiz borcu, 5 (beş) manat məbləğində cərimə borcunun, 17,54 (on yeddi manat əlli dörd qəpik) manat kredit müddətinin bitməsi tarixindən (xx.xx.2020) arayışın məhkəməyə verilməsi tarixindən (xx.xx.2020) illik 8% dərəcəsi ilə şəklində hesablanmış əldən çıxmış fayda, xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər, o cümlədən xx xxxx 2020-ci il tarixə qədər əsas borc məbləğinə illik 8 % (səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi - 43 manat, cəmi 1870,26 (bir min səkkiz yüz yetmiş manat iyirmi altı qəpik) manat məbləğində borc tutularaq ASC «Xalq» Bankının xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq ASC «Xalq» Bankına ödənilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar