Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-626/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqavilələrinə əsasən borc qismində verdiyim 10,000 (on min) və 4.000 (dörd min) manat məbləğində, ümumilikdə 14.000 (on dörd min) manat məbləğində nağd pulun, ödəniləcək pulun gecikdirilməsinə görə hər il üçün ümumi məbləğin 5%-i məbləğində əldən çıxmış fayda olaraq pulun və eyni zamanda ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onunla Cavabdeh arasında 2019-cu ilin avqust ayında qarşılıqlı razılaşma əsasında borc münasibəti yaranmışdır. Cavabdehlə aralarında tanışlıq münasibəti mövcud idi. Beləliklə, cavabdeh onunla tanışlıq münasibəti olmasından istifadə edərək çətin vəziyyətdə olduğunu bildirdi və borc pula ehtiyacı olduğunu qeyd etdi. Cavabdeh ona bu çətin vəziyyətinin sadəcə bir neçə aylıq olduğunu və dəfələrlə borc verdiyi təqdirdə ən qısa zamanda pulunu ona geri ödəyəcəyi barədə vədlər verdi. O da öz növbəsində aralarındakı tanışlıq münasibətlərinə güvənmiş və uzun illərdir qəpik-qəpik yığdığı 14.000 manat məbləğində pulu ona borc verməyə razılaşmışdır. Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə 2 kredit müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış birinci kredit müqaviləsinə əsasən 10.000 manat məbləğində və həmçinin ikinci kredit müqaviləsində isə 4000 manat məbləğində, ümumilikdə 14.000 manat məbləğində pulun tərəfindən Cavabdeh verilməsi göstərilmişdir. Belə ki, aralarında mövcud olan kredit müqavilələrinə və aralarında olan razılaşmaya əsasən Cavabdeh ona olan borcunu xx.xx.2019-cu il tarixdə bütöv şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləni bağladıqdan sonra cavabdeh tərəfindən ödəniş ediləcəyini gözləsə də, o, ödəniş etməkdən yayınmışdır. Cavabdeh ona verdiyi borc pulu əldə edikdən sonra aralarındakı yaxın münasibətindən istifadə edərək ona bu müddət ərzində heç bir ödəniş etməmişdir. Artıq üzərindən bir il çox müddət köçməsinə baxmayaraq, cavabdeh onun pulu geri qaytarmamışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqavilələrindən görünür ki, İddiaçı (borc verən) Cavabdeh (borc alana) 10.000 və 4.000 manat olmaqla, cəmi 14.000 manat məbləğində pul borc verir. Müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2019-cu il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3-cü bəndinə görə tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı (borc verən) Cavabdeh (borc alana) 10.000 və 4.000 manat olmaqla, cəmi 14.000 manat məbləğində pul borc vermişdir. Hazırda cavabdeh ödəməli olduğu krediti iddiaçıya ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, yuxarıdakı normaların məzmunundan və işin hallarından çıxış edərək hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri mövcud olub, mübahisəli borc müqaviləsi ilə borca verilmiş pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə 14.000 manat məbləğində borcunun tutulması barədə tələb əsaslıdır. Bundan əlavə, iddiaçı ödəniləcək pulun gecikdirilməsinə görə hər il üçün ümumi məbləğin 5%-i məbləğində əldən çıxmış faydanın ödənilməsini tələb etsə də, həmin öhdəliyin hansı əsasla yaranmasını əsaslandıra bilməmiş və əldən çıxmış mənfəətin məhz həmin məbləğdə yaranmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kredit borcuna görə 14000 manat məbləğində pul tutularaq İddiaçına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14.000 (on dörd min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-626/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-626/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver