Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-627/2021 03.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7400 manat məbləğində pulun, 1000 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcmini azaldılması barədə məhkəməyə yazılı ərizə verib, Cavabdeh 5096 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7400 manat kredit götürmüş, qeyd olunan borcu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmü, daha sonra az müddət olduğu üçün ona müraciət edərək müddətin uzadılmasını xahiş etmişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə dəyişiklik edilmiş və kreditin qaytarılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır.Lakin cavabdeh üçün müddət verilsə də, sonuncu müqavilə öhdəliklərini icra etməmiş, heç bir əsas və səbəb gətirmədən borcu qaytarmamışdır. Bundan başqa cavabdeh borcu vaxtında ödəmədiyi üçün o, həmin vəsaitdən səmərəli istifadə edə bilməmiş, əldən çıxmış faydaya görə zərər çəkmişdir. Bundan başqa mənəvi zərər, əsəb, stres ilə iztirab çəkmişdir. Həmin zərərlər cavabdeh qanuna zidd hərəkətləri nəticəsində dəydiyi üçün cavabdeh tərəfindən qarşılanmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iddianın etiraf edilməsi barədə ərizə verib, həqiqətən də İddiaçı qarşısında 5096 manat məbləğində pul öhəliyinin olmasını bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Notariat qaydada rəsmiləşdirilmiş xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə 7400 manat məbləğində borc pul almışdır. - Notariat qaydada rəsmiləşdirilmiş xx xxxxxx 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə dəyişlik edilmiş və müqavilənin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcmini azaldaraq, cavabdehdən yalnız 5096 manat məbləğində pulun tutulmasını xahiş etmiş, iddianın qalan hissəsindən imtina etmişdir ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 da həmin borcu etiraf etmişdir. Azərbaycan Respublkası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinin tələbinə görə cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.5-ci maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məsələsinə qiymət verən məhkəmə hesab edir ki, etiraf qanuna zidd deyildir, heç kəsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə iddianı əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5096 (beş min doxsan altı) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-627/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-627/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver