Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-628/2022 04.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında İddiaçının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, 28.01.2014-cü il təvəllüdlü X4, 09.10.2015-ci il təvəllüdlü X2 və 21.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Binəqədi rayon məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(001)-7791/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması və hər ay anaları Cavabdeh hər bir uşağa görə 175 manat olmaqla cəmi 525 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, 28.01.2014cü il təvəllüdlü X4, 09.10.2015-ci il təvəllüdlü X2 və 21.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Binəqədi rayon məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(001)-7791/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması və hər ay anaları Cavabdeh hər bir uşağa görə 193 manat olmaqla cəmi 579 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 24 noyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 28.01.2014-cii il tarixdə X9, 09.10.2015-ci il tarixdə X5 və 21.02.201 7-ci il tarixdə X7 adlı övladları doğulmuşdur. Aralarındakı nikah Binəqədi rayon Məhkəməsinin 27 sentyabr 2019- cu il tarixli, 2(001)-344/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə azyaşlı uşaqların yetkinlik yaşına çatanadək onun yanında saxlanması qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bundan əlavə Binəqədi rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(001)- 7791/2019 saylı qətnaməsi ilə 28.01.2014-cii il təvəllüdlü X4, 09.10.2015-ci il təvəllüdlü X2 və 21.02.2017- ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər bir uşağa görə 80 manat olmaqla ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutularaq ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Birgə nikahdan doğulmuş uşaqların inkişafı üçün hərtərəfli şəraitin yaradılması onun olduğu kimi cavabdehin də borcudur. Hal-hazırda ölkə ərazisində yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edildiyindən birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün qeyd olunan məbləğdə alimentin təyin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfi və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(001)-344/2019 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş 28.01.2014-cii il təvəllüdlü X9, 09.10.2015-ci il təvəllüdlü X5 və 21.02.2017-ci il təvəllüdlü X7 adlı uşaqlarının yetkinlik yaşına çatanadək iddiaçının yanında saxlanılmaları qət edilmişdir. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(001)- 7791/2019 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş 28.01.2014-cü il təvəllüdlü X9, 09.10.2015-ci il təvəllüdlü X6 və 21.02.2017-ci il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər bir uşağa görə 80 manat olmaqla ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan AR ƏƏSMN-nin DOST Agentliyinin 3 saylı Bakı Dost Mərkəzinin arayışından görünür ki, Cavabdeh (FİN 2FKHNH) AR ƏƏSMN-nin X1 sisteminin “X8” altsisteminə əsasən adına hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin tələbinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşaq üçün aliment valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, 2019-cu ildə təyin edilən aliment məbləği hazırkı dolanışıq meyarlarına cavab vermir və bu baxımdan aliment məbləğinin artırılması azyaşlıların mənafeyi baxımından məqsədə müvafiqdir. Məhkəmə, həmçinin qeyd edir ki, təyin ediləcək aliment məbləği real olmalı və icrası mümkünsüz olan qətnamənin qəbul edilməsinə səbəb olmamalıdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən alimentin cavabdeh tərəfindən ödənilə biləcəyinə dəlalət edən sübutlar iş materiallarında yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq hər ay hər bir uşağa görə 120 manat olmaqla cəmi 360 manat məbləğində təyin edilməsini məqsədə və qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7791/2019 nömrəli, 26.11.2019cu il tarixli qətnaməsinə əsasən cavabdeh Mehdı̇ yeva Nı̇ gar Bəxtı̇ yar qızından 28.01.2014-cü il təvəllüdlü X4, 09.10.2015-ci il təvəllüdlü X2 və 21.02.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi hər ay 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-628/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-628/2022
04.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver