Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-629/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********91861 olan “HUAWEİ P30” markalı telefon üçün 1220 manat ödənilməmiş hissə, 122 manat cərimə, cəmi 1342 manat, “X6 Black” qulaqlıq üçün 60 manat ödənilməmiş hissə, 6 manat cərimə, cəmi 66 manat, İMEİ kodu **********49817 olan “X7 10 Pro” markalı telefon üçün 787 manat ödənilməmiş hissə, 79 manat dəbbə pulu, cəmi 866 manat olmaqla, ümumilikdə 2274 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2304 manat məbləğində pulun Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********91861 olan “HUAWEİ P30” markalı telefon, “X6 Black” qulaqlıq və İMEİ kodu **********49817 olan “X7 10 Pro” markalı telefon almış və nəticədə 2274 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********91861 olan “HUAWEİ P30” markalı telefon üçün 1220 manat ödənilməmiş hissə, 122 manat cərimə, cəmi 1342 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən X1qlıq üçün 60 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu, cəmi 66 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********49817 olan “X7 10 Pro” markalı telefon üçün 787 manat ödənilməmiş hissə, 79 manat dəbbə pulu, cəmi 866 manat, ümumilikdə 2274 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1350 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı təşkilatdan 2009-cu ildən bəri daimi olaraq mallar almış və bu günədək heç bir gecikməsi olmamışdır. O, fotoqraf işlədiyindən və ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar olaraq son il ərzində işləri dayandığından ödənişlərində problemlər yaranmışdır. Hazırda tələb edilən borc məbləği üzrə əsas borcla bağlı heç bir etirazı yoxdur, lakin cərimə borcları həddindən çox yazıılmışdır ki, həmin məbləği də qəbul etmir. Eyni zamanda tələb edilən borc məbləğini də birdəfəyə ödəmək iqtidarında deyildir və borcunu hissə-hissə olmaqla tez bir zamanda ödəməyi planlaşdırır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00995756 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə İMEİ kodu **********91861 olan “HUAWEİ P30” markalı telefon satılmışdır. - İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01101904 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 6 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə “X6 Black” qulaqlıq satılmışdır. - İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20034119 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 6 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə İMEİ kodu **********49817 olan “X7 10 Pro” markalı telefon satılmışdır. İşdə olan Maliyyə arayışından görünür ki, borclu Cavabdeh İMEİ kodu **********91861 olan “HUAWEİ P30” markalı telefon üçün 1220 manat ödənilməmiş hissə, 122 manat cərimə, cəmi 1342 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “X6 Black” qulaqlıq üçün 60 manat ödənilməmiş hissə, 6 manat cərimə, cəmi 66 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********49817 olan “X7 10 Pro” markalı telefon üçün 787 manat ödənilməmiş hissə, 79 manat dəbbə pulu, cəmi 866 manat, ümumilikdə 2274 manat borcu vardır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehdən satış məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə əsas borcla bağlı onu qeyd edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə əsas borcun tutulması hissəsində tam əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulunun miqdarı İMEİ kodu **********91861 olan “HUAWEİ P30” markalı telefon üçün 10 manat, “X6 Black” qulaqlıq üçün 6 manat və İMEİ kodu **********49817 olan “X7 10 Pro” markalı telefon üçün 10 manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********91861 HUAWEİ P30 markalı telefon üçün 1220 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 1230 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən X1qlıq üçün 60 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu, cəmi 66 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********49817 olan “X7 10 Pro” markalı telefon üçün 787 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 797 manat, ümumilikdə 2093 ( iki min doxsan üç) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2123 (iki min bir yüz iyirmi üç) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İMEİ kodu **********91861 olan "Huawei P30" markalı telefon üçün 1220 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 1230 manat, "X6 Black" markalı qulaqcıq üçün 60 manat ödənilməmiş hissə, 6 manat cərimə, cəmi 66 manat, İMEİ kodu **********49817 olan "X7 10 Pro" markalı telefon üçün 787 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 797 manat olmaqla, ümumilikə 2093 (iki min doxsan üç) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-629/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-629/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver