Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-63/2019 11.12.2019 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X7 və X3 qarşı “kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X7 və X3 qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 16 sentyabr 2014-cü il tarixli İPK01 nömrəli kredit müqaviləsi üzrə 25.748 ABŞ dolları məbləğində əsas borcun, 8.655 ABŞ dolları məbləğində faiz borcunun, məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın və ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 31 manatın tutulmasına, tutmanın Cavabdeh1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 44 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, evin açıq hərracdan satılmasına, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsinə, fərdi yaşayış evi satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X6 və X1 həmin evdən çıxarılmasına və evin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında 16.07.2014-cü il tarixli İPK01 nömrəli kredit müqaviləsi bağlanmış və iddiaçı müqavilənin 1.2, 1.3 və 1.4-cü il maddələrinə əsasən illik 28 faiz olmaqla 36 aylıq müddətə cavabdehə 29000 ABŞ dolları məbləğində təmir məqsədilə kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh2 ilə 16.07.2014cü il tarixli zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. 16.07.2014-cü il tarixli İPK 01 nömrəli kredit müqaviləsi üzrə ödənişin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 16.07.2014-cü il tarixli, İM01 saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi, 44 saylı fərdi yaşayış edi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə borcunu ödəməmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8 iddia tələbinə uyğun izahat verib tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X7 və X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehlər Cavabdeh1 və X9 eyni məzmunlu izahatlar verərək, iddia tələbini qismən qəbul etdiklərini, hesablanmış borc məbləği ilə razı olmadıqlarını və borcun düzgün hesablanmaqla onlardan tutulmalı olduğunu bildirmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Cavabdeh1 ilə İddiaçı ASC arasında 16 iyul 2014-cü il tarixli, İPK01 nömrəli kredit müqaviləsinə əsasən borc verən təmir məqsədi ilə borc alana 36 ay müddətinə, illik 28 % şərtilə 29000 (iyirmi doqquz min) ABŞ dolları verməyi öhdəsinə götürmüş, borc alan isə həmin borcu faizi ilə birlikdə hər ay 1200 ABŞ dolları olmaqla geri qaytarmağı öhdəsinə götürmüşdür. - Cavabdeh2 ilə İddiaçı ASC arasında 16 iyul 2014-cü il tarixli, zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borc alan Cavabdeh1 götürdüyü kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. - Cavabdeh1 ilə İddiaçı ASC arasında 16 iyul 2014-cü il tarixli, İM01 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış 16 iyul 2014cü il tarixli, İPK01 saylı kredit müqaviləsinə əsasən 29000 (iyirmi doqquz min) ABŞ dolları məbləğində 36 ay (otuz altı) ay müddətinə, illik 28 faizlə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 130.8 kv.m ümumi sahəsi, 53.4 kv.m yaşayış sahəsi, 77.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. - İş üzrə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 130.8 kv.m ümumi sahəsi, 53.4 kv.m yaşayış sahəsi, 77.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 88000 manat təşkil edir. - İş üzrə əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Tərəfindən tərəfindən verilmiş rəyə əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 16.07.2014-cü il tarixli, İPK01 saylı kredit müqaviləsinə əssaən ödənilməli olan kredit borcu 17.04.2017-ci il tarixinə əsas borc üzrə 25754,41 ABŞ dolları, faiz borcu üzrə 8394,88 ABŞ dolları, 16.07.2017-ci il tarixinə əsas borc üzrə 25754,41 ABŞ dolları, faiz borcu üzrə isə 10177,65 ABŞ dolları təşkil etmişdir. - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 130.8 kv.m ümumi sahəsi, 53.4 kv.m yaşayış sahəsi, 77.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də, əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Beləliklə, işin hallarından məlum olur ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, kreditin təminatı şəklində cavabdehə məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, eyni zamanda Cavabdeh2 da kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Bank müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 25748 ABŞ dollarının Azərbaycan manatına nisbəti şəklində tələb etməsi qanuni və əsaslıdır. Tələb edilən 8655 ABŞ dolları məbləğində faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməli, faiz borcu maliyyə arayışı tərtib edilən tarixə, yəni 17.04.2017-ci il tarixinə, ekspert rəyində göstərilən qaydada – 8394,88 ABŞ doları məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi hissəsini də əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Həmin Məcəllənin 270-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə ipoteka predmetinin 88000 manata qiymətləndirilməsi barədə hesabatı mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 130.8 kv.m ümumi sahəsi, 53.4 kv.m yaşayış sahəsi, 77.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 88000 manat müəyyən edilməlidir. Bununla belə, məhkəmə iddia tələbini mənzilin satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X6 və X1 mənzildən çıxarılmaqla boşaldılması hissəsində əsassız hesab edir. Belə ki, hazırkı tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi qanuni və əsaslı hesab edilsə də, ipoteka predmetinin hansı şəkildə satılacağı və gələcək mülkiyyətçisi bəlli deyildir. Mənzilin keçmiş mülkiyyətçilərinin həmin mənzildən çıxarılmalarını tələb etmək hüququ isə həmin əmlaka mütləq əşya hüququ ilə sahib olacaq mülkiyyətçinin səlahiyyətlərinə aid ola bilər. Hazırda isə iddiaçı bankın ipoteka saxlayan olsa da belə, əmlakın gələcək mülkiyyətçisinin əvəzinə tələb irəli sürmək hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq borçlu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının Milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 300 manat məbləğində qiymətləndirmə xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 244-245, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 16.09.2014-cü il tarixli İPK 01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 25748 ABŞ dolları əsas borc, 8394,88 ABŞ dolları faiz borcu 34142,88 ABŞ dolları kredit borcu, iddia tələbinin qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 31 manat dövlıət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Tutma Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə yönədilsin. Həmin mənzilin ilkin satış qiyməti 88000 manat müəyyən edilməklə açıq hərracda satılsın. İddia tələbi mənzilin açıq hərracda satılmasından 1 ay sonra cavabdehlərin həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması hissəsində təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 300 manat məbləğində qiymətləndirmə xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-63/2019
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-63/2019
11.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver