Məhkəmə qərarları › İş №2(010)-63/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-63/2020

16.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-63/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X15, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X15 nümayəndəsi və vəkili X5 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər X31 və Cavabdeh2 Əbdulovnaya qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı X15 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X18 və Cavabdeh2 Əbdulovnaya qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onunla cavabdeh X31 arasında bağlanmış torpaq sahəsinin alınmasına dair xx xxxx 2018-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh X13 və Cavabdeh2 Əbdulovnadan ona vurmuş olduqları zərər qismində 8500 manat məbləğində pul vəsaitinin alınnaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, X3 Firutan Ələsgər oğluna qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçı 2935 (iki min doqquz yüz otuz beş) manat mələğində pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 (yüz) manat xidmət haqqının və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi, 3065 (üç min altmış beş) manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarasınız. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və Cavabdeh2 Əbdulovnaya məhkəmə bildirişləri göndərilsə də onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə İddiaçı və Cavabdeh2 Əbdulovnanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilk iddiaçı üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh2 Əbdulovnaya mənzil təmir etdirmək üçün ustaya ehtiyacı olduğunu bilmiş və o, X15 yaxşı usta olduğunu bildirərək, onu Şahinlə tanış etmişdir. Bundan sonra o, X31 ilə müqavilə bağlayaraq, ona məxsus evlərin tikilməsini və mənzil təmirini X2 etmişdir. Aralarında olan razılaşmaya əsasən Şahin ona məxsus mənzili təmir etməli, döşəməsini vurmalı və Hövsan qəsəbəsində onun üçün bir yaşayiş evi tikməli idi. O, Şahinlə bu barədə razılaşdıqdan sonra öz aralarında bu razılaşmanı təsdiq edən bir yazılı müqavilə də bağlamışlar. Həmin müqaviləyə əsasən Şahin ona məxsus evi tam keyfiyyətli, standartlara uyğun şəkildə təmir etməli və öz təmir etdiyi evə görə bir il zəmanət verməli idi. O, Şahinlə bu barədə razılaşdıqdan sonra Şahin Hövsan qəsəbəsində ona məxsus torpaq sahəsində ona məxsus tikinti materialları ilə yaşayış evi tikməyə başlamışdır. Qeyd edilən yaşayış evi kərpicdən tikilməli idi. O, Şahinin işini yoxlamamış, yaşayış evi tikilib pəncərələrin tağları qoyulan zaman o, tikintinin gedişatı ilə maraqlanmağa gəlmişdir. Tikinti ilə tanış olduqda, tikinti işlərinin çox səthi aparılması, divarların əyri hörülməsini, pəncərələrin tağlarına armatur istifadə edilməməsini, tağların çatlamasının şahidi olmuşdur. Bir sözlə həmin tikinti işləri tam keyfiyyətsiz aparılmaqla yanaşı tikintidə gələcəkdə yaşamasını belə təhlükəli etmişdir. Divarlar elə əyri tikilmişdir ki, əyrilik gözlə görünmüşdür. Şahin həmin dövrdə ona məxsus “xxxx” MTK-da yerləşən mənzili də təmir edirdi. O, mənzilə və Hövsan qəsəbəsində yerləşən tikiliyə eyni vaxtda baxış keçirmiş, Şahinin necə keyfiyyətsiz işləməsini görmüşdür. Bundan sonra o, cavabdehin işini dayandırmış, onu tikinti işlərini davam etdirməyə icazə verməmişdir. Həmin vaxta qədər isə, yəni 01 apreldən 09 aprelə qədər isə o, şahinə 2120 manat ödəniş etmiş, 1655 manat isə borclu qalmışdır. Bundan əvvəl isə Şahin onun torpaq alğı-satqısı ilə məşğul olmasını görüb, ondan özü üçün 3 sot torpaq sahəsi almasını xahiş etmişdir. O, Şahinə hissə-hissə ödəməklə torpaq sahəsi ala biləcəyini bildirmiş, Şahin də buna razı olmuşdur. Bununla əlaqədar da onların arasında xx xxxx 2018-ci il tarixdə müqavilə imzalanmış, həmin müqaviləni şərtlərinə əsasən o, Şahin üçün Abşeron rayonu, X26 ərazisində 5100 manat dəyərində 3 sot torpaq sahəsi almalı və Şahin də həmin torpaq sahəsinin dəyərini ona 7 ay ərzində ödəməli idi. Həmin dövrdə onun Şahinə 1655 manat borcu qaldığına görə, o, torpaq üçün Şahindən razılaşdıqları pulu almamış, ona borclu olduğu məbləği almalı olduğu pulla əvəzləşdirərək, torpağa dair 700 manat və 955 manat Şahindən alması barədə müqaviləyə qeyd etmişdir. Göründüyü kimi Şahinlə yaşayış evinin tikilməsinə və mənzilin təmirinə görə bağladığıqları müqavilənin icrası ilə əlaqədar onun tərəfindən 2120 manat ödəniş edilsə də, onun apardığı işlər keyfiyyətsiz və yararsız olduğuna görə o, həmin işləri yenidən gördürməyə məcbur olmuş, bununla da cavabdehin əməlləri ilə ona 15000 manat məbləğində zərər dəymişdir. Belə ki, Hövsan qəsəbəsində cavabdeh tərəfindən inşa edilmiş tikilini qismən sökmüş, həmin tikilini yenidən tikməyə məcbur olmuşdur, həmin tikilinin yenidən tikilməsi ilə əlaqədar ona 6300 manat məbləğində, “xxxx” MTK-da yerləşən mənzilin təmiri ilə əlaqədar isə mənzilin döşəməsinin yenidən sökülərək, yeni döşəmənin vurulması, su sisteminin yenidən çəkilməsi nəticəsində ona 2200 manat zərər dəymişdir. Bütün bunlar isə onun tərəfindən vaxtında aktlaşdırılmış və o dəymiş zərəri bütünlüklə hesablamışdır. O, sonradan bilmişdir ki, X31 usta deyil, cavabdeh Musayeva X16 usta kimi təqdim etmiş, məhz, Cavabdeh2 Əbdulovnanın ona yalan deməsi ucbatından ona zərər dəymiş, bu üzdən o, cavabdeh qismində Cavabdeh2 Əbdulovnanı da cəlb etmiş və ona dəymiş zərəri Şahinlə birlikdə ondan da tələb etmişdir. Məhkəmədən ilk iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X31 ilk iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində yerləşən “Günəşli İnşaat” tikinti şirkətinin nümayəndəsi İddiaçı yanında usta olaraq işləmişdir. Həmin şirkətdə işləri icra edən, hamının İbrahim deyə tanıdığı və əsl adı İddiaçı olan şəxsin orada işlədiyi vaxt ev tikmək üçün boş torpaq sahəsi almaq istəyini görüb ona torpaq sahəsi tapa biləcəyini söyləmişdir. Firutan Abşeron rayonu Quşçuluq qəsəbəsində 3 sot boş torpaq sahəsinin olduğunu bildirmiş və həmin 3 sot torpaq sahəsini ümumilikdə 5100 manata ona satmağı təklif etmişdir. Firutan ona həmin məbləği hissə-hissə ödəyə biləcəyini söylədikdə o, bunun sərfəli oluğunu görüb onunla razılaşmışdır. Razılığa gəldikdən sonra isə xx xxxx 2018-ci il tarixdə onunla müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən ona iki dəfəyə 700 manat və 955 manat olmaqla, ümumilikdə 1655 manat pul ödəmişdir. Hər dəfə pulu Firutana verdikdə Firutan bunu öz imzası ilə təsdiq etmişdir. Bundan başqa işlədiyi əməyin haqqı olaraq Firutanın ona verməli olduğu 1280 manat pul ona ödənilməyərək torpaq sahəsinə ödəniləcək pulun dəyəri ilə əvəzləşdirilmiş və torpağın ümumi dəyəri olan 5100 manatın 2935 manatının ödənildiyini bildirmişdir. O Firutandan həmin əmək haqqından tutmanın da müqaviləyə salınmasını və öz imzası ilə təsdiq etməsini söyləsə də Firutan müxtəlif bəhanələrlə yayınmış, bunu etməmişdir. Sonradan isə o, Firutandan torpaq sahəsini yerində göstərməsini tələb etsə də Firutan bundan yayınmış, bugün-sabah deyə-deyə torpaq sahəsini ona göstəməmişdir. Bundan sonra o, Firutanın yalan danışdığını və onu aldatdığını anlayıb ödədiyi 1655 manat və ödənilməyən 1280 manat xidmət haqqının ona ödənilməsini tələb etdikdə Firutan ona hədə-qorxu gələrək pulunu qaytarmayacağını bildirmişdir. Bundan sonra Firutanın bu əməlləri barəsində Daxili İşlər Nazirliyinə şikayətlə müraciət etmişdir. X38 Nazirliyinə müraciətindən sonra Firutan məsələni mülki məsələyə çevirmək və məsuliyyətdən yayınmaq üçün ona qarşı qondarma bir iddia qaldıraraq guya onun Firutana maddi ziyan vurduğunu bildirmişdir. Sonuncu zəngi zamanı Firutan ona veriləcək pulunun olmadığını, “get hara şikayət edirsən et” deyərək pulu qaytarmayacağını bildirmişdir. Firutan ondan alınan 1655 manat məbləğində pul hesabına qanunsuz və əsassız olaraq varlanmışdır. Firutan həmin məbləği ondan torpaq sahəsi satmaq üçün alsa da nə torpaq sahəsini ona verməmiş, hətta, yerləşdiyi yerini belə göstərə bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN BPQMİ-nin xx.xx.2018-ci il tarixli MAPS arayışından görünür ki, Cavabdeh2 ünvan 1 ünvanda qeydiyyatdadır. AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbasov Şahin Zakir oğlu ünvan 2 mənzil 55 ünvanda yaşayır. xx.xx.2018-ci il tarixli sadə yazılı müqavilənin surətindən görünür ki, X31 ilə İddiaçı xx.xx.2018-ci il tarixdə 0.3 sot torpaq sahəsi üçün müqavilə bağlamış, Abşeron rayonu, X26 ərazisində 0.3 sot torpağa görə X31 7 ay ərzində 5100 manat ödəyəcəyini öhdəsinə götürmüş, hər ay ödəniləcək məbləğin hər iki tərəfin imzaları ilə təsdiq ediləcəyi, məbləğə sənədləşmənin daxil olmadığı, müqaviləyə dəyişiklik edilə bilməyəcəkləri, müqavilənin torpaq sahəsi sənədləşdikdən sonra ləğv olunacağı göstərilmişdir. Həmçinin, müqavilənin tərkibində 700 manat və 955 manat olmaqla, cəmi, 1655 manatın X31 trəfindən ödənilməsi və İddiaçı tərəfindən qəbul edilməsi onların öz imzaları ilə təsdiq edilmişdir. Maaş cədvəlinin surətindən görünür ki, xx xxxxx 2018-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə pulun işçi X18 ödənilməsi göstərilmşdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X7 “Günəşli-İnşaat” fərdi evlərin və torpaqların alğı-satqı ofisində xx.xx.2017-ci il tarixdən administrator vəzifəsində müddətsiz çalışır. İddiaçı ilə X24 arasında xx xxxxxx 2017-ci il tarixdə bağlanmış podrat müqaviləsindən görünür ki, podratçı İddiaçı Abşeron rayonu, X26 ərazisində sifarişçi X17 aid olan 0.2 ha torpaq sahəsində ümumi sahəsi 68 kv.m olan fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixədək tam tikintisini öhdəsinə götürmüş, sifarişçi X24 həmin evin tikintisi üçün podratçı İddiaçı 29300 manat pul ödəməyi öhdəsinə götürmüş, ilkin ödəniş olaraq 2800 manat ödəmiş, qalan məbləğin kredit cədvəlində qeyd olunacağı göstərilmişdir. İddiaçı ilə X14 arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış təmir müqaviləsindən görünür ki, podratçı İddiaçı ünvan 3 ünvanında sahəsi ümumi sahəsi 89 kv.m olan yaşayış sahəsinin xx.xx.2017-ci il tarixədək tam təmirini öhdəsinə götürmüş, sifarişçi X14 həmin yaşayış sahəsinin təmiri üçün podratçı İddiaçı 29000 manat pul ödəməyi öhdəsinə götürmüş, ilkin ödəniş olaraq 5000 manat ödəmiş, xx.xx.2017-ci il tarixədək daha 5000 manat ödəyəcəyi, qalan 19.000 manatın isə kredit ödəniş yolu ilə ödəniləcəyi razılaşdırılmışdır. İddiaçı ilə X8 arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış podrat müqaviləsindən görünür ki, podratçı İddiaçı Abaşeron rayonu, X26 ərazisində 0.2.20 ha torpaq sahəsində ümumi sahəsi 81 kv.m olan yaşayış sahəsinin xx.xx.2018-ci il tarixədək tam tikitisini öhdəsinə götürmüş, sifarişçi X8 həmin yaşayış sahəsinin tikintisi üçün podratçı İddiaçı 24500 manat pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə X9 arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış podrat müqaviləsindən görünür ki, podratçı İddiaçı Abaşeron rayonu, X26 ərazisində 0.05 ha torpaq sahəsində ümumi sahəsi 144 kv.m olan yaşayış sahəsinin xx.xx.2018-ci il tarixədək tam tikitisini öhdəsinə götürmüş, sifarişçi həmin yaşayış sahəsinin tikintisi üçün podratçı İddiaçı ilkin olaraq 6000 manat, digər 36 ay müddətində isə 36500 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Vergilər Nazirliyinin “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnaməsinin notarial təsdiqli surətindən görünür ki, İddiaçı ********** qeydiyyat nömrəsi (VÖEN) ilə sahibkar kimi qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında şahid kimi izahatı alınmış X10 ifadəsində göstərdi ki, o, Firutanı tanıyır. Ondan torpaq almışdır. Hal-hazırda yanında işləyir. Firutan tikinti işləri ilə məşğul olur. Müştərilərlə müqavilə bağlayıb tikinti işləri görür. Onun işlərinə Gündüz Yusubov adlı şəxs nəzarət edirdi. O, işi pis aparırdı. Raqif Nəsirov üçün ev tikilməli idi. Ev pis gündə idi. Bir çox insanın evi pis gündə tikilmişdi. Məhkəmə iclasında şahid X25 ifadəsində göstərdi ki, İddiaçı ilə torpaq alıb ev tikdirmək üçün iş görmüş, müqavilə bağlamışdır. Bundan sonra, evi tikməyə başlamışlar. Ayda 1 dəfə tikintiyə baxmağa getmiş, evin divarının əyri olduğunu görmüşdürr. Bundan sonra, Firutana zəng vurmuşdur. Gəldikdən sonra evin divarının əyri olduğunu göstərmişdir. Ona demişdir ki, evi söküb təzədən yığacaq. İlkin ödəniş etmişdir. Torpaqla bir yerdə 6500 manat ödəmişdir. Ayda 700 manat pul ödəməli idi. Abbasov Şahini üzdən görsəm tanıyar. Onunla danışmışdır. Ona demişdir ki, ev yaxşıdır. O isə yalan danışdığını demişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh X31 arasında işgüzar - podrat münasibətləri olmuşdur. Aralarında əldə edilmiş razılığa əsasən İddiaçı yaşayış sahələrinin tikintisi və təmiri işlərini görməyi X18 həvalə etmiş və görülmüş işlər müqabilində ona pul ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında yazılı podrat müqaviləsi bağlanmamış, razılaşmanın şərtləri, hüquq və vəzifələr, görüləcək işlərin keyfiyyəti, təminatı, ödəniş şərtləri, risklər və digər əhəmiyyətli hallar barədə nə İddiaçı, nə də X31 tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İddiaçı X15 ona həvalə edilmiş işləri keyfiyyətsiz icra etdiyinə görə həmin işləri söküb yenidən bərpa etdiyini və buna görə də maddi ziyana düşdüyünü qeyd etsə də məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də görünür ki, qərardadda qeyd olunan yaşayış sahələrinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin yaşayış evləri hazırda təmirli vəziyyətdədir, lakin, hazırki təmir vəziyyətindən öncə hər hansı sökülüb – yenidən yığılma vəziyyətini müəyyən etmək eskpert tərəfindən mümkün olmamışdır. Həmçinin, İddiaçı iddia tələbində cavabdeh X31 ilə aralarında tərtib edilmiş alğı-satqı müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə cavabdeh X31 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısı müqaviləsi mülki qanunverciliyin tələb və şərtlərinə uyğun tərtib edilməmişdir. Bu səbəbdən də həmin müqavilə onun tərəfləri arasında hüquq və vəzifələr yaratmamışdır və etibarsız əqddir. Müqavilənin ləğv edilməsi üçün onun tərəflər üçün hüquq və vəzifələr yaratması, qanunverciliklə müəyyən edilmiş standart şərtlərin gözlənilməsi, bir sözlə həmin müqavilənin bağlanmış sayılması mülki qanunverciliyə əsasən tanınan olmalıdır. İşdən görünür ki, tərəflər öz aralarında daşınmaz əmlakın – torpaq sahəsinin alqı-satqısı ilə bağlı müqavilə tərtib etsələr də bu zaman forma, məzmun və standart şərtlər baxımından mülki qanunvericiliyin tələblərini gözləməmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci və 394-cü maddələrində isə təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmənin qətnaətinə görə tərəflər aralarında bağlanmış müqavilə əhəmiyyətsizdir. Belə əqd isə hər hansı hüquqi nəticə yarada bilməz və məhkəmə qaydasında ləğv edilməsindən asılı olmayaraq etibarsız əqddir. Mülki Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrində isə təsbit edilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, tərəflərin aralarında bağlamış olduqları torpaq alğı-satqısı müqaviləsi özlüyündə əhəmiyyətsiz olduğundan, təkrarən məhkəmə qaydasında ləğv edilməsinə maddi hüquqi əsas yoxdur. Belə ki, qanunverici imperativ qaydada müəyyən etmişdir ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilə notariat qaydasında bağlanılmalı və qanunvericiliyə zidd olan işgüzar adətlər tətbiq edilməməlidir. Həmçinin, işdə olan ödəniş cədvəlindəki, 700 manat və 955 manat olmaqla, ümumilikdə 1655 manat ödənilməsini təsdiq edən imzanın İddiaçı tərəfindən icra edilməsi onun məhkəmə iclasında verdiyi öz izahatı ilə müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı həmin yazıların onun tərəfindən yazılmasını bildirmiş, amma, həmin yazıları üzrə ödəmələrin həyata keçirilmədiyini əsas gətirməklə, həqiqətdə o məbləğlərin X31 tərəfindən ona ödənilmədiyini, həmin ödəniş cədvəlinin həqiqəti əks etdirmədiyini söyləsə də bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla da müəyyən edilir ki, İddiaçı tərəfindən X13 700 manat və 955 manat olmaqla, ümumilikdə 1655 manatın alınmasının qanuni və müqavilə əsası olmamışdır, İddiaçı bu məbləği almaqla və X18 geri qaytarmamaqla əsasız şəkildə varlanmışdır. Məhkəmə iddianın digər cavabdeh olan Cavabdeh2 Əbdulovnaya aid hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də iddia tələbi əsassıdır. Belə ki, məhkəmə iclasında Cavabdeh2 X1 İddiaçı ilə tanış etməsi, onun işinin keyfiyyətinə zəmanət verməsi, görülən işlərlə bağlılığı və əlaqəsinin olması, öhdəlik daşıması, İddiaçı bu və ya digər şəkildə maddi vurması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub olduğu əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, mən, əmlakımla (pul) bağlı bu hüquqların heç birini gerçəkləşdirə bilmirəm. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.10-cu maddəsinə görə borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə mübahisə ilə bağlı ilk iddia üzrə iddiaçı tərəfin izahatına və qarşılıqlı üzrə iddiaçının xidmətlərin göstərilməsi ilə bağlı haqqın tələb edilməsinə dair izahatına tənqidi yanaşaraq həmin tələblərin əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və iddiaçı tərəfindən cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, ilk iddia üzrə iddiaçı, tələbinin əsası kimi istinad olunan halları, cavabdehlər tərəfindən ona maddi ziyan vurulmasını sübut edə bilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ona torpaq sahəsinin satılması məqsədi ilə 1655 manat məbləğində pulun alınmasını sübut etsə də görülmüş işlərin haqqı olaraq qalıq məbləğin mövcudluğunu məhkəmə iclasında sübut edə bilməmişdir. Məhkəmə tərəfindən tərəflərə istinad etdikləri halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edilməsi təklif edilsə də tərəflər hər hansı bir sübut təqdim etməmişlər. Müəyyən edilən bu hallar sözügedən mübahisə üzrə ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin qismən təmin, qalan hissədə rədd edilməsinə əsas verir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də ilk iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1655 (min altı yüz əlli beş) manat pul vəsaiti tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X18 ödənilməli, ödənilmiş 30(otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X18 ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər X18 və Cavabdeh2 Əbdulovnaya qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1655 (min altı yüz əlli beş) manat pul vəsaiti tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X18 ödənilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X18 ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar