Məhkəmə qərarları › İş №2(010)-630/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-630/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-630/2021 24.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Headphones Samsung” qulaqlıq, “DECT GİGASET” ev telefonu üçün 37 manat ödənilməmiş hissə, cəmi 37 manat, “Headphones Samsung” qulaqlıq, “DECT GİGASET” ev telefonu üçün 3 manat ödənilməmiş hissə, cəmi 3 manat, “DECT PANASONİC” ev telefonu üçün 12 manat ödənilməmiş hissə, 2 manat cərimə, cəmi 14 manat olmaqla, “Micro SD Kingston”, “mouse X4 Matte Black” üçün 34 manat ödənilməmiş hissə, 4 manat cərimə, cəmi 38 manat olmaqla, İMEİ kodu **********61144 olan “Samsung Galaxy A7” markalı telefon üçün 174 manat ödənilməmiş hissə, 17 manat cərimə, cəmi 191 manat olmaqla, ümumilikdə 283 manat borc və 20 manat dövlət rüsumu məbləğində pulun Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, Headphones Samsung qulaqlıq, DECT GİGASET ev telefonu, Headphones Samsung qulaqlıq , DECT GİGASET ev telefonu, DECT PANASONİC ev telefonu, Micro SD Kingston, Mouse X4 Matte Black, İMEİ kodu **********61144 Samsung Galaxy A7 markalı telefon almış və nəticədə 283 (iki yüz səksən üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1344 (min üç yüz qırx dörd) manat (12 ay x 112 manat + 0 manat ilkin ödəniş) olan Headphones Samsung qulaqlıq, DECT GİGASET ev telefonu üçün 37 (otuz yeddi) manat olmaqla ondan, 37 (otuz yeddi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 84 (səksən dörd) manat (6 ay x 14 manat + 0 manat ilkin ödəniş) olan Headphones Samsung qulaqlıq, DECT GİGASET ev telefonu üçün 3 (üç) manat olmaqla ondan, 3(üç) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 72 (yetmiş iki)manat (6 ay x 12 manat + 0 manat ilkin ödəniş) olan DECT PANASONİC ev telefonu üçün 14 (on dörd) manat olmaqla ondan 12 (on iki) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 102 (yüz iki) manat (6 ay x 17 manat + 0 manat ilkin ödəniş) olan Micro SD Kingston , Mouse X4 Matte Black üçün 4 (dörd) manat olmaqla ondan 34 (otuz dörd) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 522 (beş yüz iyirmi iki) manat (6 ay x 87 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********61144 Samsung Galaxy A7 markalı telefon üçün 191 (yüz doxsan bir) manat olmaqla, ondan 174 (yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1864 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 00425880 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə Kombi İmmergas 24 kW STAR satılmışdır. - İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00722628 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 6 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə Headphones Samsung qulaqlıq, DECT GİGASET ev telefonu satılmışdır. - İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00728530 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 6 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə DECT PANASONİC ev telefonu satılmışdır. - İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00755317 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 6 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə “ Micro SD Kingston”, “mouse X4 Matte Black” satılmışdır. - İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00771778 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 6 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə İMEİ kodu **********61144 olan “Samsung Galaxy A7” markalı telefon satılmışdır. İşdə olan Maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Kombi İmmergas 24 kW STAR üçün 37 manat ödənilməmiş hissə, cəmi 37 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Headphones Samsung qulaqlıq, DECT GİGASET ev telefonu üçün 3 manat ödənilməmiş hissə, cəmi 3 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən DECT PANASONİC ev telefonu üçün 60 manat ödənilməmiş hissə, 2 manat cərimə, cəmi 14 manat,xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Micro SD Kingston”, “mouse X4 Matte Black” üçün 34 manat ödənilməmiş hissə, cərimə 4 manat, cəmi 38 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********61144 olan “Samsung Galaxy A7” markalı telefon üçün 174 manat ödənilməmiş hissə, cərimə 17 manat, cəmi 191 manat, olmaqla, ümumilikdə 283 manat borcu vardır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdehnın üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehdən satış məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Kombi İmmergas 24 kW STAR üçün 37 manat ödənilməmiş hissə, cəmi 37 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Headphones Samsung qulaqlıq, DECT GİGASET ev telefonu üçün 3 manat ödənilməmiş hissə, cəmi 3 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən DECT PANASONİC ev telefonu üçün 60 manat ödənilməmiş hissə, 2 manat cərimə, cəmi 14 manat, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən “Micro SD Kingston”, “mouse X4 Matte Black” üçün 34 manat ödənilməmiş hissə, cərimə 4 manat, cəmi 38 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********61144 olan “Samsung Galaxy A7” markalı telefon üçün 174 manat ödənilməmiş hissə, cərimə 17 manat, cəmi 191 manat, olmaqla, ümumilikdə 283 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 418 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Headphones Samsung qulaqlıq, Dect Gigaset ev telefonu üçün 37 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Headphones Samsung qulaqlıq, Dect Gigaset ev telefonu üçün 3 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Dect Panasonic ev telefonu üçün 12 manat ödənilməmiş hissə, 2 manat cərimə, cəmi 14 manat, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən Micro SD Kingston, Mouse X4 Matte Black üçün 34 manat ödənilməmiş hissə, 4 manat cərimə, cəmi 38 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********61144 olan "Samsung Galaxy A7" markalı telefon üçün 174 manat ödənilməmiş hissə, 17 manat cərimə, cəmi 191 manat olmaqla, ümumilikdə 283 (iki yüz səksən üç) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar