Məhkəmə qərarları › İş №2(010)-632/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-632/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-632/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********64012 iPhone 8 plus markalı telefon üçün 403 (dörd yüz üç) manat ödənilməmiş hissə, 122 (yüz iyrimi iki) manat dəbbə, cəmi 525 manat, İMEİ kodu **********51280 iPhone Xs Max markalı telefon üçün 2383 (iki min üç yüz səksən üç) manat ödənilməmiş hissə, 720 (yeddi yüz iyirmi) manat dəbbə, cəmi 3103 manat, ümumilikdə 3628 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3658 manat Cavabdeh tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmədə iddianın müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3351 (üç min üç yüz əlli bir) manat (24 ay+ 136 manat +87 manat ilkin ödəniş) İMEİ kodu **********64012 iPhone 8 plus markalı telefon üçün 525 (beş yüz iyirmi beş) manat olmaqla ondan, 403 (dörd yüz üç) manat ödənilməmiş hissə, 122 (yüz iyrimi iki) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5041 (beş min qırx bir) manat (18 ay x 267 manat + 235 manat ilkin ödəniş) İMEİ kodu **********51280 iPhone Xs Max markalı telefon üçün 3103 (üç min yüz üç) manat olmaqla ondan, 2383 (iki min üç yüz səksən üç) manat ödənilməmiş hissə, 720 (yeddi yüz iyirmi) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5606 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Lakin Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və 403 (dörd yüz üç) manat ödənilməmiş hissə, 122 (yüz iyrimi iki) manat dəbbə, cəmi 525 manat, İMEİ kodu **********51280 iPhone Xs Max markalı telefon üçün 2383 (iki min üç yüz səksən üç) manat ödənilməmiş hissə, 720 (yeddi yüz iyirmi) manat dəbbə, cəmi 3103 manat, ümumilikdə 3628 manat borc hesablanmışdır. Cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq borc ödənilməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan xx.xx.2018-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu **********64012 iPhone 8 plus markalı telefon almış və həmin əşyanı alınmasına görə 3351 manat pulu 24 ay ərzində, ilkin ödəniş 87 manat, hər ay 136 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu **********51280 iPhone Xs Max markalı telefon almış və həmin əşyanı alınmasına görə 3103 manat pulu 18 ay ərzində, ilkin ödəniş 235 manat, hər ay 267 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64012 iPhone 8 plus markalı telefon üçün 525 (beş yüz iyirmi beş) manat olmaqla ondan, 403 (dörd yüz üç) manat ödənilməmiş hissə, 122 (yüz iyrimi iki) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********51280 iPhone Xs Max markalı telefon üçün 3103 (üç min yüz üç) manat olmaqla ondan, 2383 (iki min üç yüz səkəsn üç) manat ödənilməmiş hissə, 720 (yeddi yüz iyirmi) manat dəbbə miqdarında borc borcu vardır. Mülki iş materiallarında olan xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, “xxxx” ASC tərəfindən Cavabdeh qızının borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “xxxx” ASC ilə X2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. “xxxx” ASC ilə X2 arasında bağlanmış xx.xx.2019-ci il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3351 (üç min üç yüz əlli bir) manat (24 ay+ 136 manat +87 manat ilkin ödəniş) İMEİ kodu **********64012 iPhone 8 plus markalı telefon və xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5041 (beşmin qırx bir) manat (18 ay x 267 manat + 235 manat ilkin ödəniş) İMEİ kodu **********51280 iPhone Xs Max markalı telefon dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmiş, xx.xx.2018-ci il tarixli müqaviləsi üzrə 525 (beş yüz iyirmi beş) manat olmaqla ondan, 403 (dörd yüz üç) manat ödənilməmiş hissə, 122 (yüz iyrimi iki) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə 3103 (üç min yüz üç) manat olmaqla ondan, 2383 (iki min üç yüz səkəsn üç) manat ödənilməmiş hissə, 720 (yeddi yüz iyirmi) manat dəbbə borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 3628 manat məbləğində əsas borc Cavabdeh qızından tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqaviləsinin 5-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 2383 manat məbləğində əsas borca tənasübsüz olaraq 842 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 842 manat məbləğində cərimə pulu azaldılaraq 60 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2383 (iki min üç yüz səksən üç ) manat əsas borcu, 60 (altmış) manat cərimə pulu olmaqla, ümumilikdə 2443 ( iki min dörd yüz qırx üç) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 2383 (iki min üç yüz səksən üç) manat əsas borcu, 60 (altmış) manat cərimə pulu olmaqla, ümumilikdə 2443 (iki min dörd yüz qırx üç) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar