Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-637/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh elektron qolbağın kəmərə keçən hissəsinin dəyəri olan 637.9* manat məbləğində pulun alınıb Bakı Şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE**********0002*07*3*; səviyyə kodu: *; təsnifat kodu: *42330; valyuta azn, VÖEN: *70044639*) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-528/202* nömrəli, *0.06.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *77.2.2 və *77.2.3-cü maddələri ilə təqsirli bilinmiş və 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. *4.06.202*-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin icra məmuru A.Yadigarova məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd enerji bankı, bir ədəd sadə elektron qolbaq, bir ədəd qolbaq üçün yükləmə qurğusu, yaddaş kitabçası və iki ədəd ev siqnal ötürücüsü məhkum - hazırkı iş üzrə cavabdehə quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə avadanlıqlara görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkumdan təhvil alınmış elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəy baxışı nəticəsində müəyyən edilmişdir ki, nəzarət subyektinə təhkim olunmuş elektron qolbağın kəmərə keçən hissəsi sındırılmışdır. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, elektron qolbağı sındırmamışdır. Belə ki, qolbağın enerji adapterində problem olduğundan o, probasiya xidməti məmuru Aynur xanıma müraciət etmişdir. Bundan sonra o, həm qolbağı, həm də adapterini Aynur xanıma vermişdir. Həmin vaxt qolbağın sındığını bilməmişdir. Daha sonra qolbağa nə olduğunu bilməmiş, sonradan ona deyilmişdir ki, qolbaq sınıb. Onun bunda heç bir təqsiri olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *0.06.202*-ci il tarixli, 7(003)-528/202* nömrəli qərarından görünür ki, təqdimat təmin edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin *5.03.20*7-ci il tarixli, *(003)-96/20*7 saylı hökmü ilə Cavabdeh təyin olunmuş 2000 manat cərimə cəzası 06 ay müddətə azadlığın məhdudlaşdırlması cəzası ilə əvəz edilmişdir. Qərarda məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq vəzifələri qoyulmuşdur. “Elektron nəzarət dəstinin vəziyyət haqqında” *2.*0.202*-ci il tarixli texniki rəydən görünür ki, *2.*0.202*-ci il tarixli texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyekti Cavabdeh təhkim olunmuş elektron qolbağın kəmərə keçən hissəsi sındırılmışdır. Maliyyə və təminat idarəsi tərəfindən tərtib edilmiş *3.**.20*8-ci il tarixli cədvəldən görünür ki, elektron qolbaqlar (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) GSM: 800/900/*800/*900 Mhz internetə qoşulma: 2G/3G GNSS: GPS/GLONASS, 600 Mah Lİ-on bir ədədi 637.9* manat dəyərindədir. Məhkəmə iclasında izahat vermiş mütəxəssis X* bildirmişdir ki, qolbağın kəmərə keçən hissəsinin harasa dəyməsi nəticəsində sınması mümkün deyil. Həmçinin, bu vəziyyətdə qolbağın işləməsi də mümkün deyil. Belə ki, həmin hissə qolbağın içəri hissəsində yerləşir və çox möhkəmdir. Bunun üçün möhkəm zərbə nəticəsində əvvəlcə qolbağın üst hissəsi qırılmalı, daha sonra içəri hissəyə keçməlidir. Bu baxımdan qolbağın üst hissəsinə zədə dəymədən qolbağın içəri-kəmər hissəsinin sınması da mümkün deyil. Eyni zamanda, harasa dəyməklə qolbağa bu cür zədə dəyə bilməz. Çünki bu halda ilk növbədə mütləq qolbağın üst hissəsi zədələnməli idi. Hazırkı halda qeyd edilməlidir ki, qolbağın kəmərə keçən hissəsinin sınması üçün mütləq qolbağa kənar müdaxilə olmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh təyin edilmiş cərimə cəzası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *0.06.202*-ci il tarixli qərarı ilə 6 ay müddətinə azadlığın məhdudlaşırılması cəzası ilə əvəz edilmişdir. Qərarda məhkum Cavabdeh üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq vəzifələri qoyulmuşdur. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh elektron qolbaq və ona bağlı elektron nəzarət vasitələri təhkim edilmişdir. Buna baxmayaraq, məhkum Cavabdeh ona təhkim edilmiş və üzərinə işlək vəziyyətdə saxlanılması vəzifəsi qoyulmuş qolbağı zədələmişdir. Bu cür nəticəyə gələrkən məhkəmə xüsusən o halı nəzərə alır ki, Cavabdeh özünə təhkim edilmiş elektron qolbağın sındığını bilmədiyini, qolbağı probasiya xidməti məmuruna təhvil verdiyini, bundan sonra isə nə baş verdiyindən məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında izahatı dinlənilən mütəxəsis isə bu qolbağın kəmərə keçən hissəsinin kənar müdaxilə olmadan harasa dəyməsi nəticəsində sınmasının, bu vəziyyətdə qolbağın işləməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, mütəxəssisin izahatında qeyd etdiyi hallar ağlabatandır. Belə ki, elektron qolbağın kəmərə keçən içəri hissəsi sınmışdır. Qolbağın içəridən zədələnməsi, buna baxmayaraq, üst hissəsində heç bir zədə olmaması onun harasa dəyməsi nəticəsində yox, kənardan müdaxiləyə məruz qalması nəticəsində zədələnməsi ilə bağlı mütəxəssis tərəfindən qeyd edilənləri ağlabatan edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı elektron qolbağa dəymiş zərərin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi: Maddə *5-2. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri. *5-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. *5-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *0 aprel 20*8-ci il tarixli, *44 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin” Siyahısı: *. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə aşağıdakı elektron nəzarət vasitələri tətbiq edilə bilər: *.*. elektron qolbaq – məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər... “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qayları:
2. Elektron nəzarət vasitələrinin tətbiqinə dair tələblər. 2.3. Elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə) və polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilir, ona yaddaş kitabçası verilir və bu barədə protokol tərtib olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 2*. Zərərin əvəzinin ödənilməsi 2*.*. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 2*.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 2*.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə *096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. *096.*. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə *097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları *097.*. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Cavabdeh məhkum kimi işlək vəziyyətdə saxlamağa borclu olduğu elektron qolbağı zədələmiş, qolbağa 637.9* manat məbləğində zərər vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhər Probasiya İdarəsi həmin zərəri Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 64. Mütəxəssis. 64.*. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 64.2. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 637.9* manat (altı yüz otuz yeddi manat doxsan bir qəpik) məbləğində maddi zərər tutularaq Bakı Şəhər Maliyyə İdarəsinin hesabına (müxbir hesab: AZ66CTRE**********0002*07*3*; səviyyə kodu: *; təsnifat kodu: *42330; valyuta azn, VÖEN: *70044639*) köçürülməlidir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.* Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.*.* iddia qiyməti *.000 manatadək olduqda – 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...9.*.*4. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr... 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan və iddia təmin edildiyindən ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT E T D İ:
İddia təmin edilsin. Cavabdeh 637.9* manat (altı yüz otuz yeddi manat doxsan bir qəpik) məbləğində pul tutularaq Bakı şəhər Probasiya İdarəsinə (Bakı Şəhər Maliyyə İdarəsi, müxbir hesab: AZ66CTRE**********0002*07*3*; səviyyə kodu: *; təsnifat kodu: *42330; valyuta AZN, VÖEN: *70044639*) köçürülsün. Ödənilməmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva