Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6375/2021 20.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.12.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********82807 Xiaomi Redmi 6 A, İMEİ kodu **********52766 Xiaomi Redmi 6 A markalı 2 ədəd telefon üçün 24 (iyirmi dörd) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə; 04.06.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 275 (iki yüz yetmiş beş) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə; 23.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu 86İ**********99 X1 7 markalı telefon üçün 138 (yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə; 27.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********54510 X2 10 markalı telefon üçün, 761.8 (yeddi yüz altmış bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 76.2 (yetmiş altı manat iyirmi qəpik) manat cərimə olmaqla ümumilikdə 1317 manat borc və 33.17 manat ödənilmiş dövlət rüsumu Cavabdehdan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbi üzrə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri Cavabdeh, "xxxx" MMC ilə 05.12.2018-ci il, 04.06.2019-cu il və 23.09.2019-cu il, 27.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********82807 Xiaomi Redmi 6 A, İMEİ kodu **********52766 Xiaomi Redmi 6 A markalı 2 ədəd telefon, Samsung markalı paltaryuyan, İMEİ kodu 861**********99 X1 7 markalı telefon və İMEİ kodu **********54510 X2 10 markalı telefon almış və nəticədə 1317 (min üç yiiz on yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 (yeddiyüz iyirmi) manat (18 ay x 40 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********82807 Xiaomi Redmi 6 A, İMEİ kodu **********52766 Xiaomi Redmi 6 A markalı 2 ədəd telefon üçün ümumilikdə. 26 (iyirmi altı) manat olmaqla ondan, 24 (iyirmi dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 (iki) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 990 (doqquz yüz doxsan) manat (18 ay x 55 manat + 0 manat ilkin ödəniş) Samsung markalı paltaryuyan üçün ümumilikdə, 302 (üç yüz iki) manat olmaqla ondan, 275 (iki yüz yetmiş beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27 (iyirmi yeddi) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 564 (beş yüz altmış dörd) manat (12 ay x 47 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu 861**********99 X1 7 markalı telefon üçün ümumilikdə, 151 (yüz əlli bir) manat olmaqla ondan. 138 (yüz otuz səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 (on üç) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1450.8 (min dörd yüz əlli manat, səksən qəpik) manat (12 ay x 120.9 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********54510 X2 10 markalı telefon üçün ümumilikdə. 838 (səkkiz yüz otuz səkkiz) manat olmaqla ondan. 761.8 (yeddi yüz altmış bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 76.2 (yetmiş altı manat, iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədivi məbləğ 2526 manat təşkil edir. İş materiallarına əlavə edilmiş:
1. 05.12.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Xiaomi Redmi 6 A markalı 2 ədəd telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 40 manat ödəməyi öhdəsinə götürmüşdür.
2. 04.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung markalı paltaryuyanı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 55 manat ödəməyi öhdəsinə götürmüşdür.
3. 23.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC X1 7 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 47 manat ödəməyi öhdəsinə götürmüşdür.
4. 27.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC X2 10 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 120.9 manat ödəməyi öhdəsinə götürmüşdür.
"xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə 05.12.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 24 manat ödənilməmiş hissə, 2 manat cərimə; 04.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 275 manat ödənilməmiş hissə, 27 manat cərimə; 23.09.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 138 manat ödənilməmiş hissə, 13 manat cərimə və 27.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 761.8 manat ödənilməmiş hissə, 76,2 manat cərimə olmaqla cəmi 1317 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir.
Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında nisyə 05.12.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 720 manat olan özünə məxsus Xiaomi Redmi 6 A markalı 2 ədəd telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 40 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında nisyə 04.06.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 990 manat olan özünə məxsus Samsung markalı paltaryuyanı cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 55 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında nisyə 23.09.2019-cu il tarixli alqısatqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 564 manat olan özünə məxsus X1 7 markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 47 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında nisyə 27.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1450,8 manat olan özünə məxsus X2 10 markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 120.9 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin 05.12.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 24 (iyirmi dörd) manat, cərimə borcuna görə 2 (iki) manat; 04.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 275 (iki yüz yetmiş beş) manat, cərimə borcuna görə 25 (iyirmi beş) manat; 23.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 138 (bir yüz otuz səkkiz) manat, cərimə borcuna görə 13 (on üç) manat və 27.03.2020-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə əsas borca görə 761,80 (yeddi yüz altmış bir manat səksən qəpik) manat, cərimə borcuna görə 76.2 (yetmiş altı manat iyirmi qəpik) manat borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq 04.06.2019-cu il tarixli müqavilə üzrə cərimə borcunun 5 manat; 23.09.2019-cu il tarixli müqavilə üzrə cərimə borcunun 5 manat və 27.03.2020-ci il tarixli müqavilə üzrə cərimə borcunun 30 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 33,17 (otuz üç manat on yeddi qəpik) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 05.12.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 24 (iyirmi dörd) manat, cərimə borcuna görə 2 (iki) manat; 04.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 275 (iki yüz yetmiş beş) manat, cərimə borcuna görə 5 (beş) manat; 23.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 138 (bir yüz otuz səkkiz) manat, cərimə borcuna görə 5 (beş) manat və 27.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 761,80 (yeddi yüz altmış bir manat səksən qəpik) manat, cərimə borcuna görə 30 (otuz) manat olmaqla cəmi 1240,8 (bir min iki yüz qırx manat səksən qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hisssədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 05.12.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 24 (iyirmi dörd) manat, cərimə borcuna görə 2 (iki) manat; 04.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 275 (iki yüz yetmiş beş) manat, cərimə borcuna görə 5 (beş) manat; 23.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 138 (bir yüz otuz səkkiz) manat, cərimə borcuna görə 5 (beş) manat və 27.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 761,80 (yeddi yüz altmış bir manat səksən qəpik) manat, cərimə borcuna görə 30 (otuz) manat və ödənilmiş dövlət rüsumuna görə 33,17 (otuz üç manat on yeddi qəpik) manat olmaqla cəmi 1273,97 (bir min iki yetmiş üç manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsait alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rübabə Qafarova